Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-133/2024 21.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində yerləşən 24 kv.m tikilialtı sahəyə malik əlavə tikili istisna olmaqla, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən 0.47 ha torpaq sahəsinin üzərində yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2001-ci il tarixli texniki pasportlarda qeyd edilən qeyri-yaşayış binalarından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Kirovabad şəhər ZDS-in İK-nin xx.xx.1973-cü il tarixli 21 nömrəli protokol-qərarı ilə Kirovabad şəhərində Voljski avtomobil zavodunda texniki xidmət stansiyasının tikintisi üçün 2705 nömrəli yük avtokolonun cənub-qərbindən 0.84 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Voljski avtomobil zavodunda ildə 2000 avtomobil üçün tikilmiş texniki xidmət stansiyası 28 dekabr 1978-ci iİ tarixli aktla istismara qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK “Aztexinventarlaşdırma” istehsalat birliyi tərəfindən inventarlaşdırıldığı xx.xx.2001-ci xx.xx.2001-ci il və xx.xx.2001-ci il tarixlərə olan vəziyyətə uyğun olaraq İddiaçı ASC-yə məxsus Gəncə texniki xidmət stansiyasına (tikintialtı sahəsi 1372 kv.m olan “A” literli inzibati bina və istehsal sexi, tikintialtı sahəsi 259 kv.m olan “Б” literli istehsalat binası, tikintialtı sahəsi 130.7 kv.m olan “B” literli karbürator və vulkanizasiya sexləri, tikintialtı sahəsi 46.7 kv.m olan “Г” literli inzibati bina, tikintialtı sahəsi 64.0 kv.m olan “E” literli yağ dəyişmə sexi, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 236.4 kv.m olan “Д” literli yeməkxana, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati binaya) dair texniki pasportlar tərtib edilmişdir.
4. Həmin texniki xidmət stansiyasına dair Gəncə şəhəri DTİ və MHQİ tərəfindən xx.xx.2009-cu il tarixli 566 saylı arayış verilmiş və İddiaçı sahibkar müştərək müəssisəsi xx.xx.2001-ci il tarixdə X3 və X5 ilə alğı-satqı müqaviləsi bağlayaraq, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 236.4 kv.m olan “Д” literli yeməkxana, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati bina, o cümlədən “C” literli nasos və “K” literli transformator tikintilərini sonunculara satmış, yerdə qalan literləri isə öz balansında saxlamışdır.
5. İddiaçı ASC (VÖEN **********) Rusiya Federasiyasının Voljski avtomobil zavodunun “AvtoVAZtexobslujivanie”, “Lada-Servis” səhmdar cəmiyyətlərinin və Azərbaycan Respublikası “AvtoVAZtexnikixidmət” mərkəzlərinin bazasında xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış İddiaçı Qapalı tipli səhmdar müştərək müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir (Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********475900 nömrəli cavab məktubu).
6. İddiaçı ASC-yə məxsus əmlak kompleksi dövlət əmlakının Registrində qeydə alınmamışdır. Eyni zamanda, torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən sözügedən əmlak kompleksinə aid torpaq sahəsi dövlət mülkiyyətindədir (Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-9429/2023 nömrəli cavab məktubu).
7. "xxxx" ASC Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı əmlak kompleksi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərinin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci iİ tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Onun tərəfindən təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirovabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin, torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Ərizəyə əlavə edilmiş emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emissiya prospektinə aid olduğu müəyyən edilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan əmlak kompleksləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2-1447/2023 saylı məktubu ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişlər. İmtina onunla əsaslandırılmışdır ki, əmlak komleksi üzərində İddiaçı ASCnin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1- 71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci il tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirovabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin torpaq sahəsinin naturada ayrılması tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emissiya prospektinə aid olduğu müəyyən edilmişdir. Cavabdeh orqanın imtinası əsassızdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, texniki pasport və arxiv sənədləri ilə tikililərin 1978-ci il tarixdən iddiaçının sahiblik və istifadəsində olduğu müəyyən edilmişdir. Hətta həmin əmlakın bir hissəsi ilə bağlı da sərəncam verilmişdir. İddiaçının iddia tələbi əsaslıdır. Belə ki, emissiya prospekti ilə hüquqi şəxslərin balansında olan daşmar və daşınmaz əmlaklar birbaşa özəlləşdirmənin predmetidir. Çünki, özəlləşmə gedən zaman emissiya prospektinə istinad edilir. İddiaçının qeyd olunan əmlakla bağlı gözlənilən mülkiyyət hüququ vardır. Həmin hüquq Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 2(83)- 336/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən hasarın sökülüb yeni hasar çəkilməsi tələbinə dair ilk iddiası təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı 90,89 kv.m hissəsindən çıxarılması tələbi rədd edilmişdir. Qeyd olunan qətnamə ilə bir daha təsdiq olunur ki, iddiaçının sahiblik və istifadəsində olan əmlak kompleksi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Ona görə də, cavabdeh orqanın imtinası qanunsuzdur.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
11. İddiaçının nümayəndəsi X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində yerləşən 24 kv.m tikilialtı sahəyə malik əlavə tikili istisna olmaqla, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən 0.47 ha torpaq sahəsinin üzərində yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2001-ci il tarixli texniki pasportlarda qeyd edilən qeyriyaşayış binalarından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
19. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir.
20. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabehin nümayəndəsinin iştirakı olmaan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı əmlak kompleksi üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərinin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci il tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirovabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Əlavə olaraq bildirilir ki, ərizəyə əlavə edilmiş emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emisiyya prospektinə aid olduğu müəyyən edilmişdir. Müraciətə Gəncə şəhər 1 saylı Dövlət notariat ofisində xx.xx.2001-ci ildə aparılmış alğı-satqı əməliyyatı ilə bağlı toplanmış sənədlər toplusu, "xxxx" ASC-nin nizamnaməsi, Qiymətli kağız mülkiyyətçilərinin reyestri, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsini tərəfindən verilmiş Səhmlərin Emissiya prospekti, Emitent haqqında məlumat, "xxxx" ASC-nin səhmdarlarının reyestri, "xxxx" ASC-nin strukturuna aid olan filial və bölmələr haqqında arayış, Tikilinin (əmlak kompleksinin) xx.xx.1976-cı il tarixində razılaşdırılmış layihəsi əlavə edilmişdir. Araşdırma aparılması üçün Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisənin dövlət əmlakı olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktub göndərilmişdir. Cavab məktubunda (**********) qeyd olunan əmlak kompleksinin dövlət əmlakının dislokasiyasında aşkar edilmədiyi və həmin yerdə özəlləşmə aparılmadığı bildirilmişdir. Hal-hazırda əmlak kompleksinin tərkibində olmuş bəzi tikililər sökülmüş, əlavə tikililər inşa edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməlidir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiacının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhəri ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı.
22. İddiaçının nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçı ASC-yə məxsus əmlak kompleksinə dair xx.xx.2001-ci il, xx.xx.2001-ci il və xx.xx.2001-ci il tarixli texniki pasportlar; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1447/2023 nömrəli imtina məktubu; - xx.xx.1973-cü il tarixli 21 nömrəli protokol; - 30.03.2001-ci il tarixli 566 nömrəli arayış; - Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1161/8/2023 nömrəli arxiv arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********475900 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********809100 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 6118/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-9429/2023 nömrəli cavab məktubu; - Tikinti layihəsi; - Mütəxəssis rəyi və ekspert rəyi; - Əmlak kompeksinin ortofoto görüntüsü.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Kirovabad şəhər ZDS-in İK-nin xx.xx.1973-cü il tarixli 21 nömrəli protokol-qərarı ilə Kirovabad şəhərində Voljski avtomobil zavodunda texniki xidmət stansiyasının tikintisi üçün 2705 nömrəli yük avtokolonun cənub-qərbindən 0.84 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsində Voljski avtomobil zavodunun ildə 2000 avtomobil üçün texniki xidmət stansiyası tikilərək, 28 dekabr 1978-ci iİ tarixli aktla istismara qəbul edilmişdir.
26. xx.xx.2001-ci xx.xx.2001-ci il və xx.xx.2001-ci il tarixlərdə İddiaçı SMM-nə məxsus Gəncə texniki xidmət stansiyasına (tikintialtı sahəsi 1372 kv.m olan “A” literli inzibati bina və istehsal sexi, tikintialtı sahəsi 259 kv.m olan “Б” literli istehsalat binası, tikintialtı sahəsi 130.7 kv.m olan “B” literli karbürator və vulkanizasiya sexləri, tikintialtı sahəsi 46.7 kv.m olan “Г” literli inzibati bina, tikintialtı sahəsi 64.0 kv.m olan “E” literli yağ dəyişmə sexi, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 236.4 kv.m olan “Д” literli yeməkxana, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati binaya) dair texniki pasportlar tərtib edilmiş və iddiaçı həmin texniki pasportlar əsasında həmin əmlaklardan istifadə etmişdir.
27. Həmin texniki xidmət stansiyasına dair Gəncə şəhəri DTİ və MHQİ tərəfindən xx.xx.2009-cu il tarixli 566 saylı arayış verilmiş və İddiaçı sahibkar müştərək müəssisəsi xx.xx.2001-ci il tarixdə X3 və X5 ilə alğı-satqı müqaviləsi bağlayaraq, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 236.4 kv.m olan “Д” literli yeməkxana, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati bina, o cümlədən “C” literli nasos və “K” literli transformator tikintilərini sonunculara satmış, yerdə qalan literləri isə öz balansında saxlamışdır.
28. "xxxx" ASC Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı əmlak kompleksi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərinin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci iİ tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Onun tərəfindən təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirobabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Ərizəyə əlavə edilmiş emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emissiya prospektinə aid olduğu müəyyən edilmişdir.
29. Məhkəmə əmlak kompleksi yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaması və arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci iİ tarixli aktda istismara verilmiş tikililərin sahəsinin ölçüsünün qeyd olunmaması dəlili ilə bağlı qeyd edir ki, hazırki tələb üzrə kompleksin yerləşdiyi torpaq sahəsi iddia predmeti deyildir. Həmin torpaq sahəsi iddia predmeti olmadığından bu əsasla hüquqların qeydə alınmasında imtina əsassızdır.
30. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qurum sözügedən torpaqlara münasibətdə sərəncam vermək (mülkiyyətə, icarəyə, istifadəyə) səlahiyyətlərinə malikdir.
31. İstimar aktında tikililərin sahəsinin ölçüsünün qeyd olunmaması dəlilinə münasibətdə isə qeyd edir ki, həmin aktda qeyd edilməsə də, həm əmlaklara dair texniki pasportlarda, həm Gəncə şəhəri DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 566 saylı arayışda ölçülər qeyd edilmişdir və bütün müddət ərzində iddiaçı Cəmiyyət həmin sahələrdən mübahisəsiz istifadə etmişdir.
32. Bundan əlavə, məhkəmə qərardadı ilə mütəxəssis və ekspert rəyləri əldə edilmişdir.
33. Mütəxəssis rəyində göstərilmişdir ki, "xxxx" ASC-nin faktiki istifadəsində 0.47 ha torpaq sahəsi olduğu müəyyən olundu. Elektron baza materiallarında, həmin torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, Avtovazın yerləşdiyi sahə olaraq göstərilmişdir. Daxil olmuş iş materialları və arxiv sənədlərində xx.xx.1976-cı il tarixli razılaşdırılmış layihə aşkarlanmadığından, sualın cavablandırılması mümkün olmamışdır. Daxil olmuş iş materialları və arxiv sənədlərində mövcud olan texniki pasport sənədlərində, tikililərin konfiqurasiyası və naturada yerləşmə mövqeyi əks olunmadığından, araşdırma zamanı həmin tikililərin öz əksini tapdığı, xx.xx.2001-ci il və xx.xx.2001-ci il tarixli baş planlara istinad olunmuşdur. Texniki pasportlara və baş planlara istinadən, A, B, Q, D və E literli tikililər faktiki mövcud olmaqla "xxxx" ASC-nin istifadəsindədir. 130.7 kv.m tikili altı sahəyə malik B literli tikilinin isə, 95.0 kv.m-dək hissəsi sökülmüşdür. "xxxx" ASC-nin faktiki istifadəsində olan torpaq sahəsi üzərində, texniki pasportlarda qeyd olunmayan 24.0 kv.mdək tikili altı sahəyə malik əlavə tikili mövcuddur. Texniki pasportlara və baş planlara istinadən, A, B, Q, D və E literli tikililərin faktiki tikili altı sahələri texniki pasport sənədlərində göstərilən ölçülərə uyğundur. B literli tikili isə, sökülmüş və həmin sahədə faktiki tikili altı sahəsi 35.7 kv.m olan tikili mövcuddur. xx.xx.2001-ci il tarixli 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş tikililərin yerləşdiyi sahə, faktiki olaraq daş hasarla hasarlanaraq "xxxx" ASC-nin deyil, digər şəxslərin faktiki istifadəsindədir. xx.xx.2001-ci il tarixli 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş tikililər istisna olmaqla, A, B, Q, D və E literli tikililər, texniki pasportlarda göstərilən ölçülərə uyğun olaraq, "xxxx" ASC-nin faktiki istifadəsindədir. B literli tikili isə sökülmüş və həmin sahədə faktiki tikili altı sahəsi 35.7 kv.m olan tikili mövcuddur. Daşınmaz əmlak obyekti olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı, vizual olaraq tikilinin dam örtüyünün, döşəməsinin, giriş hissəsinin və pəncərəsinin mövcud olmasına əsaslanılır. A, B, Q, D və E literli tikililər və B literli tikilinin isə sökülmüş hissəsi istisna olmaqla, həmin sahədə mövcud olan tikilinin dam örtüyünün, döşəməsinin, giriş hissəsinin və pəncərəsinin mövcud olduğu vizual müşahidə olundu. "xxxx" ASC-nin faktiki istifadəsində olan torpaq sahəsi üzərində mövcud olan və texniki pasportlarda qeyd olunmayan 1 (bir) ədəd əlavə tikilinin isə pəncərəsi olmadığı müşahidə olundu. Qeyd edək ki, tkilililərin istifadəyə və istismara yararlılığı barədə münasibət bildirilməsi isə səlahiyyətlərimizə aid deyildir.
34. Ekspert rəyində göstərilmişdir ki, "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin ümumi sahəsi 4686.00 kv.m. olmaqla, torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin ümumi sahəsi 4686.00 kv.m. olmaqla, torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən, "xxxx" ASC-nin faktiki istifadəsində 0.47 ha torpaq sahəsi olduğu müəyyən olundu. Elektron baza materiallarında, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, Avtovazın yerləşdiyi sahə olaraq göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı SMM-nə məxsus olan Gəncə TXS-nin xx.xx.2001-ci xx.xx.2001-ci il tarixə olan vəziyyətə dair tərtib olunmuş texniki pasportlarında göstərilmiş tikililərin göstəricilərinin (ölçülərinin) xx.xx.1976-cı il tarixli razılaşdırılmış layihədə qeyd edilmiş göstəricilərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK “Aztexinventarlaşdırma istehsalat birliyi xx.xx.2001-ci il tarixdə 2705 saylı yük avtokolonun cənub-qərbində İddiaçı ASC-nə məxsus əmlak kompleksinə dair verilmiş texniki pasporta əsasən, əmlak kompleksi A, B, D, E, Q, J və V literli tikilərdən və istifadəsində olan torpaq sahəsindən ibarətdir. İddiaçı ASC-nə məxsus əmlak kompleksin istifadəsində olan torpaq sahəsi hasara alındığı, J və V literli tikililərin söküldüyü müəyyən olunmuşdur. Eyni zamanda torpaq sahəsinin daxilində 5.4x6.4m və 6.23x8.2m ölçüdə daşdan əlavə tikili inşa olunmuşdur. Eyni zamanda tədqiq olunan əmlak kompleksinin istifadəsində olan sahəsi 1749,5 kv.m. A literli, sahəsi 241,2 kv.m. B literli, sahəsi 215,4 kv.m. D literli, sahəsi 53,9 kv.m. E literli və sahəsi 35,7 kv.m. Q literli tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin, torpaq sahəsinin ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı ASC-nə məxsus əmlak kompleksinin hazırda faktiki istifadədə olan tikililərin qeydə alınmaları üçün mümkün olub-olmamalarının (yararlılıq vəziyyətinə görə) müəyyən edilməsi tikinti texniki ekspertinin səlahiyətlərinə aid olmadığındandan qırardadın bu sualı üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, tikililərin yararlılıq vəziyyətinə görə qeydə alınmalarının mümkün olub-olmaması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən yaşayış binası və mənzif üzrə ümumilkdə müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyən oluna bilər.
35. Göründüyü kimi, həm mütəxəssis, həm ekspert rəyləri ilə alğı-satqı müqaviləsindən sonra İddiaçı ASC-nin faktiki istifadəsində qalan A, B (Б), Q, D və E literli tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), torpaq sahəsinin ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir.
36. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq hüquqların Dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini, yəni dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, habelə torpaq sahəsində yerləşən daşınmaz əmlakın texniki pasportunu, tikililərin istismarı aktını təqdim etmişdir. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması imtina üçün əsas ola bilməz.
37. İddiaçı da hazırkı tələbində məhz səlahiyyətli inzibati orqan tərəfindən verilən texniki pasportlar əsasında hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
38. Cavabdeh orqan yazılı etirazında hal-hazırda əmlak kompleksinin tərkibində olmuş bəzi tikililərin söküldüyünü, əlavə tikililər inşa edildiyini göstərmişdir.
39. Məhkəmə bununla bağlı qeyd edir ki, həqiqətən də mütəxəssis və ekspert rəyləri ilə, o cümlədən yerində müayinə baxışı ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin faktiki istifadəsində olan torpaq sahəsi üzərində, texniki pasportlarda qeyd olunmayan 24.0 kv.mdək tikili altı sahəyə malik əlavə tikili mövcuddur. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində yerləşən 24 kv.m tikilialtı sahəyə malik əlavə tikili istisna olmaqla, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən 0.47 ha torpaq sahəsinin üzərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2001-ci il tarixli texniki pasportlarda qeyd edilən qeyriyaşayış binalarından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
40. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul olunduğundan həmin hissə üzrə məhkəmə araşdırmasının predmeti olmamışdır.
41. V (В) literli tikilinin (24 kv.m tikilialtı sahənin) sökülməsi ilə bağlı isə qeyd edir ki, B literli tikilinin bir hissəsi sökülmüş və hazırda həmin tikilinin mövcud faktiki tikilialtı sahəsi 35.7 kv.m hissəsi təşkil edir.
42. Məhkəmə hesab edir ki, həmin tikilinin bir hissəsi sökülsə də, 35.7 kv.m ibarət hissəsi qaldığından həmin ölçüdə hissə üzərində hüquqların qeydiyyatı aparılmalıdır.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).
44. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər.
45. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir.
46. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
47. İddia tələbinin predmetini və tələbin hədlərini nəzərdən keçirərək məhkəmə qeyd edir ki, iddiaçı məhz texniki pasportlarda olan göstəricilərlə bağlı əmlak kompleksi üzərində hüquqlarının qeydiyyatına dair çıxarışın verilməsini tələb etmişdir. Təqdim olunan texniki pasportlarda da qeyri-yaşayış binalarının sahəsi və bütün texniki göstəriciləri qeyd olunmuş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis və ekspert rəylərii ilə də əmlakın faktiki vəziyyəti müəyyən edilmişdir.
48. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar).
50. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.
51. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində yerləşən 24 kv.m tikilialtı sahəyə malik əlavə tikili istisna olmaqla, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən 0.47 ha torpaq sahəsinin üzərində yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2001ci il tarixli texniki pasportlarda qeyd edilən qeyri-yaşayış binalarından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində yerləşən 24 kv.m tikilialtı sahəyə malik əlavə tikili istisna olmaqla, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən 0.47 ha torpaq sahəsinin üzərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2001-ci il tarixli texniki pasportlarda qeyd edilən qeyri-yaşayış binalarından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva