Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1332/2020 02.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı (üçüncü şəxs X3) çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq sənədlərin hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Gəncə şəhər “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1994-cü il tarixli 534 nömrəli arayışı və xx.xx.1998-ci il tarixli 11 nömrəli protokoldan çıxarışı əsasında Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi, sahə 11 kimi göstərilən 0,04 ha torpaq sahəsinə dair X1 mülkiyyət hüququ haqqında xx.xx.2016-cı il tarixli qeydiyyatın, ******* nömrəli çıxarışın və xx.xx.2016-cı il tarixli 048341 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, onun torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq sənədlərin hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kirovabad Qənnadı fabrikində işləmiş və X9 Hakimiyyətinin xx xxxxxx 1992-ci il tarixli, 3216 saylı sərəncamı ilə Şəmkir yolunun şimal hissəsindən Gəncə Qənnadı fabrikinə bostançılıq sahələrinin yaradılması üçün ayrılmış 39 nömrəli torpaq sahəsinin 400.0 kv.m hissəsi X8 fabrikinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 1993-cü il tarixli birgə iclasının 4 nömrəli protokoluna əsasən ona ayrılmışdır. Torpaq sahəsi naturada ayrılıb ona verilmiş və verildiyi tarixdən faktiki sahibliyində və istifadəsindədir. Torpaq sahəsinin ona ayrılması Həmkarlar İttifaqı Komitəsinin sədri A.Əliyev tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq olunub ona təqdim edilmiş, X8 fabrikinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 1993-cü tarixli birgə iclasının 4 nömrəli protokolundan çıxarışla təsdiq edilmişdir. Bundan başqa, torpaq sahəsinin ona məxsus olması “Gəncə Qənnadı ATSC” idarə heyətinin sədri M.A.Abdullayevin xx.xx.2018-ci il tarixli 13 nömrəli arayışı ilə də təsdiq olunub. X9 Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli “Rəqəmsal kadastr xəritəsindən çıxarış” da onun torpaq sahəsinin döngə nöqtələri göstərilməklə hüquq subyekti olduğu təsdiqlənmişdir. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən ona ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü və müvafiq çıxarışın hazırlayıb verilməsi ilə bağlı cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən olan xahişinə imtina cavabı verilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh onun torpaq sahəsini X1 mülkiyyəti kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata almış və ******* nömrəli çıxarış və xx.xx.2016-cı il tarixli 048341 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqda sənəd verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tamamilə qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, torpağın onun istifadəsinə ayrılmasına dair hüquqi əsaslar 1993-ci il tarixdən mövcuddur, qərar həmin vaxtlarda səlahiyyətli olan dövlət hakimiyyəti orqanı tərəfindən həmin dövr üçün mövcud olmuş torpaq qanunvericiliyi əsasında qəbul edilmişdir və torpaq sahəsi 1993-ci ildə naturada ayrılaraq ətrafdakı işarə və nöqtələrə bağlılığı göstərilməklə sərhədləri və yerləşdiyi yer müəyyən edilmişdir. Odur ki, iddiaçı hesab edir ki, ona məxsus torpaq sahəsinə dair X1 mülkiyyət hüququ haqqında xx.xx.2016-cı il tarixli qeydiyyat, ******* nömrəli çıxarış və xx.xx.2016-cı il tarixli 048341 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməli, torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydə alınmalıdır. İddiaçı məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Sədrəddin Hüseynov hərbçi olduğu halda ona bağçılıq sahəsindən torpaq sahəsi verilə bilməzdi. Üçüncü şəxs X3 iddianı qəbul etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X8 fabrikinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1993-cü il tarixli birgə iclasının 4 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Gəncə şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 4316 nömrəli sərəncamı ilə Şəmkir yolunun şimal hissəsindən Gəncə Qənnadı fabrikinə bostançılıq sahələrinin yaradılması üçün ayrılmış torpaq sahəsindən fabrik əməkdaşlarının hər birinə bostan sahəsi üçün 400.0 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış və konfet sexində briqadir vəzifəsində işləyən İddiaçı adı orada qeyd olunmuşdur. -Gəncə Qənnadı ATSC-nin xx.xx.2018-ci il tarixli 13 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Kirovabad Qənnadı fabrikinə işə qəbul edilmiş və xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir. -X9 Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli “Rəqəmsal kadastr xəritəsindən çıxarış”da mübahisəli torpaq sahəsinin döngə nöqtələri işlənmişdir. -Gəncə şəhər “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokoldan çıxarışından görünür ki, xx.xx.1988-ci il tarixli 11 nömrəli protokol əsasında Gəc zavodu ərazisində birliyin üzvü X2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. -X9 Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Məhsəti qəsəbəsi, “Farforist” BYB-də yerləşən X2 məxsus bağçılıq sahəsində müvafiq qaydada razılaşdırılmış eskiz layihə əsasında bağ evinin inşa edilməsinə etiraz edilmədiyi bildirilmişdir. -RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi sahə 11 ünvanda yerləşən 0.039 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. -xx.xx.2016-cı il tarixli 048341 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi sahə 11 ünvanda yerləşən 0.039 ha torpaq sahəsinə dair X1 adına plan və ölçünün tərtib edilməsinə əsas Gəncə şəhər “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1994-cü il tarixli 534 nömrəli arayışı və xx.xx.1988-ci il tarixli 11 nömrəli protokoldan çıxarışı olmuşdur. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, 219 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə Qənnadı fabrikinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1993-cü il tarixli birgə iclasının 4 nömrəli çıxarışı əsasında İddiaçı 39 nömrəli sahədən ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqi sənəd (çıxarış və ya şəhadətnamə) olmadığından həmin torpaq sahəsinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən X1 mülkiyyətinə verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi sahə 11 kimi göstərilən 0,039 ha torpaq sahəsinin koordinatıları ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 xx.xx.2019-cu il tarixli, **********75 nömrəli məktubundan görünür ki, İddiaçı ərizəsinə əlavə edilmiş rəqəmsal kadastr xəritəsində qeyd olunan torpaq sahəsinin başqa şəxsə məxsus olduğu və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edildiyindən ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla, müəyyən olunmuşdur ki, Gəncə şəhəri İcra Hakimiyyətinin xx xxxxxx 1992-ci il tarixli, 3216 saylı sərəncamı ilə Şəmkir yolunun şimal hissəsindən Gəncə Qənnadı fabrikinə bostançılıq sahələrinin yaradılması üçün ayrılmış 39 nömrəli torpaq sahəsinin 400.0 kv.m hissəsi X8 fabrikinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 1993-cü il tarixli birgə iclasının 4 nömrəli protokoluna əsasən İddiaçı ayrılmışdır. Həmçinin Gəncə şəhər “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokoldan çıxarışa əsasən xx.xx.1988-ci il tarixli 11 nömrəli protokol əsasında Gəc zavodu ərazisində birliyin üzvü X2 torpaq sahəsi ayrılmış və həmin sənəd əsasında onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü əldə edilmişdir. İddiaçı isə üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmış torpaq sahəsinin X8 fabrikinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 1993-cü il tarixli birgə iclasının 4 nömrəli protokoluna əsasən ona ayrılmış torpaq sahəsi olduğunu iddia edir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi xx.xx.1993-cü il tarixdə, üçüncü şəxsə isə xx.xx.1988-ci il tarixdə ayrılmışdır. Həmçinin iş üzrə verilmiş mütəxəssis rəyindən görünür ki, Gəncə Qənnadı fabrikinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1993-cü il tarixli birgə iclasının 4 nömrəli çıxarışı əsasında İddiaçı 39 nömrəli sahədən ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqi sənəd olmadığından həmin torpaq sahəsinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən X1 mülkiyyətinə verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisi sahə 11 kimi göstərilən 0,039 ha torpaq sahəsinin koordinatıları ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair koordinatları və yerləşmə yerini müəyyən edən ilkin torpaqayırma sənədləri, plan-cizgi tərtib edilmədiyindən hazırda həmin sahənin üçüncü şəxsin mülkiyyətinə verilmiş sahə ilə eyniliyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsi hazırda üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşsə belə, üçüncü şəxsə verilmiş sənəd əvvəlki tarixə təsadüf etdiyindən hüquqi qüvvəsi daha üstündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. İş materiallarına əlavə edilmiş mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin 03/09/94 nömrəli smetasından görünür ki, iş üzrə mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67.20 (altmış yeddi manat, iyirmi qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 67.20 (altmış yeddi manat, iyirmi qəpik) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq sənədlərin hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Torpaq sahəsinin inventarlaşdırılmasına dair 67.20 (altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1332/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1332/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver