Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-130/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.N966-cı il tarixdə anadan olmuşdur. N985- N987-ci illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və ehtiyata buraxılmışdır. O, Tərtər Rayon Hərbi Komissarlıgı vasitəsilə Tərtər Ərazi Özünümüdafiə Batalyonuna üzv yazılmış və xx.xx.N993-cü ildən (4№-li əmr) xx.xx.N996-cı ilədək (xx.xx.N996-cı il tarixli, 39№-li əmr) N №-li hərbi hissədə hərbi xidmətdə olmuş və xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda (Agdərə rayonu istiqamətində) erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. AR MN-nin 24 yanvar N996-cı il tarixli, 26 saylı əmrinə əsasən və buna uygun olaraq 703- li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 3982 №-li əmrinə əsasən AR SQ-dən ehtiyata tərxis edilmiş və Tərtər RHK-da qeydiyyata götürülmüşdür. Barəsində hərbi cinayətlə bağlı heç bir cinayət işi və ya təhqiqat materialı yoxdur. O, Tərtər Ərazi Özünümüdafiə Batalyonunun və N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında » Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən müharibə veteranı sayılır. Lakin, faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadıgı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Tərtər Komissarlıgına, sonra isə rayon Hərbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş lakin cavabdeh orqan imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası N4 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-52N7/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8542 nömrəli məktubundan görünür ki, döyüş mövqeyini özbaşına tərk etdiyinə görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli N nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. Həmçinin sözügedən arxiv arayışında N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli N87 nömrəli əmri ilə sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 3-3-N2/2-30-97N4/23 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən xx.xx.N994-cü il tarixdə vətəndaş İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin N992-20N3-cü il tarixinə aid sənədlər və qeydiyyat kitablarının Tərtər Hərbi Prokurorluğunda qanunamüvafiq qaydada məhv edilməsi səbəbindən sonuncunun barəsində olan qərarın surətinin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı N993-cü ilin oktyabr və N994-cü ilin avqust aylarında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Baş X4 Tibbi Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, iş materialında olan sənədlərdən də görünür ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılaraq barəsində cinayət işi qaldırılmış, həmçinin Müdafiə Nazirliyinin Baş X4 Tibbi Arxivində oktyabr N993-cü ilin avqust N994-cü il tarixlərdə iddiaçının müayinə və müalicə olunmağı barədə məlumat aşkar edilməmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məktubuna əsasən iddiaçının barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Buna görə də, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surəti; - iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il traixli, 4/2-2N04 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 27 №-li əmrində (əsas: yoxlama əmri, səh N0, sıra 33, əmrdə atasınn adı Şaxvələd yazılmışdır) İddiaçı Şaxvələd oğluna avqust N993-cü il tarixi üçün üç qat pul zəminatı ödənilmişdir. xx.xx.N993-cü il tarixdən döyüş mövqeyini özbaşına tərk etdiyi üçün sıravi İddiaçıdin oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 49 №-li əmrilə (əsas: səh 2, əmrdə atasının adı Şahvələddin yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 270 №-li əmrilə (əsas səh 43, § 3,əmrdə atasının adı Şaxvələd yazılmışdır) baş əsgər İddiaçı Şaxvələd oğlu hərbi xidmətini davam etdirmək üçün 2-ci bölük, 2-ci manqaya baş atıcı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N87 №-li əmrilə (əsas: səh 6, § 2) sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək N MAT- un qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N97 №-li əmrilə (əsas: səh 2N, § 3) sıravi İddiaçı 6 MAT-un şəxsi heyətinin tərkibinə keçirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 62 №-li əmrində (əsas: yoxlama əmri, səh 9) yoxlama zamanı döyüş zonasında döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 78 №-li əmrində (əsas: səh N8) 6 MAT-un yoxlanılması zamanı qeydə alınmış şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirininxx.xx.N994-cü il tarixli 79 №-li əmrində (əsas: səh 2N) 6 MAT-un yoxlanılması zamanı qeydə alınmış şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 №-li əmrilə (əsas: səh 27, § 2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. - iş materiallarına əlavə edilmiş 703 saylı Hərbi Hissə komandirinin əmrindən xx.xx.N996-cı il tarixli, 39 nömrəli çıxarışdan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiayata təxris olunaraq qeydiyyat üçün çağırıldığı hərbi komisarlığın sərəncamına göndərilmişdir. - iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin xx.xx.202N-ci il tarixli, A-266 nömrəli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. - iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 4/3-2639 nömrəli imtina məktubdan görünür ki, döyüş əməliyyatları aparılan zaman iddiaçının xidməti ilə bağlı işdə olan sənədlərə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-8542 nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmri ilə döyüş mövqeyini özbaşına tərk etdiyinə görə bütün növ təminatlardan çıxarılmağı barədə cinayət işi qaldırılması, xx.xx.N994-cü il tarixli N87 nömrəli əmri ilə hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulma barədə məlumat var, lakin Müdafiə Nazirliyinin Baş Klinik hospitalının məktubunda oktyabr N993-avqust N994-cü illərdə müayinə və müalicədə olmağı barədə X6 Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar olunmadığına və həmçinin iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinə dair məlumatlar olduğuna görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - iş materiallarına əlavə edilmiş Tərtər Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-3-22/2-395/2023 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.N994-cü il tarixdə, N966-cı il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin N992-20N3-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə qəbul edilmiş qərarın surətini məhkəməyə göndərmək mümkün deyildir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023cü il tarixli, 33-3-N2/2-N57904/2023 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.N966-cı il təvəllüdlü İddiaçı və xx.xx.N974-cü il təvəllüdlü X5 Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, N846 nömrəli sorğuya cavabdan görünür ki, N №-li hərbi hissə komandirinin N4 sentyabr N993-cü il tarixli 27 №-li əmrilə (əsas: yoxlama əmri: bənd 3, sıra 33; qeyd: əmrdə atasının adı "Şaxvələd" yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır) İddiaçı Şaxvələd oğluna avqust ayı üçün 3(üç) qat pul zəminatı verilmişdir. Döyüş mövqeyini özbaşına tərk etdiyinə görə sıravi İddiaçıdin oğlu N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 49 №-li əmrilə (əsas: sıra-39, səh.-2; qeyd: əmrdə atasının adı "Şahvələddin” yazılmış, vəzifəsi qeyd olunmamışdır) bütün növ təminatlardan çıxarılaraq haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 270 №-li əmrilə (əsas: §3, səh.-44; qeyd: əmrdə atasının adı "Şaxvələd" yazılmışdır) baş atıcı, baş əsgər İddiaçı Şaxvələd oğlu xidmətini davam etdirmək üçün "Seydimli" bölüyündən N-ci MAT-a keçirilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli N87 №-li əmrilə (əsas: §2, səh.-6; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) N-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hospitaldan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli N98 №-li əmrilə pulemyotçu, sıravi İddiaçı (əsas: §3, səh.-2N) xidmətini davam etdirmək üçün N-ci MATdan 6-cı MAT-a keçirilərək bütün növ təminatlarla təmin edilməklə vəzifəsinin müvəqqəti icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin 3N avqust N994-cü il tarixli 62 №-li əmrində (əsas: səh.-9; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) döyüş tapşırığını yerinə yetirən 6-cı MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli 78 №-li əmrində (əsas: səh.-N8; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 noyabr N994-cü il tarixli 79 №-li əmrində (əsas: səh.-2N; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-un şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuş, 4-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 39 №-li əmrilə (əsas: §2, səh.-27; qeyd: əmrdə vəzifəsi qeyd olunmamışdır) hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. - iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 782 nömrəli sorğuya cavabda qeyd olunur ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş arxiv arayışı ünvanınıza göndərilir, əlavə olaraq bildiririk ki, vətəndaş İddiaçı N993,N994-cü il tarixlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında heç bir məlumat aşkar edilməmişdir. - iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 276 nömrəli arxiv arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə qeyd edir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Hazırki işin hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı cavabdehin əsas dəlili isə iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar olunmamasından ibarətdir. Halbuki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 276 nömrəli arxiv arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Həmçinin, 703 saylı Hərbi Hissə komandirinin xx.xx.N996-cı il tarixli, 39 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunaraq qeydiyyata düşmək üçün RHK-nın sərəncamına göndərilmişdir. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur. Cavabdeh orqanın imtinasının yeganə əsası onun hərbi hissəni özbaşına tərk etmə faktıdır ki, N №-li hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 270 №-li əmrilə (əsas: §3, səh.-44; qeyd: əmrdə atasının adı "Şaxvələd" yazılmışdır) baş atıcı, baş əsgər İddiaçı Şaxvələd oğlu xidmətini davam etdirmək üçün "Seydimli" bölüyündən N-ci MAT-a keçirilərək bütün növ təminatlarla təmin edilmişdir. Yəni, iddiaçı hərbi hissəni özbaşına tərk etsə belə, N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 270 №-li nömrəli əmri ilə onun bütün növ təminatlarla təmin edilməsi əmr edilmiş və iddiaçı xidmətini davam etmişdir. Məhkəmə, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərara münasibətdə də əlavə olaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. AR CM-nin 83.N-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. AR CM-nin 83.2-ci maddəsinin hazırkı redaksiyasından göründüyü kimi barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Eyni zamanda, qeyd olunur ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli qərarından da göründüyü kimi Konstitusiya Məhkəməsi hesab etmişdir ki, üç əsasdan (cinayət, ittiham hökmü və cəza birinin olmaması) hər hansı birinin olmaması məhkumluğun olmasını istisna edir. Göründüyü kimi cinayət işinin başlanılması barədə rədd qərarı iddiaçı barəsində hər hansı məhkumluq yaratmadığından onun hüquqi nəticəsinin mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, şəxsin döyüş əməliyyatlarında iştirakı və yaralanması arxiv arayışı və digər sənədlər ilə təsdiq edildiyindən özbaşına tərk etmə və qanuni əsaslarla ehtiyata buraxılmama ilə əlaqədar imtina dəlilləri qanuni və əsaslı hesab edilməməklə iddianın təmini üçün əsas müəyyən etməkdədir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.N, 75 və 8N-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-130/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-130/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver