Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-133/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4rşı (üçüncü şəxs Ağdam rayon Quzanlı bələdiyyəsi) Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə ona ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə ona ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)- 133/2021 nömrəli qərardad ilə Ağdam rayon Quzanlı bələdiyyəsi (bundan sonra mətndə üçüncü şəxs) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. xx.xx.2020-ci ildə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 müraciət edərək bütün sənədləri təqdim etmiş və torpaq sahəsi üzrərində mülkiyyət hüququnun dövlət reyestində qeydiyyata alınmasını xahiş etmişdir. Sənədləri təqdim etməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 sənədləri qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1998-ci il tarixli, 155 nömrəli qərarına uyğun olaraq ona bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmışdır. Dövlət Reyestri Xidmətinin 7 saylı X5 imtina məktubunu əsassız və qeyri qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə ona ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi X3 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********85 nömrəli imtina məktubunun əsli; - Ağdam rayon Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarının surəti; - Ağdam rayon Quzanlı bələdiyyəsinin 079210 nömrəli kassa mədaxil orderinin qəbizinin surəti; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsinin rəyi; - Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 05 nörməli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağdam rayon Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı ev tikmət məqsədi ilə 0.10 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi satılmışdır. Ağdam rayon Quzanlı bələdiyyəsi tərəfindən İddiaçı satılan həyətyanı torpaq sahəsinin yerquruluşu planı hazırlanmışdır. Ağdam rayon Quzanlı bələdiyyəsinin 079210 nömrəli kassa mədaxil orderinin qəbizinindən görünür ki, İddiaçı üçüncü şəxs Ağdam rayon Quzanlı bələdiyyəsinə həmin həyətyanı torpaq sahəsinin alınması üçün üçüncü şəxsə ödəniş etmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6 müraciət edərək Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə ona ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 xx.xx.2020-ci il tarixli, **********85 nömrəli imtina məktubunda bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçının təqdim etdiyi sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən Ağdam rayonu, Quzanlı bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 13 nömrəli qərarı 0,10 hektar həyətyanı torpaq sahəsinin ayrılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsinin müvafiq rəyi təqdim olunmuş, lakin torpaq sahəsinin sahəseçmə aktı, yerquruluşu planı, torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Belə ki, Ağdam rayon Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə sözügedən 0,10 hektar həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. Ağdam rayon Quzanlı bələdiyyəsinə 079210 nömrəli kassa mədaxil orderinin qəbizindəndə göründüyü kimi iddiaçı bunun müqabilində üçüncü şəxs Ağdam rayon Quzanlı bələdiyyəsinə ödəniş etmişdir. Həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsi bu barədə müvafiq rəy vermişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 05 nörməli məktubunda qeyd edilmişdir ki, Ağdam rayon Quzanlı bələdiyyəsinin arxiv sənədlərinə əsasən İddiaçı adına 0,10 hektar torpaq sahəsinə aid olan Quzanlı bələdiyyəsinin 13 nömrəli qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsi tərəfindən təsdiq olunmuş plan və Rəyin əsli filialda mühafizə olunur. Odur ki, cavabdeh orqan İddiaçı tərəfindən torpaq sahəsinin sahəseçmə aktı, yerquruluşu planı, torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilmədiyi üçün iddiaçının müraciətinə imtina etsə də, Ağdam rayon Quzanlı bələdiyyəsinin 079210 nömrəli kassa mədaxil orderinin qəbizindən göründüyü kimi iddiaçının torpağın alınması müqabilində üçüncü şəxs Ağdam rayon Quzanlı bələdiyyəsinə ödəniş etdiyi üçün sözü gedən sənədlərin mövcud olmaması cavabdehin iddiaçının müraciətindən imtina etməsinə əsas vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunidir, iddiaçı sözügedən 0,10 hektar həyətyanı torpaq sahəsinin alınması müqabilində üçüncü şəxs Ağdam rayon Quzanlı bələdiyyəsinə ödəniş etdiyi üçün iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Ağdam rayonu Quzanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-133/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-133/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver