Məhkəmə qərarları › İş №2-1(114)-1340/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1340/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1340/2021 08.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı Cavabdehnə qarşı tədiyyə bildirişinin ləğvinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin iclasından kənar baxaraq Müəyyən e t d i m: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 08.06.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, tədiyyə bildirişinin ləğvinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələblərinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinin tələblərinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinin tələblərinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələblərinə əsasən isə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə Cavabdeh 27.04.2021-ci il tarixli, seriyalı **********4952 tədiyyə bildirişi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu anlamında inzibati akt olmadığından həmin iddia ərizəsinə inzibati məhkəmələr tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddiaya baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Qeyd edilən prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçıya izah edir ki, iddiaçı Gəncə şəhəri Nizami rayon Bələdiyyəsi tərəfindən qəbul edilmiş əmlak və torpaq vergisinin ödənilməsinə dair qərarını məhkəmədə mübahisələndirə bilər, lakin bələdiyyə tələfindən verilmiş tədiyyə bildirişi inzibati akt hesab olunmadığından həmin iddiaya məhkəmədə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı cavabdehin 27.04.2021-ci il tarixli, seriyalı № **********4952 tədiyyə bildirişinin ləğv edilməsi barədə iddianın mümkün sayılmaması qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-cı maddələrinin tələblərinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı tədiyyə bildirişinin ləğvinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar