Məhkəmə qərarları › İş №2-1(114)-1326/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1326/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1326/2022 10.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X11, Cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X8, Üçüncü şəxs X13 nümayəndəsi (vəkili) X10 iştirakları ilə İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinə (üçüncü şəxslər X21 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı qərarın və onun əsasında verilmiş sənədlərin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X21 və Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2012-ci ildən qanuni istifadəsində olan Gəncə şəhəri, Nazim Əsgərov küçəsində (əvvəlki ünvanı Avtozavodyol ərazisi, Cavadxan qəsəbəsi, sahə 7A-da) yerləşən 400 kv.m olan bağ sahəsinin, orada yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması prosedurunun qanunsuz hesab edilməsi, verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsi tərəfindən Gəncə şəhəri, Nazim Əsgərov küçəsində yerləşən 0.0413 ha torpaq sahəsi X3 barədə qərarın ləğv edilməsi, tərəflər arasında bağlanmış və Gəncə 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1725 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli, ********** daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, həmin torpaq sahəsində inşa etdiyi, X13 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinə (üçüncü şəxslər X21 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin xx.xx.2021ci il tarixli qərarının və ona əsasında verilmiş sənədlərin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 20 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə hazırki iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli, 330 saylı Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə icazə almışdır. Torpaq sahəsi yerində ölçülüb ona təhvil verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 778 saylı sərəncamı ilə Gəncə şəhəri, Avtozavodyol ərazisi, Cavadxan qəsəbəsi, sahə 7A-da yerləşən bağ sahəsində tərəfindən inşa edilmiş ümumi sahəsi 139.9 kv.m tikilinin qeydiyyata alınması qərara alınmışdır. Sərəncamda qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Gəncə şəhər Ərazi İdarəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin etməsi tapşırılmışdır. Fərdi yaşayış evinin planı Gəncə şəhər Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Tikintisi başa çatdıqdan sonra xx.xx.2013-cü ildə yaşayış evinin hazırlığı və istismarı üçün yararlılığı yoxlanılmış, istismara qəbul aktı qəbul edilmişdir. Ona məxsus evin enerji təchizatı haqqında texniki şərt X20 Şəbəkəsi MMC tərəfindən xx.xx.2014-cü ildə təsdiq edilmişdir. Qaz sərfiyyatına dair **********18300 abunə kodu ona məxsusdur. **********4 saylı elektrik enerjisi üzrə istehlakçı abonent kodu (ünvan Avtozavod ərazisi) ona məxsusdur. 2013-cü ildən evdə yaşayır, işıq, qaz, digər kommunal ödənişlər onun adınadır, tərəfindən ödənilmişdir. Gəncə şəhəri, Avtozavodyol ərazisi, Cavadxan qəsəbəsi, sahə 7A ünvanı Gəncə şəhəri Nizami rayonu inzibati ərazisində verilmiş, həmin ünvan Nazim Əsgərov küçəsi kimi rəsmiləşdirilmişdir. 2019-cu ildə həyat yoldaşı vəfat etdiyi üçün, əşyalarını evdə qoyub, evi isə kirayə verib Bakı şəhərinə gəlmişdir. Mərhum həyat yoldaşı Etibar Allahverdiyevin əvvəlki həyat yoldaşından olan oğlu X9 onun Bakıda olmağından istifadə edib evi öz adına keçirməyə çalışmışdır. O, öz əlaqələrindən, vəzifəsindən istifadə edərək Nizami bələdiyyəsini aldadaraq saxta yolla torpaq sahəsinə və evinə sənəd almışdır. Halbuki, illər ərzində orada ailəsi ilə bərabər yaşamışdır. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 329 saylı sərəncamı ilə X7 da Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Həmin torpaq sahəsi onun torpağı ilə bir hasarın daxilində yerləşir. X16 aid hissədə ev inşa edilməmişdir. 2022-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, X13 adına onun evinə dair çıxarış alınmışdır. Belə ki, Rauf Allahverdiyev kirayədə yaşayan səxsləri 2022-ci ilin yanvar ayında evdən çıxarmış, qapının kilidlərini dəyişmiş və ona məxsus əşyaları götürməyinə imkan vermir. Hazırda bütün əşyaları həmin evdə qalmışdır. O, bu barədə “102” xidmətinə zəng edərək şikayət etmişdir. Gəncə şəhər Nizami RPİ-nin təhqiqatçısı Nail Qasımov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Vəkili tərəfindən sorğu verilmiş, DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsindən X13 adına mülkiyyət hüququnun qeydə alınması barədə məlumat əldə edilmişdir. X21 mərhum Etibar Allahverdiyevin birinci həyat yoldaşının anası, Rauf Allahverdiyevin nənəsidir. Əvvəlcə torpaq sahəsi Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin adına aşağıdakı qaydada sənədləşdirilmişdir. Gəncə şəhəri Nizami rayonu, Nizami bələdiyyəsi 2021-ci il tarixli rəyində 413 kv.m torpaq sahəsinin "xxxx" MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin təqdim etdiyi müayinə aktında bələdiyyə mülkiyyətinə aid olduğu qeyd edilmişdir. Torpaq sahəsinə rəy verilməsinin qanuna müvafiq olması barədə X6 Təşkili üzrə Dövlət Agentliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** saylı məktubu nəzərə alınaraq 413 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi və üzərində bələdiyyənin hüquqlarının dövlət qeydiyyatına alınmasına baxıla bilməsi bildirilmişdir. Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli protokolundan çıxarış, xx.xx.2021-ci il tarixli D/Y 21603065 82/YP-069 saylı torpaq sahəsinin kadastr göstəriciləri, 413 kv.m torpaq sahəsinin xx.xx.2021-ci il tarixli yerqurluşu planı, PDF elektron xəritəsindən çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, Nazim Əsgərov küçəsində yerləşən 0,0413 ha torpaq sahəsi Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Bələdiyyənin adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra isə torpaq sahəsi X13 adına rəsmiləşdirilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1725 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsi tərəfindən Gəncə şəhəri, Nazim Əsgərov küçəsində yerləşən 0.0413 ha torpaq sahəsi X5, sonuncunun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Evə dair X13 adına çıxarış "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-layihə əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh torpaq sahəsinə yerində baxış keçirmədən, həmin torpaq sahəsində yerləşən evin kimə məxsus olmasını aydınlaşdırmadan, torpaq sahəsinin hasarın daxilində yerləşməsini və həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmasını nəzərə almadan ona məxsus torpaq sahəsini qanunsuz şəkildə başqa şəxsin mülkiyyətinə vermişdir. İddiaçının evinin yerləşdiyi torpaq sahəsinə iddiaçı iddialı olduğuna görə həmin torpaq sahəsinin cavabdeh bələdiyyənin hərrac keçirilmədən satması qanuna uyğun deyil. Cavabdehin (Bələdiyyənin) öz qərarı ilə kənar şəxsin istifadəsinə torpaq sahəsi ayırması qanuni və ağlabatan deyildir. İş üzrə şifahi məhkəmə baxışı iclası 10 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X18 məhkəmə iclasında ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qərar qəbul edilən zaman qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir pozuntuya yol verilməmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi (vəkili) X14 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gəncə şəhəri Nizami rayonu Nizami belədiyyesi 2021-ci il tarixli rəyində alqı-satqı yolu ilə müİkiyyətə verilməsi nəzərdə tutulan 413.0 kv.m torpaq sahəsinin "xxxx" MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin təqdim etdiyi müayinə aktında bələdiyyə mülkiyyətinə aid olduğu, torpaq sahəsinə rəy verilməsinin qanuna müvafiq olması barədə X6 Təşkili üzrə Dövlət Agentiliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** saylı məktubu nəzərə alınaraq 413.0 kvm torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi və üzərində bələdiyyənin hüquqlarının dövlət qeydiyyatına alınmasına baxa bilməsi biİdiriİmişdir. Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli protokolundan çıxarış, xx.xx.2021-ci il tarixli D/Y **********1YP-069 saylı torpaq sahəsinin kadastr göstəriciləri, 413.0 kv.m torpaq sahəsinin xx.xx.2021-ci il tarixli yerquruİuşu planı, PDF elektron xəritəsindən çıxarışına əsasən Gəncə şəhəri, Nizami rayonu, Nazim Əsgərov küçəsində yerİəşən 0.0413 ha torpaq sahəsi Gəncə şəhəri, Nizami rayonu Nizami bəİədiyyəsinin adına qeydiyyata alınmışdır və bələdiyyənin adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1725 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Nizami rayonu, Nizami bələdiyyəsi tərəfindən Gəncə şəhəri, Nazim Əsgərov küçəsində yerİəşən 0.0413 ha torpaq sahəsi X1. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış veriİmişdir. Azərbaycan Respublikası Gəncə şəhər “CİSİM" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X17 bu torpaq sahəsində inşa ediİmiş yaşayış evinə razılaşdırılmış eskiz-İayihə verilmişdir. Bu sənədlər əsasında X17 xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nomrəli çıxarış verilmişdir. X17 Nazim Əsgərov küçəsində yerləşən fərdi yaşayış evinə dair (0.0413 ha torpaq sahəsində yerİəşən tikinti "A"-da 48.3 kv.m üç yaşayış otaqları, 90.5 kv.m köməkçi sahə, 98.2 kv.m mansard, 20.5 kv.m zirzəmi, 7.2 kv.m açıq eyvan, tikili "B"-də 42 kv.m hamam, tikili 'C"-də 17.6 kv.m əl damı, tikinti "İ"-da 97.0 kv.m talvar) xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, üçüncü şəxs hazırda mübahisə predmeti olan torpaq sahəsini qanuni əsaslarla almışdır. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 330 nömrəli və xx.xx.2013-cü il tarixli, 778 nömrəli sərəncamlarının təsdiqlənmiş surətləri, xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin qəbulu aktının surəti, xx.xx.2014-cü il tarixli, 107/4231 nömrəli texniki şərtin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubu, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, A 660976 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli, 1830 nömrəli arayışın surəti, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 329 nömrəli sərəncamından çıxarış, yerquruluşu planının təsdiqlənmiş surəti, Gəncə şəhər Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli, 116 nömrəli məktubunun təsdiqlənmiş surəti, Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli və xx.xx.2021-ci il tarixli, 22 nömrəli iclas protokollarından çıxarışların təsdiqlənmiş surətləri, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışların təsdiqlənmiş surətləri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubu, xx.xx.2012-ci il tarixli rəyin surəti təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı, Gəncə şəhəri, Nizami rayonu, Nazim Əsgərov küçəsində yerləşən 138.8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin tərəfindən tikildiyini və ona məxsus olunduğunu qeyd edərək, həmin fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin üstünlük hüququ ilə ona satılmalı olduğunu iddia etmiş və həmin torpaq sahəsinin üçüncü şəxs X2 dair bələdiyyə qərarını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyənin 18 noyabr 2021-ci il tarixli, 22 nömrəli iclas protokoluna və 19 noyabr 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti məhz bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (bənd 1); Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (bənd 2); Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (bənd 3). - 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər( bənd 2); Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (bənd 4); Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar (bənd 5). - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir (bənd 1). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (bənd 2). “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir. Eyni norma Torpaq Məcəlləsinin 47-ci maddəsində də nəzərdə tutulmuşdur. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının ümumi şərtlərini, o cümlədən mülkiyyət hüququnun yaranmasının ümumi əsaslarını və qaydalarını dəqiq müəyyənləşdirmişdir. İşdə olan materiallardan məlum olduğu kimi “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Nazim Əsgərov küçəsində yerləşən 0,0413 ha torpaq sahəsi Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinin mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmış və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Yəni, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Həmçinin, iddiaçı tərəfindən mübahisələndirlən 0,0413 ha torpaq sahəsi üçüncü şəxs X13 faktiki istifadəsində olduğundan və torpaq sahəsi üzərində üçüncü şəxsə məxsus fərdi yaşayış evi yerləşdiyindən, həmin torpaq sahəsi üzərində onun hüquqları gözlənilən mülkiyyət hüququdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 7-ci bəndinə əsasən, ...Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, «Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlər, Əsasnamənin 17, 18, 19, 21, 22-ci bəndlərində nəzərdə tutulmuş ―müvafıq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Göründüyü kimi bələdiyyə orqanı tərəfindən üçüncü şəxs X19 torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələbləri pozulmamış, ayrılan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla həmin torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasına dair qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun; 2.0.2. maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş vəünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10. maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 57.1. maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsi tərəfindən 18 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən iddia tələbinin təmin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami Bələdiyyəsinə (üçüncü şəxslər X21 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı qərarın və onun əsasında verilmiş sənədlərin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar