Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1307/2021 02.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X7 və X11) qarşı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi iddia tələbi üzrə iddianın mümkülüyü məsələsinə məhkəmənin binasında baxaraq Müəyyən etdi: AN-İ seriyalı, ******* nömrəli, 28.11.2016-cı il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən məlum olur ki, X3 rayonu Əliyaqublu kəndində yerləşən ümumi sahəsi 0,1454 ha torpaq sahəsini X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 07.07.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən məlum olur ki, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0,1454 ha torpaq sahəsi X6 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X7 və X11) qarşı 02.06.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** qeydiyyat nömrəli, 07.07.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı hazırkı tələblə və ********** qeydiyyat nömrəli, 15.112016-cı il tarixli çıxarışın ləğvi ilə bağlı 20.06.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2019-cu il tarixli 2-1(083)-1249/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli 2-1(104)-59/2020 nömrəli qərardadına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2019-cu il tarixli 2- 1(083)-1249/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və üçüncü şəxslər X7 və X9 qarşı çıxarışların ləğv edilməsinə dair iddia tələbi ********** qeydiyyat nömrəli, 07.07.2017ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamış, ********** qeydiyyat nömrəli, 15.11.2016-cı il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən» çıxarışın ləğv edilməsi hissəsində təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsi sözügedən qərardadında qeyd etmişdir ki, X12 adına verilmiş ********** qeydiyyat nömrəli, 07.07.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış onunla digər üçüncü şəxs arasında bağlanmış 28.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında verilmişdir ki, bununla da iddiaçının ********** qeydiyyat nömrəli, 07.07.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi mülki hüquq münasibətlərindən irəli gəlmişdir. Qeyd olunan tələbə inzibati hüquq münasibətləri çərçivəsində baxılması yolverilməz olmuşdur. Buna görə də iddia iddia tələbi qeyd olunan hissədə mümkün sayılmamalıdır. Gəncə İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(114)100/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 0,1454 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** qeydiyyat nömrəli, 15.11.2016-cı il tarixli aparılmış qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin yuxarıda şərh edilən və iddianın mümkün sayılmaması haqqında qəbul etdiyi 13.01.2020-ci il tarixli qərardadı qüvvədə olduğu halda, eyni iddia tələbi ilə bağlı işə mahiyyəti üzrə təkrarən baxılması halı nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipi baxımından yolverilməzdir. Məhkəmə iddiaçıya izah edir ki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17-ci bəndi). “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, çıxarış mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəddir və həmin daşınmaz əmlakla bağlı hər hansı müqavilənin və ya inzibati orqanın qərarının icra olunması məqsədilə verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvə hüquqi sülhün bərqərar olmasına xidmət edir və müəyyən bir andan etibarən məhkəmə qərarlarının mübahisələndirilməsini artıq mümkünsüz edir. İPM-də qanuni qüvvənin iki növü var: 1) formal-hüquqi qanuni qüvvə; 2) maddi-hüquqi qanuni qüvvə. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın məzmun baxımından məcburiliyini nəzərdə tutur və İPM-in 78-ci maddəsində əksini tapmışdır. Belə ki, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə, bir tərəfdən qərarın onun əsasında dayanan faktiki hallara və mübahisə predmetinə təsirini əhatə edir. Digər tərəfdən, o, qərarın hansı şəxslərə münasibətdə hansı məcburi qüvvəyə malik olması məsələsini tənzimləyir. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın mübahisələndirilə bilməsi mümkün olmadıqdan sonra hüquqi sülhün bərqərar olmasına xidmət edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərində göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X7 və X11) qarşı “********** qeydiyyat nömrəli, 07.07.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1307/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1307/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver