Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-130/2020 17.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Samux rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Samux rayon şöbəsinə (bundansonra Dövlət X2 Samux rayon şöbəsi) qarşı onun xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi Gəncə şəhərindəki 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsində fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, pensiya hüququ yarandığı vaxtdan ona yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşa görə pensiya çıxmaq hüququ yarandığına görə işlədiyi müddətdə əmək stajını özündə əks etdirən əmək kitabçasını və ona əlavə olunan digər sənədləri toplayıb Dövlət X2 Samux rayon şöbəsinə müraciət etmiş, şöbədə sənədlərinə baxıb ona dedilər ki, 2 iş stajı çatmır, ona görə də hər bir ilinə 980 manat olmaqla ümumilikdə 2660 manat “Kapital” banka pul keçir, qəbzi gətir ver, sənə yaşa görə pensiya təyin edək. Ona görə də o, xx xxxxxx 2019-cu ildə “Kapital” Bankın Samux rayon şöbəsinə həmin məbləği keçirib, ödəniş qəbzini cavabdeh orqana təqdim etmişdir. Həmin gündən 10 gün keçdikdən sonra cavabdeh orqandan ona zəng vurub dedi ki, təzə tarif gəlib, hər ilə görə 1280 manat pul ödəməlisən, get pulun qalığını da keçir. Onun əmək kitabçasında xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə kimi Gəncə şəhərindəki 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsində fəhlə işlədiyi barədə gmək kitabçasının təsdiqlənmiş surətini təqdim etsə də, şöbə bunu qanunsuz və əsassız olaraq nəzərə almamış, nəticədə onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. O, cavabdeh orqanın verdiyi imtinanı qanunsuz və əsassız hesab edir. Cavabdeh orqanın imtina cavabı nəticəsində onun konstitusiya ilə təsbit edilmiş yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. İddiaçıməhkəmə iclaslarında iddia ərizəsini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. İş materiallarında olan; - Dövlət X2 Samux rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 66/15 nömrəli məktubundan məlum olur ki, İddiaçı 1996-2000-ci illərə aid olan 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsində işlədiyi illəri yoxlamaq mümkün olmadığı üçün sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli, 233/3 nömrəli məktubundan görünür ki, Gəncə şəhər 2 saylı Səyyar Mexanikləşdirmə dəstəsinin arxiv sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək həmin təşkilatda işləməsi və aldığı əmək haqqı barədə sorğu cavablandırılmamışdır. - Dövlət X2 Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Gəncə şəhər 2 saylı Səyyar Mexanikləşdirmə dəstəsi ƏƏSMn yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində uçotda deyil, bu səbəbdən də müəssisə haqqında heç bir məlumat verilməsi mümkün deyildir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, xx.xx.2019-cu il tarixə uçot baza məlumatlarına əsasən Gəncə şəhər 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsi adında hüquqi şəxs vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçməmişdir. - X5 Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 03/132 nömrəli məktubundan görünür ki, 1997-ci ildə hüquqi şəxslərin sənədləri Regional Ədliyyə İdarəsinə təhvil verildiyinə görə qeyd edilən idarə haqqında X5 Hakimiyyətində heç bir məlumat yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 2.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət X3 (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 3.1. maddəsinə əsasən sğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, məhkəmənin sorğusu əsasında alınmış məlumata əsasən Gəncə şəhəri 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsinin arxiv sənədləri Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Gəncə şəhəri 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsində işləməsini müəyyən etmək mümkün deyildir. Məhkəmənin qənaətinə görə, pensiya təyin olunması barədə mübahisələrə baxılarkən məhkəmə araşdırması təkcə inzibati orqanın etiraz dəlilləri ilə kifayətlənməməli, İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifələrə uyğun olaraq, pensiya təyin olunması barədə qərar qəbul edilməsinə təsir edən digər hüquqi məsələlər də (iddiaçının pensiya yaşına çatması, sığorta stajı, şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və s.) araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 64 il 6 aylıq yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuş, ikinci şərt, yəni 25 il sığorta stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının işlədiyini qeyd etdiyi Gəncə 2 nömrəli Səyyar Mexanikləşdirmə dəstəsinin fəaliyyətini, ümumiyyətlə belə bir müəssisəsinin mövcudluğunu, həmçinin iddiaçının orada işləməsini və əmək haqqı almasını yoxlamaq mümkün olmadığına görə, iddiaçının pensiya almaq hüququ yaranmır. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiya almaq hüququ yoxdursa, müvafiq dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmir və bu halda iddianın mümkün sayılması üçün Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtləri də olmayacaqdır. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsassız deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Samux rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-130/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-130/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver