Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1319/2025 25.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı əsassız hesablanmış borcun silinməsi və imtahanlarda iştirak etməyə icazə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı əsassız hesablanmış borcun silinməsi və imtahanlarda iştirak etməyə icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye mühəndisliyi və logistira” fakültəsinin “Logistika və nəqliyyat texnologiya mühəndidliyi” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. 2022-ci ildən tələb etməyinə baxmayaraq, 2023-cü ilin fevral ayından təhsilə qismən cəlb olunmaqla “parttime” təhsil formasında təhsilini davam etmişdir. 2024-cü ilin fevral ayından may ayınadək "parttime" təhsil formasında 3 fənden dərslərin tədris olunması barədə müraciət etmiş, lakin ona 3 fənn deyil, 2 fəndən dərslər tədris olunmuşdur. Bildirir ki, "parttime" təhsil sistemində təhsil haqqı tədris olunduğu fənlərin sayına bölünərək ödənilir. Onun illik təhsil haqqı 1300 AZN-dir. Hazırda o, "parttime" təhsil sistemində təhsil kreditinə uyğun olaraq təhsil haqqını ödəmiş və heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 4.3. bəndinə əsasən, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Həmin Qaydaların 2.1.1. bəndinə əsasən, təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. Həmin Qaydaların 2.1.19. bəndinə əsasən, tədrisə qismən cəlb olunma (parttime) - ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma forması; İki tədris fənnində iştirak edib təhsil kreditini toplasa da, lakin həmin fənnlər üzrə imtahana buraxılmamş vƏ ona bildirmişlər ki, guya ki, onun 775,33 (yeddi yüz yetmiş beş manat otuz üç qəpik) manat təhsil haqqı borcu var. Universitet onu imtahana buraxmır və nəticədə süni surətdə kredit borcları yaradır və nəticədə o, əlavə təhsil haqqı ödəməli olur. Bundan başqa, 2023-cü ildə onu yay məktəbinə salmışlar, həmin zaman əsas fənn yay məktəbinə salınmalı olmadığı halda yay məktəbinə salınmış və onun tərəfindən 325 manat (yay məktəbi ödənişi) ödənmişdir. O, həmin 325 manat yay məktəbi ödənişinin təhsil haqqı ilə əvəz edilməsini tələb etsə də, onun müraciətinə cavab verilməmişdir. O, subbakalavr qaydasında universitetə daxil olmuş, orta ixtisas təhsil müəssisəsində tədris olunan fənnlər ali təhsil müəssisində tədris olunan zaman güzəşt edilməli olduğu halda, bu güzəştlər də ona tətbiq edilməmişdir. O, yuxarıda da qeyd etdiyi kimi, 2023-cü ilin fevral ayından "parttime" sisteminə keçmiş, 2022-ci ilin sentyabr ayından dekabr ayına qədər dəfələrlə "parttime" sistemə keçməklə bağlı müraciətlər etməyinə baxmayaraq, əyani təhsil almışdr. Lakin anasının onkoloji xəstə olması səbəbindən dərsə gedə bilməmişdir. Buna görə də ona kredit borcu yaranmış, sonradan 4 fənndən biri fənn yay məktəbində tədris olunmuş, digər 3 fənndən 2 fənn isə "alt qrup"la tədris olunmuş, buna görə ondan 217 manat kredit haqqı alınmış, digər 1 fənn (kompüter qrafikası; 8 kreditlik) isə hələ də tədris olunmamışdır. Bildirir ki, belə olduqda o, bir fənn üçün iki dəfə təhsil haqqı ödəmiş olur, lakin yuxarıda da qeyd etdiyi kimi, onun borcu yoxdur və bütün ödədiyi məbləğlərin qəbzləri hazırda ondadr. Qeyd edilənləri əsas gətirərək ona əsassız yazılmış 775,33 manat borcun "yay" məktəbi üçün ödədəyi 325 manat və "alt qrup" üçün ödədiyi 217 manatla əvəzlənərək silinməsi; xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində təyin edilərək keçirilmiş, lakin təhsil haqqı borcunun olmasını əsas gətirərək imtahanlarda iştirak etməyinə icazə vermədikləri "Nəqliyyat hüququ" (5 kreditlik) və "Nəqliyyat daşımalarının texnologiyası" (6 kreditlik) fənlərindən ondan əlavə heç bir ödəniş tələb edilmədən imtahan vaxtları təyin edilərək imtahan götürülməsi, vaxtında "parttime" sistemə keçirilməməsinin səbəbindən kredit borcu yaranmış - "kompüter qrafikası" (8 kreditik) fənni üzrə ödədiyi təhsil haqqından əlavə ondan "Alt qrupa"a görə heç bir ödənişin tələb edilməməsi, həmin kredit ödənişindən azad olunmağı vəzifəsinin Azərbaycan Texnologiya Universitetinin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırda mübahisənin həll edildiyini qeyd edib məhkəmədən iddia tələbi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli 44-24-41/01 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı "borcun əvəzlənərək silinməsi, imtahan götürülməsi və kredit ödənişindən azad olunması öhdəliyin cavabdehin üzərinə qoyulması" tələbinə dair icraatınızda olan 2-1(114)-3894/2024 saylı inzibati iş vardır. İcraatınızda olan 2-1(114)-3894/2024 saylı inzibati iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verilmiş şifahi sorğunuza cavab olaraq bildirilir ki, İddiaçı ödənişli əsaslarla Azərbaycan Texnologiya Universitetində təhsil alır və onun illik təhsil haqqı 1300.00 (bir min üç yüz) manat təşkil edir. İddiaçı payız-qış semestrində 650.00 (altı yüz əlli) manat (1300/2=650) təhsil haqqı borcu hesablanmış, tələbənin ərizəsini nəzərə alaraq universitet rəhbərliyinin 93 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən təhsil alma forması "Parttime" təhsil formasına dəyişdırılmiş və yaz-yay semestrində uzrə 412.00 (dörd yüz on iki) manat pul hesablanmışdır (173+109+130=412). Azərbaycan Texnologiya Universitetinin Mühasibat Uçotu və İqtisadi Təhlil şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10 saylı arayışından görünür ki, iddiaçı, tələbə İddiaçı tərəfindən təhsil haqqı borcu kimi 2020/2021-ci tədris ilində 1300 (bir min üç yüz) manat, 2021/2022ci tədris ilində 1300 (bir min üş yüz) manat, 2022/2023-cü tədris ilində 520 (beş yüz iyirmi) manat, 2023/2024-cü tədris ilində 460 (dörd yüz altmış) manat və 2024/2025-ci tədris ilində 992 (doqquz yüz doxsan iki) manat, Ümumilikdə 4572 (dörd min beş yüz yetmiş iki) manat təhsil haqqı ödəmişdir. Bundan başqa iddiaçı, tələbə İddiaçı kəsir borcları üçün (alt qrup, şərti qrup və s.) 2022/2023-cü tədris ilində 373 (üç yüz yetmiş üç) manat, 2023/2024-cü tədris ili üçün 390 (üç yüz doxsan) manat, ümumilikdə 763 (yeddi yüz altmış üç) manat ödəmişdir. Nəzərinizə çatdırılır ki, hazırda iddiaçı, tələbə İddiaçı "Nəqliyyat daşımaları texnologiyaları" və "Nəqliyyat hüququ" fənlərindən imtahanları verilməmişdir, lakin həmin imtahanlar 2024/2025-ci tədris ilinin yaz semestrində olduğundan və tələbə kredit borcunu ödədiyindən qeyd olunan imtahanlara buraxılmasına heç bir əngəllər yoxdur. İddiaçı, tələbə İddiaçı keçiriləcək istehsalat təcrübəsi üçün kredit sayları hesablandıqdan sonra tələbə tərəfindən ödənilməlidir. Belə ki, yuxarıda qeyd edilən məktubdan göründüyü kimi iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin olunmuş və mübahisə aradan qalxmışdır. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4-cü maddəsinə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktdan da görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması üçün əsasdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 67 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı əsassız hesablanmış borcun silinməsi və imtahanlarda iştirak etməyə icazə verilməsi tələbinə dair iş üzrə mübahisə olmadığından icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1319/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1319/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver