Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1312/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) qərarın və iclas protokolunun ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 08.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Keçili bələdiyyəsinin 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 31 iyul 2003-cü il tarixli, 09 nömrəli qərarına və 24 dekabr 2003-cü il tarixli alqı-satqı aktına əsasən Şəmkir rayonu Keçili bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsini 37.600 manata almışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Cavabdeh tərtib etdiyi Şəmkir rayonu Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən torpaq sahəsinin koordinatları ona tanıdılmış və həmin vaxtdan da, torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Bələdiyyə həmin vaxt torpaqlara çıxarış almadığından o da, torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Lakin üçüncü şəxs İməddin Məmmədov çıxarış təqdim edərək həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etmişdir. Sorğu əsasında əldə edilmiş məktubla müəyyən olunmuşdur ki, cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinin 14.10.2019-cu il tarixli, 19 saylı qərarına və iclas protokoluna əsasən həmin torpaq sahəsinin bələdiyyə tərəfindən İməddin Məmmədova satılması qərara alınmış və 16.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Bələdiyyə 2019- cu ildə torpaqlara mülkiyyət sənədini əldə etmiş və 2003-cü ildən iddiaçının aldığı mübahisəli torpaq sahəsini 2019-cu ildə İməddin Məmmədova satmışdır. Sonuncu isə adına çıxarış almışdır. Bundan məlum olur ki, Şəmkir rayonu Keçili bələdiyyəsi bir torpaq sahəsini ilk öncə iddiaçıya satmış, 16 il sonra isə həmin torpaq sahəsini İməddin Məmmədova satmışdır. Bələdiyyə bir torpaq sahəsinə görə 2 dəfə pul almışdır. Nəticədə iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməsinə süni maneələr törətmişdir. Göstərilən əsaslarla iddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Məhkəmənin 26.05.2022-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “Şəmkir rayonu Keçili bələdiyyəsinin 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun ləğv edilməsi”nə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X8 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2003-cü ildən həmin torpaq sahəsindən iddiaçı istifadə edir və orada istixana inşa etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş:- - Cavabdeh 31 iyul 2003-cü il tarixli, 09 nömrəli qərarından görünür ki, bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədilə 0.08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -Şəmkir rayonu Keçili bələdiyyəsinin 14.10.2019-cu il tarixli, 19 saylı protokolundan (protokolun 1.2-ci bəndindən) görünür ki, Keçili kəndi ərazisində yerləşən Dövlət reyestrində Keçili bələdiyyəsinin adına 08.10.2019-cu il tarixli **********59 reyestr nömrə ilə qeydiyyata alınmış 740 kv.m torpaq sahəsinin 2400 manata Xuluf kənd sakini X1 qərara alınmışdır. -AN-İ ******* nömrəli 16.10.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu Keçili bələdiyyəsi 08.10.2019-cu il tarixli **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus 0.074 ha torpaq sahəsini X2. -********** qeydiyyat nömrəli, 22.10.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.074 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə, müəyyən olunur ki, Cavabdeh 31 iyul 2003-cü il tarixli, 09 nömrəli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi sonradan, yəni bələdiyyənin 14.10.2019-cu il tarixli, 19 saylı iclas protokoluna əsasən üçüncü şəxsə satılmış və həmin şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, bələdiyyənin hazırda mübahisələndirilən 14.10.2019-cu il tarixli, 19 saylı iclas protokolunun verilməsinə əsas olmuş ilkin sənədlər, yəni bələdiyyənin mübahisəli torpaq sahəsini öz mülkiyyətinə keçirməsi proseduru ilə bağlı inzibati aktlar, eyni zamanda həmin sahə üzərində bələdiyyənin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində əks etdirən müvafiq qeydiyyat (08.10.2019-cu il tarixli **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) olmuşdur. Odur ki, qeyd olunan sənədlər qüvvədə olduğu halda bələdiyyənin 14.10.2019-cu il tarixli, 19 saylı iclas protokolunun (qərarının) ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı qərarın və iclas protokolunun ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1312/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1312/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver