Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-132/2021 19.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3rşı torpağın mülkiyyətə verilməsinə dair JN-121 (KOD 50407018) saylı Dövlət aktının ləğv edilməsi, ona və ailə üzvlərinə Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair yeni Dövlət aktının (çıxarışın) verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-121 (KOD 50407018) saylı Dövlət aktının ləğv edilməsi, ona və ailə üzvlərinə Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair yeni Dövlət aktının (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon X1 xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Şəmkir rayonu Qaracəmirli kəndi ərazisindən 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi yəni, pay torpağı ümumi paylı mülkiyyət əsasında mülkiyyətlərinə verilmiş və onlara torpağın mülkiyyətə verilməsinə dair JN-121 (KOD 50407018) nömrəli Dövlət Aktı verilmişdir. Həmin tarixdən hazırki vaxtadək 2 ha torpaq sahəsini əkmiş və qeyd olunan torpaq sahəsinə görə hər il dövlətdən subsidiya almışdır. Cari ildə Dövlət tərəfindən verilən subsidiyanı almaq üçün müvafiq idarəyə müraciət etdikdə ona 0.21 ha torpaq sahəsi üçün subsidiyanın veriləcəyi bildirilmişdir. O, subsidiyanın məbləğinin nəyə görə azaldılmasını barədə məlumat aldıqdan sonra ona bildirilmişdir ki, Dövlət Aktında onun torpaq sahəsi 0.21 ha olaraq qeyd edilmişdir. Bundan sonra o, aidiyyati üzrə yazılı olaraq cavabdehə müraciət etdikdə Dövlət Aktında olan səhvin düzəldilməsinin idarənin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh xx.xx.2020-ci il tarixli **********13 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir rayon X1 1998-ci il 30 mart tarixli 49 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-121 saylı Dövlət aktı tərtib edilmiş və həmin aktda 0.21 ha torpaq sahəsi qeyd edilmişdir. Sözügedən Dövlət aktının ləğv olunması və 2 ha torpaq sahəsinə yeni Dövlət aktının verilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə iddiaçı Şəmkir rayon X1 xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-121 (KOD 50407018) nömrəli Dövlət Aktında göstərilən 0.21 ha torpaq sahəsi əvəzinə 0.2 ha torpaq sahəsinə dair yeni Dövlət Aktının (çıxarışın) verilməsini tələb edir ki, həmin sənəd də (JN-121 nömrəli Dövlət Aktı) Şəmkir rayon X1 xx.xx.1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Bununla bərabər məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iddiaçının dəlillərini araşdırmaq üçün xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular vermiş, sorğuya verilmiş cavablarda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində mövcud olan Şəmkir rayonu Qaracəmirli kəndi üzrə torpaq payı verilən subyektlərin siyahısında iddiaçının və ailə üzvlərinin adları qeyd edilməsi göstərilsə də, lakin onlara kənd təsərrüfatı məqsədi ilə neçə ha torpaq sahəsinin verilməsi barədə məlumatın olmadığı bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3rşı torpağın mülkiyyətə verilməsinə dair JN-121 (KOD 50407018) saylı Dövlət aktının ləğv edilməsi, ona və ailə üzvlərinə Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair yeni Dövlət aktının (çıxarışın) verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-132/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-132/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver