Məhkəmə qərarları › İş №2-1(114)-1334/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1334/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1334/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X13 etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı Şəmkir şəhəri, xxxxxxxxxxx adına üzüm istehsalı və emalı müəssisəsinin xx xxxx 1997ci il tarixli 7 saylı protokolunun tanınması və cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilən ərazinin xxxxxxxxxxx adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin balansında olduğu üçün və atası X5 və X6 müəssisənin işçisi olduğunu nəzərə alaraq müəssisənin xx xxxx 1997-ci il tarixli, 7 nömrəli protokoluna əsasən 0,05 ha torpaq sahəsinin və elektro-sex iş otağının mülkiyyətinə qaytarılması üçün məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(83)- 2087/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(104)-165/2020 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(83)-2087/2019 nömrəli qərardadı ləğv edilmiş və iddianın mümkünlük məsələsinə təkrar baxılması üçün iş Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(114)-1501/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı Şəmkir şəhəri, xxxxxxxxxxx adma üzüm istehsalı və emalı müəssisəsinin xx xxxx 1997ci il tarixli 7 saylı protokolunun mübahisələndirilməsi, 7 saylı protokolu müəyyən edərək tanınması, cavabdehi müəyyən hərəkətlər etməkdən çəkindirmək və həmin müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməsinin tələb edilməsi, 7 saylı protokolun tanınması və həmin torpağın mülkiyyətlərinə qaytarılmasının cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair 2-1-(114)- 1501-2020 nömrəli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı torpaq sahəsinin və elektro-sex iş otağının mülkiyyətlərinə qaytarılması tələbinə dair 2- 1(114)-1334/2020 nömrəli müstəqil işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı Şəmkir şəhər xxxxxxxxxxx adına Üzüm İstehsalı və Emalı müəssisəsinin xx xxxx 1997-ci il tarixli, 7 nömrəli protokolunun müəyyən edilərək tanınması, cavabdehin müəyyən hərəkətləri etməkdən çəkindirilməsi, torpaq sahəsinin mülkiyyətinə geri qaytarılması, cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını və iddiaçı kimi X5 qeyd edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra, X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir şəhəri, xxxxxxxxxxx adına üzüm istehsalı və emalı müəssisəsinin xx xxxx 1997-ci il tarixli 7 saylı protokolunun tanınması və cavabdeh tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri xxxxxxxxxxx adına Üzüm İstehsalı və Emalı müəssisəsinin xx xxxx 1997-ci il tarixli, 7 nömrəli protokoluna əsasən Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi, ev 7-də yaşayan X7 5 sot həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilmişdir. X3 isə iş otağı satılmışdır. Pulun ödənilməsi ilə əlaqədar qəbz mövcuddur. X8 islahatla bağlı satılmış elektro-sex binasının və iş yeri olduğuna görə dəyər qiyməti ödənilmişdir. 150.000 manat məbləğində pul xx xxxxxx 1997-ci il tarixdə kassa mədaxili orderi müəssisənin kassa mühasibatlığına ödənilmişdir. Həmin həyətyanı torpaq sahəsi və elektro-sex sonradan saxt yolla Cavabdeh tərəfindən xx.xx.2004-cü il tarixli, 28 nömrəli saxta qərarla X17 Klubuna satılmışdır. O, cavabdehə müraciət edərək, Şəmkir şəhəri xxxxxxxxxxx adına Üzüm İstehsalı və Emalı müəssisəsinin xx xxxx 1997-ci il tarixli, 7 nömrəli protokolunun tanınmasını xahiş etsə də, cavabdeh həmin torpaq sahəsinin ona verilməsini və sonradan başqasına satılması barədə yazılı sənəd verir. Yəni həmin torpağın ona məxsus olması barədə hər hansı hüquqi sənəd verməyərək, hərəkətsizlik edir. Bu səbəbdən də həmin faktın məhkəmə həlli üçün zərurət yaranmışdır. X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X13 etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Şəmkir şəhəri, Nizami küçəsi ilə Vaqif küçəsinin kəsişməsində yerləşən əraziyə dair (indiki parkın ərazisi) ilkin hüquqmüəyyənedici sənədləri yoxdur. Hazırda həmin torpaq sahəsi heç kimin istifadəsində deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. Məhkəmənin müraciəti xx.xx.2020-ci il tarixdə sonuncunun ünvanı üzrə təqdim edilmiş, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etsə də, məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilibbilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddiaçı iki tələb- cavabdeh tərəfindən mübahisələndirilən aktın tanınması və ümumi hüquq öhdəliklərinin pozulması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı “xxxxxxxxxxx” adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin xx.xx.1997-ci il tarixli, 7 nömrəli protokoluna əsasən verilmiş 0,05 ha torpaq sahəsinin və elektro-sex iş otağının üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Lakin iddiaçı iddia tələbini qeyri-müəyyən təqdim etməklə onu dəqiqləşdirməmişdir. Bundan başqa, iddia ərizəsində cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi xahiş olunsa da, kompensasiyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı Şəmkir şəhəri, xxxxxxxxxxx adına üzüm istehsalı və emalı müəssisəsinin xx xxxx 1997-ci il tarixli 7 saylı protokolunun tanınması və cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı Şəmkir şəhəri, xxxxxxxxxxx adına üzüm istehsalı və emalı müəssisəsinin xx xxxx 1997ci il tarixli 7 saylı protokolunun tanınması və cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar