Məhkəmə qərarları › İş №2-1(114)-1335/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1335/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1335/2020 05.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyəti başçısının X1 qarşı çörək pulunun verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar baxaraq müəyyən e t d i m: İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyəti başçısının X1 qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, çörək pulunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddia ərizəsində tərəfinizdən cavabdeh (fiziki şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısının X2) düzgün göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisələrə dair işlər üzrə icraatda cavabdeh qismində müvafiq inzibati orqan (Laçın Rayon İcra Hakimiyyəti) göstərilməli olduğu halda iddia ərizəsində cavabdeh kimi fiziki şəxs göstərilmişdir. Həmçinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Belə ki, iddiaçının hazırki tələbi məcburetmə haqqında iddia növünə aiddir. Qanunvericiliyin tələblərinə əsasən isə məcburetmə haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini, sonuncunun bundan imtina etməsini və ya inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilməməsini təsdiq edən sənədi, həmçinin iddia tələbini təsdiq edən sənədlərin əslini və ya notarial qaydada təsdiqlənmiş surətini məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia üzrə mümkünlük şərtləri mövcud olmadığına görə iddia mümkün sayılmamalıdır. Bundan başqa, İddiaçı hazırki tələblə Gəncə İnzibati Məhkəməsinə deyil, ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı cavabdeh Laçın Rayon İcra başçısının X1 qarşı çörək pulunun verilməsi barədə iddianın mümkün sayılmaması, və iddiaçıya hazırki tələblə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Laçın Rayon İcra başçısının X1 qarşı çörək pulunun verilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini, sonuncunun bundan imtina etməsini və ya inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilməməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar