Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1327/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən, mülkiyyətində və istifadəsində olan torpağa dair X2 adına verilmiş qərarın ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon X1 xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı ilə iddiaçıya 599.41 kv.m fərdi yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi onun adına Dövlət Kadastrında xx.xx.2010-cu il tarixli A 275122 nömrə ilə uçota alınmışdır. Buna baxmayaraq Gədəbəy şəhər bələdiyyəsi uzun illərdir ki, iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsinə dair X2 istifadəsinə verilməsinə dair qərar verilmişdir. İddiaçı hesab edir ki, həmin qərar əsassız olaraq verilmişdir və ləğv edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) “Gədəbəy bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun 0.06 ha-dan əlavə zəbt etdiyi sahəni bələdiyyə İlqar Tağıyevə satmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Gədəbəy bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 148 nömrəli məktubda qeyd edilmişdir ki, hər hansı torpaq sahəsinə dair verilmiş qərarın ləğv edilməsi bələdiyyə səlahiyyətlərinə aid deyil. İddiaçı ilə X5 arasında olan torpaq mübahisəsinin heç bir əsası yoxdur, ona görə ki, həmin torpaq sahəsinin hər ikisinin plan ölçüləri, yəni kadastr sənədləri var və mütəxəssis rəyində də bildirilib ki, həmin torpaq sahələri üst-üstə düşmür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2010-cu il tarixli A 275122 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gədəbəy rayon X1 xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı 599.41 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. -Gədəbəy bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı iclas Protokolundan çıxarışın surətindən görünür ki, fərdi yaşayış evi tikmək üçün şəhər sakini X4 bələdiyyə mülkiyyətinə məxsus “Missu” çayının şimal-qərb tərəfində olan ərazidən 0.03 ha torpaq sahəsinin ayrılması və onun mülkiyyətinə verilməsi qərara alınmışdır. -xx.xx.2011-ci il tarixli A 275123 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gədəbəy rayon X1 xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı ilə X4 299.28 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 11/M-146 nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, aparılan araşdırma nəticəsində xx.xx.2010-cu il tarixli A 275122 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunan İddiaçı məxsus 599.41 kv.m həyətyanı torpaq sahəsi ilə xx.xx.2011-ci il tarixli A 275123 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunan X4 məxsus 299.28 kv.m həyətyanı torpaq sahəsinin koordinatlar baxımından üst-üstə düşmədiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X3 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Gədəbəy bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı iclas Protokolu ilə fərdi yaşayış evi tikmək üçün X4 bələdiyyə mülkiyyətinə məxsus ərazidən 0.03 ha torpaq sahəsinin ayrılması və onun mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçı bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək sözügedən bələdiyyə qərarının ləğv edilməsini tələb etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli A 275122 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunan İddiaçı məxsus 599.41 kv.m həyətyanı torpaq sahəsi ilə xx.xx.2011-ci il tarixli A 275123 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunan X4 məxsus 299.28 kv.m həyətyanı torpaq sahəsi koordinatlar baxımından üstüstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3 maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: -6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. -16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Göründüyü kimi iddiaçı müvafiq torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadan mübahisəli sahəni özününkü hesab edərək hazırki iddianı qaldırmaqda haqlı deyildir. Belə olan halda qeyd olunan bələdiyyə qərarlarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə 140 (bir yüz qırx) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 110.3 maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası təmin edilməsin. 140 (bir yüz qırx) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1327/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1327/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver