Məhkəmə qərarları › İş №2-1(114)-1309/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1309/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1309/2020 06.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Gədəbəy rayon filialının etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Gədəbəy rayon filialı) qarşı övladının döyüş tapşırığını yerinə yetirərkən həlak olması ilə əlaqədar arayışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Gədəbəy rayon filialı) qarşı mərhum şəhid övladı X2 xx xxxxx 1994-cü il tarixdə Gədəbəy rayonunun Şınıx bölgəsində N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olması ilə əlaqədar arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, övladı mərhum şəhid xx xxxxxxx 1973cü il təvəllüdlü X3 xx xxxxxx 1993-cü il tarixdə SHXÇDX-nin Gədəbəy rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. xx xxxxx 1994-cü il tarixdə Gədəbəy rayonunun Şınıx bölgəsində N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid anası kimi ona xx xxxx 1997ci il tarixli, 003062 saylı şəhid ailəsi vəsiqəsi verilmişdir. Sonradan şəhid ailəsi kimi ona verilən Prezident təqaüdü əsassız olaraq dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Gədəbəy rayon şöbəsinə şəhid ailəsi kimi ona verilən imtiyazlardan hansı səbəbdən dayandırılması ilə bağlı dəfələrlə müraciətlər etsə də, ona dəqiq məlumat verilməmişdir. Mərhum oğlunun hərbi xidmətdə olarkən hansı səbəbdən dünyasını dəyişməsi barədə arayışın alınmasına köməklik göstərilməsi və şəhid ailəsi kimi ona verilən imtiyazların sonradan hansı səbəbdən dayandırılması üçün Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və X1 X6 ərizə ilə müraciət etmişdir. Sözügedən Təşkilat Dövlət X12 Gədəbəy rayon şöbəsinə şəhid ailəsi kimi ona verilən imtiyazların hansı səbəbdən dayandırılması və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə mərhum övladının N nömrəli hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən həlak olması barədə ilkin arayışın verilməsi barədə ərizə ilə müraciətlər etmişdir. Müdafıə Nazirliyi Mərkəzi Arxivi xx.xx.2020-ci il tarixdə arxiv arayışı ilə müraciətinə cavab göndərmişdir. Cavabda qeyd edilir ki, Gədəbəy RHK-dan çağırılmış mərhum övladı 1973cü il təvəllüdlü X3 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 151 nömrəli əmrilə SPQ-9-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Mərhum şəhid övladı X2 xx xxxxx 1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 36 nömrəli əmrilə şəxsi heyətin siyahısından azad edilmişdir. Halbuki mərhum şəhid övladı X2 xx xxxxx 1994-cü il tarixdə Gədəbəy rayonunun Şınıx bölgəsində N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Gədəbəy rayon filialının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Qazax rayonu Hərbi Tribunalının 1994-cü il tarixli hökmünə əsasən, X4 N nömrəli hərbi hissədə hərbi xidmət keçərkən hərbi hissənin əsgəri X7 tərəfindən xx.xx.1994-cü il tarixdə xuliqanlıq niyyəti ilə qəsdən öldürülmüşdür. Odur ki, İ.İ.Bayraməliyevin şəhid hesab edilməsinə qanuni əsas olmadığını nəzərə alaraq Bayraməliyevlər ailəsinə şəhid ailəsi kimi müəyyən edilmiş təminat və güzəştlər dayandırılmışdır. Cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3. maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4. maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibəti olmadığından inzibati işin ərazi aidiyyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2. maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə İşlər Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 3 olduğundan və Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85. maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsin Gədəbəy rayon filialı) qarşı övladının döyüş tapşırığını yerinə yetirərkən həlak olması ilə əlaqədar arayışın verilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar