Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-13/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, nümayəndəsi, eyni zamanda vəkili X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Samux rayonu Samux bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı xx.xx.2016-cı il tarixli 07 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1955-ci ildə anadan olmuş, hazırda Samux rayonun Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı ilə X9 xx.xx.1975-ci il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd aparılmışdır. Samux rayon Nəbiağalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli protokolqərarı ilə Qarabağlar kənd sakini X8 0,08 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Samux-Gəncə-Qazax zonasına aid,, İİ qiymət zonası, 100 bonitet ballı, İ keyfiyyət qrupu olmaqla cəmi 0,08 hektardır və 2007-ci ildə normativ qiyməti 160 manat olmuşdur. X9 tərəfindən torpağın dəyəri 160 manat xx.xx.2007-ci il tarixdə Nəbiağalı bələdiyyəsinə ödənilmiş və bu barədə AQS seriyalı 003453 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. xx.xx.2014-cü il tarixdə X9 tərəfindən 2004-2013-cü illər üzrə Samux bələdiyyəsinə 24 manat vergi ödənilmişdir. Həmin torpaq sahəsinə dair alqı-satqı aktı xx.xx.2007-ci il tarixdə tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə Samux rayon torpaq şöbəsində 51 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü isə xx.xx.2014-cü il tarixdə tərtib edilərək Dövlət Kadastr kitabında 1861 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=619734.00, Y=4512536.50; 2 nömrəli döngəsinin koordinatları X=619720.21, Y=4512498.95; 3 nömrəli döngəsinin koordinatları X=619701.46, Y=4512505.92; 4 nömrəli döngəsinin koordinatları X=619715.22, Y= 4512543.39, 01-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 40.00; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 20.00; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 39.91; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 20.00 metrdir. X7 (bundan sonra mətndə - üçüncü şəxs) xx.xx.2016-cı il tarixdə Samux Bələdiyyəsinə (bundan sonra mətndə - cavabdeh) ərizə ilə müraciət edərək 0,08 ha həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Üçüncü şəxs tərəfindən 500 manat pul vəsaiti cavabdehin hesabına ödənilmişdir. Cavabdehin xx.xx.2016-cı il tarixli, 07 saylı iclasının qərarına əsasən Bələdiyyənin Samux şəhəri ərazisində İnkişaf fond torpaq sahəsi olmaqla, 0,08 hektar fərdi mənzil tikintisi üçün üçüncü şəxsə satılmışdır. Cavabdeh ilə üçüncü şəxs arasında xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra **********95 reyestr nömrəli 0,08 ha torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 xx.xx.2019-cu il tarixdə ürək çatışmamazlığından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 42 nömrə ilə qeyd aparılmışdır. Samux şəhərində yerləşən **********21 reyestr nömrəli 0,052 ha torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=619712.5900, Y=4512469.8900; 2 nömrəli döngəsinin koordinatları X=619689.1600, Y=4512478.2998; 3 nömrəli döngəsinin koordinatları X=619701.2201, Y=4512510.4610; 4 nömrəli döngəsinin koordinatları X=619724.5600, Y=4512502.3400; 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 24.85; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 34.38; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 24.67; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 34.62 metrdir. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilən 05 iyul 2016-cı il tarixli 7 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı iddia qaldıraraq çıxarış verilməsini xahiş etmişdir. İşə baxılarkən ona məlum olmuşdur ki, cavabdehin xx.xx.2016cı il tarixli qərarı ilə iddiaçıya Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sagəsi X1 qərara alınmışdı. Həmin sənədlərin surətini iddiaçı məhkəmə qəbzinə imza atmaqla xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Cavabdehin xx.xx.2016-cı il tarixli qərarının surətini aldıqdan sonra 1 ay müddətində məhkəmədə iddia qaldırdığından iddia müddətinin bərpasına dair ərizə vermir. İddiaçı qeyd edir ki, cavabdehin qərarı ilə satılan torpaq sahəsi Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçının rəhmətlik əri X2. Bundan sonra əri ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinə dair ödəniş etmiş və torpaq sahəsinə dair bütün ilkin sənədləri əldə etmişlər. Lakin buna baxmayaraq cavabdeh həmin torpaq sahəsini təkrarən başqa şəxsə satmışdı. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2016-cı il tarixli, 07 nömrəli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2007-ci ildə iddiaçının mərhum ərinə və 2016-cı ildə Rizvan Mirzəyevə satılmış torpaq sahələri eyni deyildir, həmin torpaq sahələri üst-üstə düşmür, qonşu torpaqlardır. İddiaçının mərhum ərinə **********21 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən torpaq sahəsi satılmışdır. O vaxtkı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi plan və ölçü sənədində səhv koordinatları işləmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibətini bildirməmişdir. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). xx.xx.2021-ci il tarixdə keçirilmiş Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi mütəxəssis baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi və iddiaçının naturada təqdim etdiyi 0,08 ha torpaq sahəsi cavabdehin xx.xx.2016-cı il tarixli qərarı ilə üçüncü şəxsə satılmış 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada təqdim edilən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=619700.48, Y=4512508.43; 2 nömrəli döngəsinin koordinatları X=619723.82, Y=4512500.31; 3 nömrəli döngəsinin koordinatları X=619712.46, Y=4512469.32; 4 nömrəli döngəsinin koordinatları X=619689.50, Y=4512478.09-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 24.71; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 33.00; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 24.58; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 32.26 metrdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş mütəxəssis zamanı müəyyən edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planında göstərilən, Bələdiyyə qərarı ilə X3 (faktiki təqdim ediləni nəzərdə tutur) torpaq sahəsi, **********21 reyestr nömrəli Çıxarışla üst-üstə düşür. A503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 695.0 kv.m hissəsi, **********95 reyestr nömrəli Çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 88.0 kv.m hissəsi isə **********21 reyestr nömrəli Çıxarışa əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı, A503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 45.0 kv.m hissəsi, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1689/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı əsasında aparılmış araşdırmanın nəticəsi əsasında, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planında göstərilən, Bələdiyyə qərarı ilə X3 torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərarın surətini iddiaçı xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2021-ci il tarixdə (poçta təqdim edildiyi tarix) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının mərhum ərinə Samux rayon Nəbiağalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli protokol-qərarı ilə 0,08 ha torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin dəyəri bələdiyyənin büdcəsinə ödənilmiş, alqı-satqı aktı keçmiş DTXK-nın Samux rayon şöbəsi tərəfindən qeydiyyata alınmış, sonda isə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin plan və ölçü sənədinin təsdiqlənmiş surəti hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində hələ də saxlanılır (qeyd edilən sənədi məhkəməyə iddiaçı deyil, 3 saylı Gəncə Ərazi İdarəsi təqdim etmişdir). İddiaçı 0,08 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə qeyd edilən orqana müraciət etsə də, ona həmin torpaq sahəsinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi əsası imtina cavabı verilmişdir. Üçüncü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas isə cavabdehin xx.xx.2016-cı il tarixli 07 nömrəli qərarı olmuşdur. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 07 nömrəli qərarının qanuniliyinə qiymət verilməsi üçün ilk növbədə iddiaçının mərhum ərinə satılmış torpaq sahəsinin cavabdehin qərarı ilə üçüncü şəxsə satılan torpaq sahəsinin üst-üstə düşüb - düşməməsi müəyyən edilməlidir. Məhkəmə prosesinin gedişi zamanı iki dəfə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahələrinə baxış keçirilmişdir. İddiaçı torpaq sahəsinin yeri bilmədiyi üçün (bunu məhkəmə iclasında izahatında ifadə etmişdir) torpaq sahələrini cavabdehin nümayəndəsi (hərçənd rəylərdə iddiaçı ilə birlikdə təqdim etdiyi qeyd olunur) təqdim etmişdir. Həmin rəylərin məzmunundan aydın olur ki, iddiaçının mərhum ərinin adına tərtib edilmiş A seriyalı 503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki torpaq sahəsinin 695.0 kv.m hissəsi, mübahisələndirilən bələdiyyə qərarı ilə X5 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 88.0 kv.m hissəsi isə Bələdiyyənin iddiaçının ərinə satdığını iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Hazırkı iş üzrə müəyyən olunmuşdur ki, üçüncü şəxsə satılan torpaq sahəsi üzərində iddiaçının ərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa belə, onun gözlənilən mülkiyyət hüququ olmuşdur. Cavabdeh qurum isə həmin torpaq sahəsini yenidən üçüncü şəxsə satmışdır. Cavabdeh orqan keçmiş DTXK Samux rayon şöbəsi tərəfindən koordinatların düzgün işlənməməsi ilə bağlı arqumenti ilə qeyd edir ki, iddiaçının mərhum ərinə torpaq sahəsi satılarkən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələblərinin tələblərinə əsasən torpaq sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilmiş, yəni torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri tərtib edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 406 manat (311 manat və 95 manat) mütəxəssis xərcləri əvvəlcədən iddiaçı tərəfindən ödənildiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 406 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. 0,08 hektar torpaq sahəsinin üçün X1 barədə Samux rayonu Samux bələdiyyəsinin 05 iyul 2016-cı il tarixli, 07 nömrəli qərarı 695 kv.m hissədə ləğv edilsin. İş üzrə keçirilmiş və iddiaçı tərəfindən əvvəlcədən ödənil 406 manat mütəxəssis xərci cavabdeh Samux rayon Samux bələdiyyəsindən tutularaq İddiaçı ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-13/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-13/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver