Məhkəmə qərarları › İş №2-1(114)-1323/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1323/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1323/2022 08.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialına qarşı 14.08.1990-cı il tarixdən 26.03.1991-ci il tarixədək Gədəbəy rayon 161 nömrəli TMSD-dəki, 26.03.1991-ci il tarixdən 26.10.1995-ci il tarixədək Gədəbəy rayon 6 nömrəli TTTS-dəki və 06.02.2002-ci il tarixdən 07.04.2002-ci il tarixədək Gədəbəy rayon 2 saylı ATF-dəki əmək fəaliyyətinin ona məxsus olmasının məhkəmə qaydasında araşdırılması və həmin illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı 07.04.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək icraatda olan hazırki işlə bağlı 22.11.2021-ci il tarixli, 366 nömrəli arxiv arayışının ona məxsus olubolmaması barədə rayon məhkəməsində iddia qaldıracağını və bu səbəbdən də iddia ərizəsinin ona əlavə etdiyi sənədlərlə birgə geri qaytarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının ərizəsi faktiki olaraq onu mübahisə ilə bağlı prosessual marağının itməsi səbəbindən iddia ərizəsinin geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilmıəsimbarədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edirki, iddia ərizəinin geri götürülmüş sayılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gədəbəy rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar