Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1304/2022 05.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X46 və qeyriləri) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X46, X5, X8, X14, X9, X15, X22, X23, X55, X24, X33, X34, X35, X2, X25, X47, X3, X26, X27, X10, X28, X29, X36, X6, X30, X48, X56, X37, X38, X39, X7, X40, X11, X62, Xəlilov Səbuhi, İslam oğlu, X41, X31, X32, X16, X17, X49, X18 və X4 Bərdə şəhəri, Füzuli küçəsi, ev 11 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri, Füzuli küçəsi, ev 11 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evdə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçıya məxsus evdə pasport qeydiyyatında olması iddiaçının mülkiyyətindən sərəncam vermək hüququna həyata keçirə bilməməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X25 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onun da evinin ünvanı Bərdə şəhəri, ünvan 1rizəsində qeyd olunan Təhməzov soyadlı şəxslər hamısı onun ailə üzvləridir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********52-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi 11 ünvanda yerləşən ümumi sahəsi 125.3 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. -surəti işə əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli, 138-9044M nömrəli imtina məktubundan görünür ki, ərizədə göstərilən şəxslərin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X46, X5, X8, X14, X9, X15, X22, X23, X55, X24, X33, X34, X35, X2, X25, X47, X3, X26, X27, X10, X28, X29, X36, X6, X30, X48, X56, X37, X38, X39, X7, X40, X11, X62, Xəlilov Səbuhi, İslam oğlu, X41, X31, X32, X16, X17, X49, X50, X1 şəhəri, Füzuli küçəsi, ev 11 ünvanda qeydiyyatdadır. -işə əlavə edilmiş Bərdə Rayon Texniki İnventar Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi, ev 11 ünvanında yerləşən iki otaqlı, 42.9 kv.m yaşayış, 16.6 kv.m köməkçi, ümumi sahəsi 59.5 kv.m olan yaşayış evi bütünlüklə xx.xx.1990-cı il tarixdə X20 adına qeydə alınmışdır. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubunda bildirilmişdir ki, Bərdə şəhəri, Füzuli küçəsi 11 saylı, iki otaqdan ibarət olan ümumi sahəsi 125.30 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən Bərdə şəhəri, Füzuli küçəsi 11 saylı, iki otaqdan ibarət olan ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evi Bərdə rayonu, Texniki İnventar bürosu tərəfindən X12 adına xx.xx.1990-cı il tarixli və 1584 saylı qeydiyyat vəsiqəsilə qeydə alınmışdır. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********44 nömrəli məktubunda bildirilir ki, Bərdə şəhəri, ünvan 6 iki otaqdan ibarət olan ümumi sahəsi 125.30 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən Bərdə şəhəri, ünvan 5 iki otaqdan ibarət olan ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evi Bərdə rayonu, Texniki İnventarlaşdırma bürosu tərəfindən X12 adına xx.xx.1990-cı il tarixli və 1584 saylı qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. Qeyd edilən fiziki şəxslərə məxsus fərdi yaşayış evləri 11 saylı ünvan kimi qeyd edilmişdir. -işə əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli, 3/602 nömrəli məktubunda bildirilir ki, Bərdə şəhəri, Füzuli küçəsi, 6-cı dalan, ev 16 ünvanında qeydiyyatda olan şəxslər barəsində məlumat tapılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımında əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Bərdə şəhəri, Füzuli küçəsi 11 saylı, ümumi sahəsi 125.30 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən Bərdə şəhəri, Füzuli küçəsi 11 saylı, ümumi sahəsi 59.5 kv.m olan fərdi yaşayış evi X12 adına qeydə alınmışdır. İddiaçının xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsilə fərdi yaşayış evinin ünvanı ardıcıl olaraq Bərdə şəhəri, ünvan 3 ünvanı adlandırılmışdır. X12 adına qeydə alınmış fərdi yaşayış evinin isə ünvanı Bərdə şəhəri, ünvan 4üçəsi 25 kimi adlandırılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Hazırki halda işə əlavə olunmuş cavabdehin xx.xx.2022-ci il tarixli, 3/602 nömrəli məktubundan görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi, 6-cı dalan, ev 16 ünvanda qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının fərdi yaşayış evinin ünvanı yeni qaydalarla müəyyənləşdirildikdən sonra o, çıxarışını yeniləməmiş, ünvan dəyişikliyi ilə bağlı olaraq yaşayış yeri haqqında arayışda da başqa yaşayış evində qeydiyyatda olan şəxslər göstərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin də müqayisəli tədqiqindən o nəticəyə gəlinir ki, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evi ilə X12 adına qeydə alınmış fərdi yaşayış evləri ayrı-ayrı evlərdir. Yəni, iddiaçının pasport qeydiyyatından çıxarılmasını tələb etdiyi üçüncü şəxslər onun deyil, X12 adına qeydə alınmış ünvan 5 ünvanında qeydiyyatdadır. Odur ki, üçüncü şəxslər Bərdə şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmadıqlarından, sözügedən şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmaları ilə bağlı iddia əsaslı deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1304/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1304/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver