Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1325/2023 04.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1198 nömrəli qərarı əsasında xx.xx.2022-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən “Nostalji” kafesində operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli DVX 007973 seriyalı akt tərtib edilmiş və akta əsasən ümumilikdə 10 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunmuşdur. Operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli DVX 007973 seriyalı akt və materiallara baxılmada iştirak barədə bildirişlə birgə onun poçt ünvanına göndərilmişdir. Həmin akta baxılmasının nəticələrinə dair cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixli **********2507 nömrəli “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və barəsində 20000,0 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1198 nömrəli qərar əsaslandırılmamışdır. Lakin hazırkı mübahisə üzrə operativ vergi nəzarət tədbiri 31 oktyabr 2022-ci il tarixdə keçirilmiş, akt elektron üsulla xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş, aktla bərabər materiallara baxılmada iştirakla bağlı bildiriş də göndərilmiş və materiallara baxılmada iştirak məqsədi ilə o, xx.xx.2022-ci il tarixdə 12 saylı ƏVBİ-nin inzibati binasına dəvət olunmuşdur. Materiallara baxılmanın nəticəsi barədə xx.xx.2022-ci il tarixli məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla vergi ödəyicisinə aktı imzalamamasının səbəblərinə dair yazılı etirazını və digər zəruri sənədlərin təqdim edilməsi üçün 30 gün vaxt verilməli, xx.xx.2022ci il tarixdən sonrakı növbəti 15 gün ərzində yoxlama materiallarına və digər zəruri sənədlərə baxmalı, daha sonrakı 10 gün müddətində isə nəzarət tədbirinin nəticəsinə dair qərar qəbul etməli idi. Lakin cavabdeh təşkilat qeyd olunan müddəti hətta nəzarət tədbirinin nəticələrinə dair aktı imzalamağının səbəblərinə dair yazılı etirazın və digər zəruri sənədlərin təqdim edilməsi üçün müəyyən edilmiş 30 günlük müddəti gözləmədən xx.xx.2022-ci il tarixdə barəsində mübahisələndirilən qərarı qəbul etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2507 nömrəli qərar əsaslandırılmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı faktiki olaraq obyektdə fəaliyyət göstərməyən, obyektə bağlılığı olmayan, nəzarət tədbiri keçirilən anda obyektdə olmayan və faktiki olaraq obyektdə çalışmayan, obyektə qonaq qismində gələn, eləcə də özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarını obyektə satan şəxslərin adları aktda qeyd olunmuş, onların guya obyektdə əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi görüntüsü yaradılmışdır. Belə ki, aktda adları qeyd olunan X29, X31 və X13 ümumiyyətlə tanımır, sözügedən şəxslər nəzarət tədbiri keçirilən tarixdə işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə obyektdə “Hallowen party” keçirilmiş X17 həmin partynin təşkilatçıları tərəfindən qonaq qismində obyektə dəvət edilmiş, onunla onun arasında hər hansı əmək münasibətləri yaranmamış və həmin gündən sonra da heç vaxt obyektdə olmamışdır. X8 nəzarət tədbiri keçirilən tarixdə obyektdə olmamış və hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Sadəcə onunla xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlandığından onun adı növbəti gün vergi orqanı əməkdaşları tərəfindən akta əlavə edilmişdir. Eləcə də, X18 obyektin yaxınlığında yaşayır və günaşırı obyektə onun tərəfindən qatıq məhsulu satılır. O həmin məhsulu obyektin mətbəxinə təhvil verir və oradan boş bankaları alaraq çıxır. X1 ilə aralarında əmək münasibətləri deyil alqı-satqı münasibətləri mövcuddur. X24 və X32 nəzarət tədbiri keçirilən gün obyektdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, həmin şəxslər işə qəbulla bağlı obyektdə olmuşlar və xx.xx.2022-ci ildən işə başlamışlar. Həmin tarixdən isə onlarla əmək müqaviləsi bağlanmışdır. X6 isə onun qardaşıdır. Nəzarət tədbiri keçirilən gün obyektdə müştəri sıxlığı olmuş və onu kömək etməsi üçün çağırmışdır. Reallıqda isə o “Nostalji” kafedə işləmir. Göründüyü kimi, vergi orqanı tərəfindən faktiki olaraq obyektdə işləməyən şəxslərin adları akta əlavə edilməklə barəsində əsassız cərimə tətbiq edilmişdir. Keçirilmiş operativ nəzarət tədbiri zamanı cavabdeh təşkilat qanunvericiliyin yuxarıda sadalanan göstərişlərini nəzərə almamış, obyektdə işlərin görülməsinə cəlb edilmiş şəxslərin hansı qaydada işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğunu və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə olunmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin dairəsini müəyyən etməmiş, ümumilikdə aktda adları qeyd olunan şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanmalı olması qənaətinə gəlmişdir. Göründüyü kimi, ona məxsus obyektdə keçirilmiş operativ vergi nəzarət tədbiri kobud maddi və prosessual pozuntularla müşahidə olunduğundan və aktda qeyd olunanlar həqiqəti əks etdirmədiyindən barəsində qəbul edilmiş “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2507 nömrəli qərarı ləğv edilməlidir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının ünvan 1 ünvanında fəaliyyət göstərdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli **********1198 nömrəli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri KY221867490 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Baş İdarənin əməkdaşları - K.Kərimov, M.Hüseynov, S.Cənnətov, T.Əliyev, İ.Rüstəmov, Ş.Muradov barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə xx.xx.2022-сi il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007973 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçilər X25, X9, X18, X19, X32, X17, X10, X31, X20 və X6 müxtəlif işlərə cəlb edilmişlər. Operativ vergi nəzarəti bilavasitə vergi ödəyicisi İddiaçı iştirakı ilə aparılmışdır. İddiaçı operativ vergi nəzarətinin başlama qərarı və həmin qərar dəyişiklikləri nəzərdə tutan qərarla, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış edilməsi təmin edilmişdir. xx.xx.2022-ci il tarixli sərbəst aktdan görünür ki, İddiaçı nəzarət tədbirinin nəticəsi olaraq tərtib edilmiş aktı imzalamaqdan, eləcə də tərəfindən yol verilmiş vergi hüquq pozuntusu ilə bağlı izahat verməkdən imtina etmişdir. Həmçinin əmək müqaviləsi bağlanmadan müxtəlif işlərə cəlb edilmiş işçilər də izahat verməkdən imtina etmişlər. Operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta, yəni xx.xx.2022-ci il tarixə aid olan müvafiq əmək müqavilərinin elektron informasiya sistemində olan məlumata görə adları qeyd olunan şəxslərin iddiaçı cəmiyyətlə əmək müqaviləsi mövcud olmamışdır. Həmçinin aşkar edilmiş işçilərin fotoları iş materiallarına əlavə edilmişdir. Müvafiq etiraza əlavə edilmiş fotolardan və video çəkilişdən göründüyü kimi, operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunmuş işçilər iddiaçının fəaliyyət göstərdiyi obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə iddiaçı tərəfindən cəlb edilmişlər. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Bununla bağlı olaraq bildiririk ki, hazırkı mübahisənin predmeti olan qərarın qəbul zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Sözügedən qərar müəyyən edilmiş müddətlər daxilində qəbul olunmuşdur. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 007973 nömrəli aktı imzalamamış və aktın nüsxəsini qəbul etməkdən imtina etmişdir. Belə olan halda VM-nin 39.4-cü maddəsinin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 007973 nömrəli aktın surəti xx.xx.2022-ci il tarixli məktubla göndərilmişdir. İddiaçıya məxsus olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görsənir ki, 007973 nömrəli aktın surətilə bağlı olan məktub xx.xx.2022-ci il tarixdə saat 14:08:14-də İddiaçı tərəfindən qəbul edilərək oxunmuşdur. Məhz iddiaçı tərəfindən vergi yoxlaması aktının bir nüsxəsi xx.xx.2022-ci il tarixdə saat 14:08:14-də oxunduğundan, yəni qəbul edildiyindən VM-nin 39.4-cü maddəsindəki şərti cavabdeh ödəmişdir. Məktubun qəbul edilmə tarixi mövcud olduğundan aktın verilmə tarixini müəyyənləşdirmək mümkündür. Akta dair etiraz verilməsi ilə bağlı iddiaçı lazımi hüquqi müdafiə vasitələri ilə təmin edilmişdir. Qeyd edilməlidir ki, VM-nin 39.6 və 49.1-ci maddəsindəki müddətlər mütləq zamanda baş verməli olan müddətlər deyil. Qanunverici vergi orqanına VM-nin 39.6-cı maddəsində 15 gün ərzində materiallara baxmaq, eləcə də VM-nin 49.1-ci maddəsindəki 10 gün ərzində qərar qəbul etməklə bağlı hüquqi səlahiyyətlər vermişdir. xx.xx.2022-ci il tarixli qərarın qəbulu zamanı vergi qanunvericiliyində əks olunmuş müddətlərə mütləq qaydada əməl edilmiş, həmin müddətləri ötürərək hər hansı hərəkətlər edilməmişdir. Həmçinin mübahisələndirilən qərarla VM-nin 49.2-ci maddəsinin də tələbləri gözlənilmişdir. Belə ki, qərarda iddiaçı tərəfindən yol verilmiş vergi hüquq pozuntusunun adı və konkret maddəsi göstərilmişdir. Vergi qanunvericliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və məlumatlar kimi xx.xx.2022-ci il tarixli qərarda xx.xx.2022ci il tarixli 007973 nömrəli akta istinad olunduğu göstərilmişdir. İddiaçının digər dəlili olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********1198 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın əsaslandırılmaması ilə bağlı mövqeyi ilə də razılaşmırıq. Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasıdır. xx.xx.2022-ci il tarixli qərara əlavə edilmiş KY221867490 nömrəli çıxarışda yoxlamanın həyata keçirilməsinin əsası kimi VM-nin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh inzibati orqan olaraq iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi ilə əlaqədar mənbəyi bəlli məlumatlar əsasında xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən vergi nəzarət tədbirinin həyata keçirilməsi üçün istinad edilən mənbəyi bəlli məlumatlar iddiaçının vergi orqanına təqdim etdiyi vergi hesabatlarındakı (bəyannamələrindəki) məlumatlar və bilavasitə həyata keçirilmiş müşahidə tədbirləri olmuşdur. Vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsindən göründüyü kimi İddiaçı tərəfindən 2022-ci ilin 1-cü rübü üzrə “Muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” dövriyyə göstəriciləri olmadan təqdim olunmuşdur. Həmçinin 2022-ci ilin İ və İİ rübü üzrə vergi orqanına təqdim edilmiş “Sadələşdirilmiş verginin Bəyannaməsi”ndə də dövriyyə göstəriciləri qeyd edilməmişdir. Eləcə də iddiaçının xx.xx.2022-ci il tarixdə təqdim etdiyi 2022-ci ilin 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” təhlil olunmuşdur. Sözügedən bəyannamənin 1-ci əlavəsində işə götürən kimi İddiaçı 5 nəfər işçinin işə cəlb etdiyini göstərmişdir. Hər bir işçi üçün ay ərzində cəmi 5 iş günü müəyyən etmiş və cəmi 75 manat əmək haqqı hesablamışdır. Ümumiyyətlə kafenin iş gününü 20 gün kimi qeyd etmişdir. Müvafiq bəyannamə məlumatlarına əsasən qeyd olunur ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Nostalji” kafe cəmi 1 nəfər işçi ilə işləmişdir. Göründüyü kimi, vergi ödəyicisinin bəyannamə məlumatları VM-nin 50.1.7-ci maddəsində əks olunmuş halların aşkar edilməsi ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən operativ vergi nəzarətinin təyin edilməsi üçün mənbəyi bəlli məlumatlar olmuşdur. Həmin məlumatlar iddiaçının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin müxtəlif işlərə cəlb etməsini göstərən və vergi hüquq puzuntusunun əlamətlərinə işarə edən kifayət qədər ciddi dəlillər kimi çıxış edir. Qeyd edilən hallar ona dəlalət edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsində tam əsaslara malik olmuşdur. İddiaçının qeyd etdiyi dəlillər işin faktiki və hüquqi hallarına uyğun gəlmir. Sözügedən fikirlər vergi hüquq pozuntusunun nəticələrindən yayınmaq və qanuni formada müəyyən edilmiş vergi öhdəliyinin icrasından yayınmağa xidmət edən mülahizələrdir. İş materiallarına əlavə edilmiş fotolardan və video çəkilişdən göründüyü kimi aktda adları qeyd edilmiş şəxslər “Nostalji” sözləri əks olunmuş köynəklər geyinmiş, iddiaçının fəaliyyətdə olduğu təsərrüfat subyektində bilavasitə əmək funksiyalarının icrasına cəlb edilmişlər. İddiaçı işçilərdən X.Azadovu, M.Əliyevi, A.İsmayılovu, O.Abbasovu tanımadığını, onların kafedə heç bir iş görmədiyini qeyd etsə də fotolarda və video çəkilişdə O.Abbasovun musiqi aləti ilə ifa etdiyi, X.Azadovun, M.Əliyevin, A.İsmayılovun isə obyektin xüsusi geyim forması olan “Nostalji” sözləri əks olunmuş köynəklərdə müştərilərə xidmət göstərdiyi əks olunmuşdur. S.İsmayılovanın nəzarət tədbiri həyata keçirildiyi vaxt həmin obyektdə olmadığı qeyd edilsə də həmin şəxs də obyektdə olmuş və əmək funksiyalarının icrasına cəlb edilmişdir. Həmçinin guya sonradan S.İsmayılovanın adının növbəti gün akta əlavə edilməsi ilə bağlı iddiaçının dəlili əsassızdır. Çünki xx.xx.2022-ci il tarixində sözügedən obyektdə hər hansı nəzarət tədbiri aparılmamışdır. Fotolar və videoçəkiliş vasitəsi ilə müəyyən olunur ki, U.Hüseynova da xüsusi mətbəx geyimində mətbəxdə işlərin yerinə yetirilməsinə cəlb edilib. T.Əliyevin və V.Rəhimlinin həmin obyektdə hər işlərin yerinə yetirilməsinə cəlb edilməməsi qeyd edilsə də foto və videoçəkilişdə həmin şəxslərin kafedə iddiaçı tərəfindən işlərə cəlb edildiyi açıq aydın görsənir. M.Məmmədzadənin tədbir zamanı kafedə işlədiyini, orada olduğunu iddiaçı özü etiraf etmişdir. İddia ərizəsinin dəlillərindən, eləcə də hüquqi qüvvəyə minmiş əmək müqavilələri haqqında məlumatdan görünür ki, F.X2, X32 və X8 ilə xx.xx.2022-ci il tarixdə, yəni yoxlamadan 1 gün sonra əmək müqaviləsinin bağlanmasını təmin etmişdir. Bu hal da onu göstərir ki, yoxlama zamanı aşkar edilmiş şəxslər təsadüfi şəxslər olmamış, bilavasitə iddiaçı ilə əmək münasibətlərində bağlılığı olan şəxslər olmuşlar. Odur ki, xx.xx.2022-ci il tarixli **********2507 nömrəli qərar kifayət qədər əsaslı və qanunidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o, musiqi ifaçısıdır, həmin gün kafedə ad günü mərasimi keçirildiyi üçün dəvət almış, orada işləməmiş, sadəcə həmin gün musiqi ifa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, o, süd məhsullarının satışı ilə məşğuldur, kafeyə süd məhsulları aparmışdır, həmin gün işləri çox olduğundan apardığı məhsulların qablarını işçi önlüyü geyinib özü yumuş, kafedə işləmir, süd məhsullarının satışı ilə məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, yoxlama gələn zaman orada olmamış, kafedə işçi kimi fəaliyyət göstərməmiş, kafedə sonradan işçi kimi qəbul edilmiş, hal-hazırda həmin kafedə işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 bildirmişdir ki, o, kafeyə iş danışmaq üçün getmiş, Fidan xanım köməyə ehtiyacının olduğunu bildirmiş, o da kömək etmiş, verginin əməkdaşları ondan orda işlədiyini soruşanda işləmədiyini bildirmiş, süfrəyə çay aparmış, sadəcə bir dəfə kömək etmişdir. V.Rəhimli əlavə olaraq bildirmişdir ki, orada işləməmiş, sadəcə iş danışmağa getmiş, orda olan zaman kafenin müdiri Fidan Hacıyev iş çox olduğundan köməklik etməyini xahiş etmiş, kafenin formasını öz paltarı bulaşmasın deyə geyinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, əvvəllər işləmiş, indi işləmir, bacısı həmin gün ad günü keçiriləcəyini deyərək nəzarət üçün çağırdığı üçün getmiş, həmin gün sadəcə uşaqlar çölə çıxmasın deyə qapıda dayanmış, orada işləməmiş sadəcə paltarı çirkləndiyindən, orada işləyən işçilərin köynəyini və önlüyünü geyinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, o, iki dəfə qonaq kimi orada olmuş, qonaq kimi olanda adı qeyd edilmiş, sadəcə kafenin forması olmayan sarı rəngdə köynək geyinmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkil ona təqdim edildikdə bildirmişdir ki, fotoşəkildəki o deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, həmin gün iş danışmağa getmiş, iş fəaliyyətini görmək üçün ondan pizza xamırını açmağı göstərməyi istənilmiş, həmin vaxtda da verginin əməkdaşları gəlib ad, soyadını qeyd etmiş, həmin vaxt öz geyimində olmuş, sonradan işə qəbul olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********1198 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********1205 nömrəli tələbnamədən görünür ki, İddiaçı operativ vergi nəzarətinin aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 007973 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı məxsus obyektdə əmək müqaviləsi bağlamadan 10 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş xx.xx.2022-ci il tarixli 007973 nömrəli akta əlavədən görünür ki, İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti nəticəsində X25, X9, X18, X19, X32, X17, X8, X31, X21 və X16 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. -surəti əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı və aktda adıçəkilən digər şəxslər izahat verməkdən, həmçinin tərtib edilmiş aktlarla tanış olub imza etməkdən, nüsxəsini qəbul etməkdən imtina etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********1198 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli 007973 nömrəli akt tərtib edilmiş və İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə şahid ifadələrini, həmçinin iş materiallarını nəzərə alaraq aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarın ləğvi tələbini X8, X17 və X14 münasibətdə əsaslı hesab edir. Belə ki, yoxlama zamanı çəkilərək iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş videoçəkilişdə 007973 nömrəli aktda adı qeyd edilmiş X5 yoxlama zamanı orada işləməsi, ümumiyyətlə həmin vaxt kafedə olması öz təsdiqini tapmamış, cavabdeh inzibati qurum isə S.Ə.İsmayılovanın kafedə işləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı sözügedən aktda adı qeyd edilmiş X11 həmin vaxt kafedə keçirilən ad günü tədbiri ilə əlaqədar musiqi ifa etməsi öz təsdiqini tapmışdır. Məhkəmə O.İ.Abbasovun həmin kafedə işləməsi ilə bağlı cavabdeh qurumun dəlilini əsaslı hesab etmir, belə ki iş materiallarından da görünür ki, sonuncu yoxlama aparılan zamanı işçilərinn geyindiyi formada olmamışdır, bu hal isə O.İ.Abbasovun orada işləməsini şübhə altına alır. Belə ki, sonuncu məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, “həmin gün kafedə ad günü mərasimi keçirildiyi üçün dəvət almış, orada işləməmiş, sadəcə həmin gün musiqi ifa etmişdir”. Bununla da görünür ki, O.İ Abbasov İddiaçı ilə əmək münasibətlərində olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məhkəmə sözügedən aktda adı qeyd edilmiş X18 ilə bağlı qeyd edir ki, sonuncunun da yoxlama aparılan kafedə əmək fəaliyyəti ilə məşğul olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə sonuncunun verdiyi ifadəsini daha ağlabatan və inandırıcı hesab edir. Bununla yanaşı cavabdeh orqan U.M.Hüseynovanın kafedə işləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan X8, X17 və X15 işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə xx.xx.2022-ci il tarixli 007973 nömrəli akta əlavədə adları qeyd edilmiş digər şəxslərə - X25, X9, X19, X32, X31, X21 və X4 münasibətdə hesab edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarı əsaslıdır. Bu fakt isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə X32, X6, X21 və X12 verilmiş ifadələrini inandırıcı hesab etmir və məsuliyyətdən yayınma xarakterli olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarı qismən, yəni İddiaçı 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarı qismən, yəni İddiaçı 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1325/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1325/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver