Məhkəmə qərarları › İş №2-1(114)-1311/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1311/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1311/2020 14.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N93-cü il tarixdə Tərtər rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuş və döyüşlərdə iştirak etmiş, sonrakı xidmətini davam etdirmək üçün Gorana göndərilmişdir. xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində, xx.xx.N94-cü il tarixdən xx.xx.N97-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N97-ci il tarixli, N nömrəli və N nömrəli hərbi hissənin xx.xx.N97-ci il tarixli, N nömrəli əmrləri ilə hərbi xidmətdən ehtiyata tərxis edilmiş və Tərtər RHK-da qeydiyyata götürülmüşdür. Qeyd olunan faktlar onun hərbi biletində öz təsdiqini tapmışdır. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 11/308N nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixdə İddiaçı xidmətə daxil olması barədə məlumat var. xx.xx.N93-cü ildən yanvar N97-ci il tarixədək xidməti barədə məlumat yoxdur, eləcə də N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərarargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/R-3842 nömrəli məktubunun məzmunundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-398 nömrəli arayışına əsasən İddiaçı170 və N nömrəli hərbi hissələrdə xx.xx.N93-cü il tarixdən sonra hərbi xidməti təsdiqlənmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci tarixli 9/2-398 nömrəli məktubunda qeyd edilir ki, Tərtər RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixli 70 nömrəli əmri ilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütöv növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx xxxx N93-cü il tarixli 141 nömrəli əmri ilə xx.xx.N93-cü il tarixdən şəxsi heyətin siyahısından və bütöv növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün Gorana göndərilmiş, N nömrəli hərbi hissə komandirinin yanvar N97-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamış və N nömrəli hərbi hissə komandirinin yanvar N94-cü il, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -İddiaçı məxsus xx.xx.N93-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletdə sonuncunun xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.N94-cü il tarixdən xx.xx.N97-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağdam uğrunda gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 70 nömrəli əmrindən çıxarışından görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində kursant vəzifəsinə təyin edilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 141 nömrəli əmrindən çıxarışından görünür ki, İddiaçı şəxsi heyətin siyahısından və bütöv növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün Gorana göndərilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli R-4454 nömrəli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının xx.xx.N93cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi və sonrakı xidmətini davam etdirmək üçün əmrlə Gorana göndərilməsi ona məxsus hərbi biletlə və arxiv arayışı ilə öz təsdiqini tapmışdır, lakin cavabdehin müvafiq məlumatına əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərarargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas vermir. Bundan başqa iddiaçının xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.N94-cü il tarixdən xx.xx.N97-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi yalnız hərbi biletdə qeyd olunmuş, qeyd olunan məlumatlar müvafiq olaraq arxiv arayışları ilə öz təsdiqini tapmamışdır. Mövcud qanunvericiliklə hərbi biletdə əks olunmuş məlumatlar hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda şəxslərə müharibə veteranı adı verilir. Göründüyü kimi iddiaçının qeyd etdiyi dövrlərdə hərbi xidmətdə olmasını və döyüşlərdə iştirakını təsdiq edən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmadığına görə qanunvericiliklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar