Məhkəmə qərarları › İş №2-1(114)-132/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-132/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-132/2025 13.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İddiaçı İstehsalat Kommersiya Şirkətinin cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) Bərdə rayon Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarını qismən üçüncü şəxs X3 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi hissə saxlanılmaqla qalan hissədə ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İstehsalat Kommersiya Şirkəti cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli, 23 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər Bərdə şəhər Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, X17, X6 və üçüncü şəxs Bərdə regional "ASAN xidmət" mərkəzi notariat kontorunun xüsusi notariusu X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bərdə şəhər Bələdiyyəsi ilə X17 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş və 4Ə-1810 nömrə ilə qeydə alınmış 26 dekabr 2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş çıxarışa əsasən X17 ilə X6 arasında bağlanmış və həmin notarius tərəfindən təsdiq edilərək 4Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında X14 adına verilmiş 30 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və X3 adına verilmiş 29 yanvar 2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın sökülməsi və yolun açılması vəzifəsinin cavabdeh Bərdə şəhər Bələdiyyəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(021)-316/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Bərdə şəhər Bələdiyyəsi ilə X17 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0.00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-1810 nömrə ilə qeydə alınmış 26 dekabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi X17 ilə X6 arasında Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış reyestrdə 4Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, X14 adına verilmiş 30 dekabr 2016-cı il tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və X3 adına verilmiş 29 yanvar 2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasarın Bərdə şəhər Bələdiyyəsinin hesabına sökülməsi qət edilmiş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmiş, ekspertiza xərci iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli 2(102)-3160/21 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-758/2020 saylı qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşə təkrar apellyasiya məhkəməsi baxışı mərhələsində İddiaçı İstehsalat Kommersiya Şirkəti Gəncə İnzibati Məhkəməsində Bərdə rayon Bərdə Bələdiyyəsinə (üçüncü şəxslər X17 və X7) qarşı Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarının ləğv edilməsi tələbi ilə iddia qakdımış və həmin işə baxılıb nəticə verilənədək Gəncə Apellyasiya Məhkəməsi icraatı dayandırmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2197/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 21(104)- 152/2022 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-2197/2021 saylı qərarının dəyişdirilmədən saxlanması qərara alınmışdır və həmin qərar qanuni qüvvəsini almışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)- 373/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1693/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2(104)-373/2022 saylı qətnaməsi cavabdeh X4 münasibətdə iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali məhkəmə işə ikinci icraat zamanı baxarkən aşağıda qeyd edilən mövqeyi olmuşdu. Qərarda qeyd edilir ki, işə kassasiya qaydasında baxmış əvvəlki məhkəmə tərkibi qeyd etmişdir ki, əgər həqiqətən də bələdiyyə tərəfindən Ş.Əhmədova iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş, ərazinin baş planında da yol kimi əksini tapmış torpaq sahəsi satılmışdırsa, bu halda iddia tələbi məhz o əsasla rədd olunacaqdır ki, torpağın satılmasına dair inzibati orqanın qərarı qüvvədə olduğuna görə müqavilə ləğv edilə bilməz. Bu halda iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia qaldıra bilər. Məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli olan bu xüsusatlar araşdırılmamış, müəyyənlik gətirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişi düzgün icra etməmişdir. Belə ki, apelliyasiya instansiyası məhkəməsinin istinad etdiyi, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2- 1(104)152/2022 saylı qərarından görünür ki, ləğv edilən qərar - Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli, 20 saylı qərarı torpağın satılması barədə deyil, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədədir. Halbuki hazırki işə kassasiya qaydasında baxan əvvəlki məhkəmə tərkibinin göstərişində vurğulanan qərar inzibati orqanın torpağın satılmasına dair qərarı olmuşdur. Nəzərə alınmalıdır ki, iş materiallarında da Bərdə Bələdiyyəsi tərəfindən bələdiyyə fondundan şəhərin Babək küçəsindən cəmi 77,5 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X14 mülkiyyətinə verilməsi, Bərdə şəhər sakini X15 normativ qiymətdən az olmamaq şərtilə cəmi 77.5 kv.m olmaqla 1 kv.m torpaq sahəsi üçün 10,80 qəpik, cəmi 837 (səkkiz yüz otuz yeddi) manatdan az olmamaqla torpağın nəzərdə tutulmuş alqı-satqı qiymətinə görə dəyərini X8 bankın Bərdə filialındakı hesabına ödəməsinin və ödəmə barəsindəki qəbzin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq Hərrac və Müsabiqə Komissiyasına təqdim etməsiının tapşırılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq Hərrac və Müsabiqə Komissiyasından mülkiyyətə verilən 77,5 kvm torpaq sahəsinin “Torpaqların alqı-satqı qaydaları”na əlavədə göstərilən nümunə əsasında “Torpaqların alqı-satqısına dair” 3 nüsxədən ibarət alqı-satqı müqaviləsinin tərtib edilməsinin və onu qeydiyyata almasının xahiş edilməsi və s.-nin qərara alınması barədə Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli iclas protokolundan çıxarış mövcuddur. Bundan sonra iddiaçı Bərdə rayon Bərdə Bələdiyyəsinin sədrinə müraciət edərək Bərdə Bələdiyyəsi tərəfindən bələdiyyə fondundan şəhərin Babək küçəsindən cəmi 77,5 kvm torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X14 mülkiyyətinə verilməsi barədə Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il taridi qərarın surətinin ona göndərilməsini xahiş etmiş, Bərdə rayon Bərdə Bələdiyyəsi adı çəkilən qərarın surətini xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Həmin qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3890/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bərdə rayon Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarı ləğv edilmişdir. Bundan sonra iş üzrə tərəf olmayan X6 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, vəsatəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır və halhazırda onun mülkiyyətindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2899/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli e-2-1(114)-3890/2023 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X6 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2899/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) Bərdə rayon Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarını qismən, yəni üçüncü şəxs X3 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi hissə saxlanılmaqla qalan hissədə ləğv edilməsi tələbinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili X11 iddianı müdafiə etmiş, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Bərdə rayon Bərdə Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 23 saylı iclas protokolundan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, bələdiyyə fondundan şəhərin Babək küçəsindən cəmi 77.5 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə X14 mülkiyyətinə verilməsi qərara alınmışdır. - işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 2197/2021 nömrəli qərarından görünür ki, Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarının ləğv edilmişdir. - işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)152/2022 saylı qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-2197/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, A№ 135801 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bərdə şəhəri, Babək küçəsi ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət növü ilə X14 mülkiyyətindədir. Həmin, plan və ölçünün tərtib edilməsinə əsas isə AR ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, ********** nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Bərdə Regional ASAN Xidmət mərkəzinin xüsusi notariusu xx.xx.2016-cı il tarixli, 4Ə-1810 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi. - işə əlavə edilmiş xx.xx.2016-ci il qeydiyyat tarixli, **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə şəhəri, Babək küçəsi ünvanında yerləşən daşınmaz əmlak X15 məxsusdur. - işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AN İ№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X17 xx.xx.2016-ci il qeydiyyat tarixli, **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,00775 ha torpaq sahəsi X1. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İstehsalat Kommersiya Şirkəti Bərdə şəhəri, Bakı küçəsində yerləşən mülkiyyətində olan X9 sahəsi 77,5 kv.m olan gediş-gəliş yolunun üçüncü şəxs X3 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi hissə saxlanılmaqla cavabdehin 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarının qalan hissədə ləğv edilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, Bərdə şəhər Bələdiyyəsi ilə X17 arasında Bərdə şəhəri, Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş və 4Ə-1810 nömrəli daşınmaz əmlakı alqısatqı müqaviləsi əsasında 0,00775 ha torpaq sahəsi X2. Həmin müqavilə əsasında X15 xx.xx.2016-ci il qeydiyyat tarixli, **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X17 ilə X6 arasında bağlanmış və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-29 nömrə ilə qeydiyyata alınmış, 10 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi X1. Hazırda iddiaçı Bərdə rayon Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarını qismən üçüncü şəxs X3 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi hissə saxlanılmaqla qalan hissədə ləğv edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növündə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübüt etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğunu və bunun nəticəsində iddiaçının hüquqlarının pozduğu hallarda, məhkəmə həmininzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqan Bərdə rayon Bərdə Bələdiyyasi tərəfindən qəbul edilmiş 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarı, üçüncü şəxs X3 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi torpaq sahəsinə aid hissədə qüvvədə saxlanılmaqla, qalan hissədə ləğv edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bərdə rayon Bərdə Bələdiyyəsinin 23 dekabr 2016-cı il tarixli 23 saylı qərarı, üçüncü şəxs X3 mübahisəli torpaq sahəsində mövcud tikilinin (ət dükanının) yerləşdiyi torpaq sahəsinə aid hissədə qüvvədə saxlanılmaqla, qalan hissədə ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar