Məhkəmə qərarları › İş №2-1(114)-1340/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1340/2020

28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1340/2020 28.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Gəncə Nizamirayon şöbəsinin (bundan sonra Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsi) xx xxxx 2020-ci il tarixli məktubu ilə İddiaçı əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarınının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.4-cü bəndinə əsasən vətəndaşa müraciəti əsasında müraciət etdiyi tarixdən əlilliyə görə əmək pensiyası yenidən hesablana bilər vəiddiaçı şöbəyə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etdiyi üçün onun pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən yenidən hesablanaraq ödənilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı cavabdeh Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun pensiyasının xx.xx.2017-ci il tarixdən yenidən hesablanması və həmin dövrlər üçün hesablanmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununda xx xxxx 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən ona xx.xx.2017-ci il tarixdə təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən yenidən hesablanaraq xx.xx.2020-ci il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinə xx.xx.2020-ci il tarixdə müraciət edərək xx.xx.2017-ci il tarixdə işdən çıxdığını xx.xx.2017-ci il tarixdə şöbəyə müraciət etdiyini, onun müraciəti əsasında pensiyasının yenidən hesablandığını, lakin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının yenidən hesablanmasında nəzərə alınmadığını qeyd edərək, şöbəyə müraciət etdiyi gündən pensiyasının məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh orqan ona imtina etmişdir. O, bu imtina ilə razı deyil. Həmin imtina onun konstitusion hüquqlarını pozur. Əvvəla ona görə ki, onun müraciəti xx.xx.2020-ci il tarixdə olmuş olsa da, hansı tarixdən işdən çıxmağı nəzərə alınmalı idi. İmtinanın əsası kimi istinad olunan Qaydaların 5.4-cü maddəsinin mənasına görə müraciət edilən tarixdən yenidən hesablanması tələb edilsə də, hesablanmanın başlanğıc tarixi barədə göstəriş qeyd edilməmişdir. Lakin qanunvericiliyin qarşılıqlı təhlili onu göstərir ki, ona ödənilməli olan yenidən hesablanmış məbləğ işdən çıxdığı tarixlərə də aid edilməli və ona həmin dövrlər ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı şöbəyə pensiyanın yenidən hesablanması üçün xx.xx.2020-ci il tarixdə müraciət edərək xx.xx.2017-ci il tarixdə işdən çıxdığı, xx.xx.2017-ci il tarixdə şöbəyə müraciət etdiyi, onun müraciətinə əsasən pensiyanın yenidən hesablandığını, lakin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının yenidən hesablanmasında nəzərə alınmadığını qeyd etmişdir. İddiaçının pensiya işinə baxış keçirilərkən müəyyən olmuşdur ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən 3cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdiyi üçün ona həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən pensiyanın yalnız baza hissəsi ödənilmişdir. O, işdən çıxdıqdan sonra şöbəyə müraciət edərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmək üçün müraciət etmişdir. Onun pensiya məbləği işdən çıxdığı xx.xx.2017-ci il tarixdən yenidən hesablanaraq 177,20 manat təşkil etmişdir. Lakin, onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının əlilliyə görə əmək pensiyaçısı olduğu üçün qanunamüvafiq olaraq nəzərə alınmamışdır. Bildirilmişdir ki, xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 5.4-cü bəndinə əsasən vətəndaşa müraciət etdiyi tarixdən əlilliyə görə əmək pensiyası yenidən hesablana bilər. O, şöbəyə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etdiyi üçün onun pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən yenidən hesablanaraq 311.94 manat təşkil etmişdir. Ona görə də hesab edir ki, iddiaçının hazırkı iş üzrə tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətləri, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayış, Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********25 nömrəli imtina və xx.xx.2020-ci iltarixli məktubları, iddiaçının 704362 nömrəli pensiya uçot vərəqinin surəti əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.4. bəndinə istinad edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın imtina məktubunu əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş, pensiya təyin olunduqdan sonra əmək fəaliyyəti davam etdiyi üçün iddiaçıya həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən pensiyasının yalnız baza hissəsi ödənilmişdir. Bundan sonra iddiaçı xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün həmin gündən pensiyasının baza və sığorta hissəsi toplanılmaqla, xx.xx.2017-ci ildən isə baza hissəsi ləğv edildiyindən birləşdirilməklə ödənilmiş, yığım hissəsi pensiyasına əlavə edilməmişdir. Hazırda iddiaçı Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət edərək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının pensiyanın yenidən hesablanmasında nəzərə alınmadığını qeyd edərək, pensiyasının məbləğinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarınını təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.4-cü bəndinə əsasən vətəndaşa müraciəti əsasında müraciət etdiyi tarixdən əlilliyə görə əmək pensiyası yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxx 2017ci il tarixədək qüvvədə olan; 37.3.2. maddəsinə əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əlilliyə görə əmək pensiyası himayədə olanlara verilən əlavə nəzərə alınmadan tam məbləğdə ödənilir. 4.3. maddəsinə əsasən əlilliyə görə əmək pensiyası baza və sığorta hissələrindən ibarətdir. 13.5. maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının məbləği P=BH+SH düstürü ilə müəyyən edilir. Burada P - əlilliyə görə əmək pensiyasıdır; BH əlilliyə görə əmək pensiyasının baza hissəsi, SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.7, 1.35 və 1.99-cu bəndlərinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2.1-ci və 4.3.1-ci maddələri ləğv edilmiş, 13.5-ci maddənin ikinci abzasından “BH+” sözləri çıxarılmış və dördüncü abzası ləğv edilmiş, 37.3.2-ci maddə yeni redaksiyada verilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3. maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığorta və yığım hissəsindən ibarətdir. 13.4. maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının məbləği P =SH+YH düstürü ilə müəyyən edilir, burada: P - əlilliyə görə əmək pensiyası; SH - əlilliyə görə əmək pensiyasının sığorta, YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 37.3.2. maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır;” Pensiya işi və ona əlavə olunmuş sənədlərdən görünür ki, Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx xxx 2017-ci il tarixli sərəncamı ilə X1 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (BH+SH)110+67,20=177,20 manat hesablanaraq ödənilmiş, xx.xx.2020-ci il tarixdən iddiaçının ərizəsinə əsasən əmək pensiyası yenidən (SH+YH düstürla) hesablanaraq ödənilmişdir. Hazırda iddiaçının tələbi məhz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununda xx.xx.2017-ci il tarixdən qüvvədə olan dəyişikliyə əsasən pensiyasının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üzrə yenidən hesablanması və həmin illər üzrə ödənilməyən məbləğin ödənilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 5.2-ci bəndinə əsasən cığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 5.4-cü bəndində göstərilmişdir ki, Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və işləməkdə davam etdiyi üçün ona təyin edilmiş pensiyanın yalnız baza hissəsi ödənilmişdir. İddiaçı xx xxx 2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün həmin gündən təyin edilən əmək pensiyasının yenidən hesablanması üçün xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Lakin, xx xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən iddiaçının xx xxxxxx 2008-ci il tarixdən xx xxx 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalı olduğu halda, cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq bundan imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə isə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyinə baxmayaraq cavabdeh şöbə əsassız olaraq iddiaçının pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4,13, və 37.3.2. maddələrinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan tələbləri əsasında hesablamaqdan imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununda xx xxxx 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı 05 may2017-ci il tarixdə təyin edilmiş əmək pensiyasının 01 iyul2017-ci il tarixdən yenidən hesablanaraq xx.xx.2020-ci il tarixədək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar