Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1314/2020 06.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, N/Ə-725N nömrəli məktubu ilə döyüş əməliyyatları aparılan rayonlara və ya hərbi hissələrə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunması barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına görə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alaraq veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N938-ci ildə Goranboy rayonunun Nizami kəndində anadan olmuşdur. Hazırda Gəncə şəhəri, Kəpəz rayonu, DOS-N02, 56 nömrəli evdə qediyyatda olmaqla, həmin ünvanda yaşayır. O, N957-ci ildən N994-cü ilin atəşkəs elanolunan vaxta kimi ordu sıralarında xidmət etmişdir. O, Goranboy rayonu ərazisində fəaliyyət göstərmiş N nömrəli hərbi hissədə, döyüş-sursat anbarında işləmişdir. Vəzifəsi döyüş texnikasını yoxlamaq, lazım gəldikdə isə döyüş bölgələrini silah-sursatla təmin etməkdən ibarət olmuşdur. N992-N994-cü illərdə N nömrəli hərbi hissənin komandanlığının göstərişi ilə cəbhə bölgəsində döyüşən əsgərləri və zabitləri döyüş sursatı-yəni bomba, snaryad, S8, S5 reaktiv snaryadları, strelkovıy patronları ilə təmin etmişdir. O, cümlədən N nömrəli hərbi hissə komandanlığının göstərişi ilə xx xxxxxx N992ci ildə Kəlbəcər rayonu uğrunda döyüşlərdə iştirak etmiş N nömrəli hərbi hissəyə N (iyirmi min) ədəd N2,7 mm və N (iyirmi min) ədəd 23 mm pulamyot güllələrini, 4000 (dörd min) ədəd N2,7 mm lentanı və 9000 (doqquz min) ədəd 23 mm lentanı təhvil verib xx xxxxxx N992-ci il tarixli, 30N nömrəli rəsmi arayış almışdır. X2 Veteranlar Birliyi tərəfindən xx.xx.N997-ci il tarixli, 26887 nömrəli veteran vəsiqəsi verilmişdir. Ondan əvvəllər veteranlıqla bağlı kommunal ödənişlər tutulmamış, güzəştli şərtlərdən istifadə etmişdir. Lakin sonradan vəsiqəni dəyişdirmədiyinə görə yeni vəsiqə ala bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/4749 nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinə əsasən döyüş əməliyyatları bölgəsinə ezamiyyəti döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona müharibə veteran adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteran, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxx 2020-ci il tarixli, 9/2-4749 nömrəli arxiv arayışından və xx xxxx 2020-ci il tarixli, 9/2-7035 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissədən gəlmiş İddiaçı öz ərizəsinə əsasən N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli, N №-li şəxsi heyətin siyahısına daxil edilərək mühasib vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli, 9 №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli, NN №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N8 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N9 №li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 32 №-li əmrində AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi görtərilməyib) Müdafiə Nazirliyinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxx N993-cü il tarixli, 50 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) maşınlara ehtiyyat hissələri almaq üçün Müdafiə Nazirliyinə və N №-li hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxx N993-cü il tarixli, 52 №-li əmrində İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxx N993-cü il tarixli, 67 №-li əmrində AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) xidməti məsələlərin həlli üçün Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxx N993-cü il tarixli, 69 №-li əmrində AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 75 №-li əmrində AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) Müdafiə Nazirliyinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 76 №-li əmrində İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 83 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) xidməti məsələlərin həlli üçün Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 84 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 86 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) xidməti məsələlərin həlli üçün Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli, 87 №-li əmrində İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N993-cü il tarixli, N20 №-li əmrində İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) xidməti məsələlərin həlli üçün Müdafiə Nazirliyinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N993-cü il tarixli, N2N №-li əmrində İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxx N993-cü il tarixli, N45 №-li əmrində mühasib İddiaçı (əmrdə adı tam və atasının adı yazılmamışdır) N №-li hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxx N993-cü il tarixli, N46 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N60 №-li əmrində mühasib İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N78 №-li əmrində İddiaçı (əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) xidməti məsələlərin həlli üçün Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N80 №-li əmrində İddiaçı (əmrdə adı tam və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Bakı şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N83 №-li əmrində AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N0 №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N994-cü il tarixdən döyüş əməliyyatları bölgəsindən xidməti ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, NN №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) xx.xx.N994-cü il tarixdən N №-li hərbi hissəyə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N3 №-li əmrində AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) xidməti ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 27 №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) Kürdəmir şəhərinə xidməti ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 28 №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) xidməti ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 37 №-li əmrində mühasib, AO qulluqçusu İddiaçı (əmrdə adı və atasının adı tam yazılmamışdır) xidməti məsələlərin həlli üçün N №-li hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxx N994-cü il tarixli, 40 №-li əmrilə mühasib, AO qulluqçusu İddiaçı Bakı şəhərindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin aprel-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi və 70N №-li hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 642 nömrəli məktubundan görünür ki, N938-ci il təvəllüdlü Əhmədov XN və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsində hərbi qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2-9355 nömrəli məktubundan görünür ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə döyüş bölgələrinə ezam olunduğunu və döyüşlərdə iştirak etdiyini qeyd etsə də, iddiaçının döyüşən hərbi hissədə xidmət etməsi, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, ….. tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin bəndin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasıdır. Hazırkı işin hallarından isə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmiş, iddiaçı xidməti vəzifəsinin icrası ilə bağlı ezam olunmuş, xidmət etdiyi N nömrəli hərbi hissə isə döyüşən hərbi hissə kimi qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t İ c ə v İ h İ s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonraqanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1314/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1314/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver