Məhkəmə qərarları › İş №2-1(114)-1330/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1330/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1330/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və X1 inzibati xəta haqqında protokolunun və inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və X1 xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunun və xx.xx.2018-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2 maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun anlamında inzibati akt olmadığından həmin iddia ərizəsinə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamsı barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və X1 inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından şikayətə baxılmasının aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinin deyil, ümumi (rayon) məhkəmənin səlahiyyətinə aid olduğunu hesab edərək, ərizənin mümkün sayılmaması və geri qaytarılması, habelə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olmasının izah edilməsi qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və X1 inzibati xəta haqqında protokolunun və inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi tələbi ilə ümumi (rayon) məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar