Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1339/2021 07.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin 27.04.2021ci il tarixli, 1/D-10390 saylı məktubu ilə İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyul 19N-cü il tarixdə Ağstafa rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, əvvəllər 887 nömrəli, NN nömrəli və N nömrəli hərbi hissədə xidmət etmişdir. N aprel 1995-ci il tarixində 11N nömrəli əmrlə NN nömrəli hərbi hissənin şəxsi heyətinə qəbul olunmuşdur. N aprel tarixdə hərbi hissəni tərk etmiş, sonradan xidmət yerinə qayıtmışdır (atəşkəsdən sonra). Ərizə ilə hərbi prokurorluğa müraciət edib xidmətini qanunla müəyyən edilmiş müddətdə başa çatdığından Füzuli Qarnizonu hərbi prokurorluğu haqqında cinayət işinin başlanmasını amnistiya qərarına əsasən rədd etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - NZ seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - Ağstafa rayon Poylu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.06.2021-ci il tarixli 147/9 nömrəli yaşayış yeri haqqında arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 27.04.2021-ci il tarixli, 1/D-1039N nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 28.12.2020-ci il tarixli, 9/2-1110N nömrəli arxiv arayışı; - Füzuli Qarnizonu Hərbi Prokurorluğunun 19.03.1998-ci il tarixli “Amnistiya ilə əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 03.02.2021-ci il tarixli, 1/D-1749 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 29.06.2021-ci il tarixli, 808 nömrəli arayışı. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N aprel 1995-ci il tarixli 11N nömrəli əmrlə NN nömrəli hərbi hissənin şəxsi heyətinə qəbul olunmuş, N aprel 1996-cı il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, sonradan xidmət yerinə qayıtmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya haqqında” qərarının 1-ci maddəsinin 6-cı bəndinə əsasən İddiaçı haqqında cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 28.12.2020-ci il tarixli, 9/2-1110N nömrəli arxiv arayışından görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 04,07.19N-cü il tarixli 139 №-li əmrilə (əsas: §-1, səh-4, sıra-180) "sıravi" hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, "kursant” vəzifəsinə təyin edilmişdir. Xidmətini davam etdirmək üçün İddiaçı NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyinə görə N nömrəli hərbi hissə komandirinin 04.10.19N-cü il tarixli 219 nömrəli əmrilə (əsas: §-18, səh-10, sıra-171) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. NN nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-17, sıra-184, məlumatda soyadı “Dünyamaliyev" yazılmış, çağırıldığı yer “Astara RHK-ğı” göstərilmişdir) Astara RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü, sıravi X1 hərbi hissə komandirinin 04.10.19N-cü il tarixli 244 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınması və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyinə görə komandirin 13.12.19N-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. NN nömrəli hərbi hissə komandirinin 04.10.19N-cü il tarixli 244 nömrəli əmrində (əsas: §-5, səh-8 sıra-1) N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup hərbi qulluqçuların şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınması barədə məlumat yazılmış, lakin əmrə adlı siyahı daxil edilməmişdir. Xidmətini davam etdirmək üçün, sıravi İddiaçı N nömrəli hərbi hissəyə göndərildiyinə görə NN nömrəli hərbi hissə komandirinin 13.12.19N-cü il tarixli N nömrəli əmrilə (əsas: §-15. səh-33. sıra-38) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün, NN nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 14.12.19N-cü il tarixli 134 nömrəli əmrilə (əsas: §-2, səh-27, sıra- 8) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin 25.02.1994-cü il tarixli 31 nömrəli əmrilə (əsas: §-6, səh- 41, sıra-92) sıravi İddiaçı İİİ divizionunun İİ atəş tağımında heyət üzvü vəzifəsinə təyin olunmuşdur. Xidmətini davam etdirmək üçün, sıravi İddiaçı Arıq oğlu NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyinə görə N nömrəli hərbi hissə komandirinin 14.03.1995-ci il tarixli 04N nömrəli əmrilə (əsas: §-3, səh-6, sıra-239, əmrdə atasının adı “Ariq” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı sonrakı xidmət dövrü barəsində əlavə araşdırmanın aparılması mümkün olmamışdır. Həmçinin iş materiallarında olan Füzuli Qarnizonu Hərbi Prokurorluğunun 19.03.1998-ci il tarixli “Amnistiya ilə əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı N aprel 1995-ci il tarixli 11N nömrəli əmrlə NN nömrəli hərbi hissənin şəxsi heyətinə qəbul olunmuş, N aprel 1996-cı il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, sonradan xidmət yerinə qayıtmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya haqqında” qərarının 1-ci maddəsinin 6-cı bəndinə əsasən İddiaçı haqqında cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqanın iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməməsinə əsaslanan imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı statusunun verilməsi istisna edilmişdir. Bu əsasla hazırkı iş üzrə İddiaçı hərbi hissəni özbaşına tərk etməsinə və sonradan xidmət yerinə qayıtmamasına görə haqqında cinayət işinin başlanması Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya haqqında” qərarına əsasən rədd edildiyindən və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığından məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1339/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1339/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver