Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1308/2021 10.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı Cavabdeh 20.08.2016-cı il tarixli, 118 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı 02.06.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.08.2016-cı il tarixli, 118 saylı əmrinin etibarsız hesab edilməsi, əvvəlki işə bərpa edilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh 20 avqust 2016-cı il tarixli 118 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 30.06.2021-ci il tarixli, 2-1(114)- 1308/2021 nömrəli qərardad ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(114)-1308/2021 nömrəli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X6 xidmətdən əsassız xaric edilməyi və işə bərpa olunmağı ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin 16.05.2021-ci il tarixli, 023-30418T-3221 saylı imtina məktubunda qeyd edilmişdir ki, onun Daxili İşlər orqanlarında xidmətdən əsassız xaric edilməyi və bərpasına köməklik göstərilməsi barədə 07.05.2021-ci il tarixdə Nazirliyə daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh Post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində işləyərkən elan olunmuş intizam tənbehindən nəticə çıxarmaq əvəzinə yenidən ciddi nöqsanlara yol verdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə də aidiyyəti üzrə inzibat məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun barəsində Cavabdeh 04 fevral 2016-cı il tarixli, 48 nömrəli əmri və xidməti yoxlamanın aparılması barədə 19 avqust 2016-cı il tarixli rəyi və onun əsasında Cavabdeh 118 nömrəli əmrlərini qanunsuz və əsasız hesab edir. Ona görə ki, Cavabdeh 04 fevral 2016-cı il tarixli, 48 nömrəli əmrində qeyd edilmişdir ki, cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayət etməyərək arvadı ilə boşanıb yenidən bir yerdə yaşayaraq ailə məişət zəminində münaqişələrə yol verməklə “Daxili işlər orqanlarının əməkdaşlarının etik davranış kodeksi”nin 1-ci və 12-ci maddələrinin tələblərini kobud surətdə pozduğuna görə PPX tağımının polis nəfəri, polis serjantı İddiaçı “şiddətli töhmət” elan edilmişdir. Bununla bağlı barəsində aparılan rəydə və 04 fevral 2016-cı il tarixli, 48 nömrəli əmrində qeyd edilmişdir ki, guya o, ailə münaqişəsi yaratmış və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin sahə rəisi polis mayoru Ramiz Abışovun icraatında olan araşdırma materialı əsasında ona qərəzli olaraq “Şiddətli töhmət“ verilmişdir. Halbuki, Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış və onun heç bir qanun pozutusuna yol vermədiyi Gəncə şəhər Prokuroluğunun cinayət işi başlanılması barədə rədd qərarında təsdiq olunur. Bundan başqa Cavabdeh xidməti yoxlamanın aparlması barədə 19 avqust 2016-cı il tarixli rəyi və onun əsasında Cavabdeh 118 nömrəli əmri də qanunsuzdur. Ona görə ki, vətəndaş X5 qarın boşluğuna dəlib keçən bıçaq xəsarəti ilə 15.08.2016-cı il tarixdə saat 23:20 radələrində Gəncə şəhər Səhiyyə İdarəsi Abbas Səhət adına 1-saylı şəhər xəstəxanasına gətirilmişdir və həmin xəstəxanada 26.08.2016-cı il saat 10:00-dək müalicə almışdır. O isə 19.08.2016-cı il saat 09:00-dan 20.08.2016-cı il səhər saat 10:00-dək tək olaraq Post Patrul xidmətinin manqa komandiri Arzu Qurbanovun şifahi qanunsuz göstərişi ilə həmin xəstaxananın dəhlizində təşkil olunmuş postda olmuşdur. O, vətəndaş X3 hadisə törətməsi ilə əlaqədar məlumatlandırılmamış və X1 barədə onda müstətiqin saxlama barədə heç bir qərarı və yaxud sənəd olmamışdır. Göstərilən əsaslarla cavabdehin əmrini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 10 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən həyat ycavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia ərizısinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AA1766232 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus 140409 nömrəli əmək kitabçasının surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh rəsinin 19.08.2016-cı il tarixli rəyinin surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 19.08.2016-cı il tarixli, 89 nömrəli əmrin surəti; - - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 20.08.2016-cı il tarixli, 118 nömrəli əmrin əsli; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 10.12.2012-ci il tarixli, 106 nömrəli əmrin surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 11.03.2013-cü il tarixli, 63 nömrəli əmrin surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 24.01.2015-ci il tarixli, 38 nömrəli əmrin surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 04.02.2016-cı il tarixli, 48 nömrəli əmrin surəti. - Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından aşağıdakılara görə əsaslı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İşin faktiki halları, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, sabiq polis əməkdaşı İddiaçı 20.08.2006-cı il tarixdən 20.08.2016-cı il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehndə xidmət etmişdir. Xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmamış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyərək, laqeydliyə yol vermiş, xidməti vəzifəsinə laqeyd, etinasız, məsuliyyətsiz münasibət bəsləmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 10.12.2012-ci il tarixli, 106 nömrəli əmrlə “Polis haqqında” Azərbaycan Respublikası qanununun və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 13 və 22ci maddələrinin tələblərini kobud surətdə pozaraq icrasının mümkün olmayacağını bilməli olduğu öhdəlikləri üzərinə götürdüyünə və həmin öhdəlikləri müəyyəmləşdirilmiş şərtlərə uyğun icra etmədiyinə görə Cavabdeh PPX taqımının polis nəfəri polis serjantı İddiaçı “Şiddətli töhmət” elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 11.03.2013-cü il tarixli, 63 nömrəli əmrlə Cavabdeh PPX taqımının polis nəfəri polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü naddəsinin 4-cü bəndinə uyğun olaraq “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 24.01.2015-ci il tarixli, 38 nömrəli əmrlə Cavabdeh PPX taqımının polis nəfəri polis serjantı İddiaçı “Şiddətli töhmət” elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 04.02.2016-cı il tarixli, 48 nömrəli əmrlə cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayət etməyərək yoldaşı ilə boşanıb yenidən bir yerdə yaşayaraq ailə-məişət nəmnində münaqişələrə yol verməklə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1ci və 12-ci maddələrinin tələblərini kobud surətdə pozduğuna görə Cavabdeh PPX taqımının polis nəfəri polis serjantı İddiaçı “Şiddətli töhmət” elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş 20.08.2016-cı il tarixli, 118 nömrəli əmrlə İddiaçı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb olunduqadan sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə 20.08.2016-cı il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndələri ilə xidmətdən xaric edilmişdir. İddiaçı 20.08.2006-cı il tarixindən X8 daxil olduğundan ona “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin və “Polis haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 29-cu maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada and içirlər. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı xidmət etdiyi müddətdə dəfələrlə şiddətli töhmət alaraq daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etmiş və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş davranış qaydalarına riayət etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. «X10 əməkdaşlarının etik davranış Kodeksi»nin 1-ci maddəsinə əsasən X10 əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci maddəsinə əsasən X10 əməkdaşı anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Həmin Kodeksin 3-cü maddəsinə əsasən X10 əməkdaşı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Həmin Kodeksin 4-cü maddəsinə əsasən X10 əməkdaşı dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 13-cü maddəsinə əsasən X10 əməkdaşı icrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Həmin Kodeksin 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı polis nəfəri olaraq «X10 əməkdaşlarının etik davranış Kodeksi»ndə təsbit olunan davranış qaydalarına riayət etmədiyindən haqlı olaraq daxili işlər orqanlarından xaric edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh 20.08.2016-cı il tarixli, 118 nömrəli əmri inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmədiyindən həmin əmrin ləğvi üçün əsas yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı Cavabdeh 20.08.2016-cı il tarixli, 118 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı Cavabdeh 20.08.2016-cı il tarixli, 118 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1308/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1308/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver