Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1342/2024 14.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına qarşı texniki baxış aktının dəyişdirilməsi və dəymiş ziyana görə yardımın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair işçi qrupu tərəfindən tərtib edilmiş texniki baxış aktının dəyişdirilərək evin qəzalı vəziyyətdə olması barədə akt tərtib edilməklə, evin “Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş evlər” kateqoriyasına daxil edilməsi və məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəymişdir.
2. Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasının tabeliyində Tərtər şəhəri üzrə yaradılmış işçi qrup tərəfindən xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evinə baxış keçirilməklə, müəyyən edilmişdir ki, 01,0 x 1,40 m taxta pəncərə tam yararsızdır, 9 m kv.m taxta pəncərə şüşəsi sınıb, 160 kv.m azbest şifrdən dam örtüyü tam yararsızdır. Açıq eyvan və mətbəxin lombrin tavanı 20 kv.m yararsızdır. Evin döşəməsi 60 kv.m və tavanı 60 kv.m yararsızdır. 30 kv.m arxa fəsad divarı yararsızdır. 1 ədəd 2,40 x 4,20 m giriş dəmir darvaza tam yararsızdır. 15 metr mişar daşından hasar yararsızdır. Həmin baxış aktında evin “bərpa olunmalı” olması qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/404 nömrəli, 13 aprel 2021-ci il tarixli ekspert rəyi ilə İddiaçı məxsus olan fərdi yaşayış evi “Dağılmış və ya qəzalı vəziyyətə salınmış” evlər kateqoriyasına aid olduğu müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 1869 nömrəli, 02 noyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı evinə işçi qrupu tərəfindən 25 noyabr 2020-ci il tarixdə baxış keçirilmiş, ev təmir kateqoriyasına aid edilmiş, plastik kartına 1000 (bir min) manat pul köçürülmüşdür. Podratçı təşkilat tərəfindən iddiaçının evində təmir işlərinə başlanan zaman o, bununla razılaşmamış, yeni ev tikilməsini tələb etmişdir. Bununla əlaqədar komissiya tərəfindən iddiaçının evinə təkrar baxış keçirilmiş və şəhid ailəsi olduğu nəzərə alınaraq yeni yaşayış evi tikilməsi məqsədə müvafiq bilinmişdir və dövlət tərəfindən iddiaçıya yeni yaşayış evi tikilmişdir, lakin zərər çəkmiş evin kateqoriyası dəyişdirilməmiş, təmir kateqoriyasında qalmışdır. İddiaçının evi təmir kateqoriyasına aid olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamın 1.1-ci bəndi deyil, həmin sərəncamın 1.2-ci bəndi şamil olunmuş, iddiaçının plastik kartına 1000 (bir min) manat pul köçürülmüşdür.
5. Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin 210 nömrəli xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı 1992-ci il tarixdə erməni işğalçılarının təcavüzü nəticəsində Ağdərə rayonundan məcburi köçkün düşmüşdür. Cavabdeh Başçısının Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. Köçkün düşdüyü tarixdən hal-hazıradək Tərtər rayonu, H.Z.Tağıyev küçəsində özünə məxsus fərdi evdə yaşayır.
6. Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin 249 nömrəli xx.xx.2023cü il tarixli arayışında göstərilir ki, İddiaçı, ailə üzvləri X15, X18, X11, X22 və X6 rayonu, Çardaxlı kənd sakinləridir, onlar Vətən müharibəsi başlayana kimi Tərtər şəhəri, H.Z.Tağıyev küçəsində özlərinə məxsus evdə yaşamışlar, hansı ki, həmin evə ermənilər tərəfindən atılan mərmilər tərəfindən ziyan dəymişdir.
7. Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/159268-23 nömrəli arayışına əsasən “Vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Arvadı – X15 (xx.xx.1972) Oğlu – X18 (xx.xx.1994) (xx.xx.2020-ci ildə vəfat edib) X16 (xx.xx.1997).
8. Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 273 nömrəli arayışında göstərilmişdir ki, Ağdərə rayonundan məcburi köçkün, Tərtər RİHB-nin Çardaxlı kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olub, hal-hazırda Tərtər şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan İddiaçı aşağıda qeyd olunan ailə üzvləri vardır: Arvadı: X15 – xx.xx.1972.
9. Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 274 nömrəli arayışında göstərilmişdir ki, Tərtər RİHB-nin Çardaxlı kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olub, hal-hazırda Samux rayonu, Stansı Alabaşlı qəsəbəsində yaşayan X4 aşağıda qeyd olunan ailə üzvləri vardır: Oğlu: X22 – xx.xx.2016, Oğlu: X23 – xx.xx.2017.
10. Məhkəmənin sorğusuna Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 56 nömrəli cavab məktubunda bildirilmişdir ki, 2-ci Qarabağ müharibəsi zamanı İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı Tərtər şəhəri, H.Z.Tağıyev küçəsi, ev 1-də yerləşən fərdi yaşayış evi 44 günlük müharibə zamanı dəydiyi ziyana görə rayonda fəaliyyət göstərmiş komissiya onun evinə baxış keçirərək bərpa kateqoriyasına daxil etmişdir. Bununla bağlı İddiaçı 1000 manat kompensasiya verilmişdir. Onun evinin yenidən tikilməsi barədə Tərtər şəhər İcra nümayəndəliyinə heç bir sənəd daxil olmamışdır. Əlavə olaraq Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin 273 saylı xx.xx.2023cü il tarixli arayışına əsasən İddiaçı və həyat yoldaşı X15 bir təsərrüfat olmaqla Tərtər şəhəri, H.Z.Tağıyev küçəsi, ev 1-də yaşayır. Digər 274 saylı xx.xx.2023-cü il tarixli arayışda göstərildiyi kimi gəlini X10 öz övladları X24, X25 ilə birlikdə ayrı təsərrüfat olaraq Samux rayon Alabaşlı qəsəbəsində yaşayırlar.
11. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-23/2-A-161-20-142/2024 nömrəli məktubunda bildirilmişdir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə Tərtər rayonu üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış İşçi qrupa rəhbərlik Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinə həvalə edildiyindən qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə həmin quruma müraciət etməyi tövsiyə olunur.
12. 03.06.2024-cü il tarixli Fərdi yaşayış evinin təhvil-təslim aktında qeyd edilmişdir ki, vətəndaş İddiaçı ümumi sahəsi 119,7 kv.m olan fərdi yaşayış evi tikildi. Metal darvaza quraşdırıldı, daş hasar çəkildi. Köməkçi sahəsi (tövlə) tikildi, əraziyə beton qatı verildi və 250 kv.m tamet daşı döşəndi. Xarici kommunikasiya xətti çəkildi. S/qovşağında aksesuarlar qoyuldu, qaz sobası verildi. Yardımçı bina, hamam, ayaqyolu tam təmir olundu.
13. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 5-72-2/50-2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X11 və övladları X26, X7 Rayon Alabaşlı qəsəbəsində qeydiyyatda deyil. 2023-cü il tarixdə X2 rayon Alabaşlı qəsəbəsində qeydiyyatda və qəsəbədə yaşayan X1 himayəsində yaşamışdır. Hal -hazırda X11 övladları ilə birgə Bakı şəhərində yaşayır.
14. Məhkəmənin sorğusuna Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-78-1/2-37/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 198 nömrəli arayışında göstərilmişdir ki, Tərtər RİHB-nin Çardaxlı kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olan çardaxlı kənd sakini X4 aşağıda qeyd olunan ailə üzvləri ilə birlikdə halhazırda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində (Oazis restoranının yaxınlığında) yaşayır. Oğlu: X22 – xx.xx.2016, Oğlu: X23 – xx.xx.2017.
15. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-78/2-737/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhid X12 həyat yoldaşı X11 imtiyazlı şəxs olaraq Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 47 nömrəli sərəncamı ilə Cavabdehndə mənzil növbəsinə götürülüb.
16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-8764/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Nəzərinizə çatdırırıq ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin kateqoriyasının dəyişdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinə hər hansı bir rəsmi məlumat daxil olmamışdır.
17. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cüil tarixli 5-78/2-965/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhid X12 həyat yoldaşı X11 imtiyazlı şəxs olaraq Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 47 nömrəli sərəncamı ilə rayon ira hakimiyyətində mənzil növbəsinə götürülmüşdür, hazırda növbədə 197-ci sıradadır. Qeyd edilər ki, şəhid X12 heç bir ailə üzvü şəhid ailəsi üzvü olaraq mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməmişdir. II. Məhkəmədə icraat
18. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı ünvan 4 ünvanında yerləşən evinin qəzalı vəziyyətə salınmış evlər kimi qiymətləndirilməsi və yeni ev tikilməsinə görə 6000 (altı min) manat, altı nəfər ailə üzvlərinin hər birinə 1500 ( bir min beş yüz) manat olmaqla cəmi 15.000 manat pulun iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə düşmənin Tərtər şəhərini və digər yaşayış məntəqələrini intensiv top, uzaqvuran qurğu və raketlər vasitəsi ilə atəşə tutması nəticəsində iddiaçının altı nəfər ailə üzvlərinin yaşadığı ünvan 5 ünvanı yararsız - qəzalı vəziyyətə düşmüşdür. Yaradılmış xüsusi Dövlət Komissiyası iddiaçının evinə texniki baxış keçirmiş və evi “təmir olunan evlər” kateqoriyasına daxil edilmişdir. Dövlət Komissiyası ilə yanaşı həmçinin Tərtər şəhərinə Azərbaycan Respublikası Baş X3 da ezam olunmuş, erməni cinayətləri obyektiv istintaq olunmuşdur. İstintaq qrupu tərəfindən evlərə texniki baxış keçirən Komissiyanın yol verdiyi bəzi qanunsuzluqları da araşdırıldı və 30-dan çox evlərin yenidən tikilməsinə dair yanlış qərarlar müvafiq tikinti ekspertizası yolu ilə ləğv edilmiş, evlərin qanunsuz tikilməsi dayandırılaraq milyonlarla dövlət vəsaitinin talanmasının qarşısı alınmışdır. Baş Prokurorluğun İstintaq qrupu onun yuxarıda qeyd olunan ünvandakı evinə mütəxəssis və ekspertlərin vasitəsi ilə təkrar baxış keçirmiş, tikinti-texniki ekspertizanın rəyinə əsasən onun evinin texniki vəziyyətinin statusu dəyişdirilərək “təmir olunan evlər” kateqoriyasından “dağılmış və ya qəzalı vəziyyətə salınmış ” evlər kateqoriyasına keçirilmişdir ki, nəticədə ona möhtərəm cənab Prezidentin 14 dekabr 2020-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən yeni yaşayış evi tikilmiş, qəzalı vəziyyətə salınmış evi isə sökülmüşdür. Həmin Sərəncamın 1.1-ci maddəsinin tələblərinə əsasən onun evinə və altı nəfər ailə üzvlərinə görə ümumilikdə on beş min manat pul vəsaiti verilməli olduğu halda Cavabdeh qanunsuz olaraq pul müavinətinin verilməsindən imtina etmiş bu barədə 1869 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Cavabdeh pul müavinətinin verilməsindən imtinanı bununla əsaslandırmışdır ki, onun sözügedən yaşayış evi xüsusi Dövlət Komissiyası tərəfindən “təmir olunan evlər” kateqoriyasına aid olunduğu üçün pul müavinəti verilməmişdir. Yeni yaşayış evinin yenidən tikilməsi isə guya şəhid ailəsi olduğu üçün icra olunmuşdur. Baş Prokurorluğun istintaq qrupu tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin iş üzrə təyin olunmuş tikinti-texniki ekspertizasının müvafiq rəyi il onun evinin statusu “qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına daxil edilmişdir. Ekspertizanın həmin rəyinə əsasən 30 dan çox evlərin “qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasından çıxarılaraq bir çoxu “təmir olunan evlər” kateqoriyasına daxil edilmiş, hətta bəzi evlərin texniki vəziyyətinin müharibəyə aidiyyəti olmadığı kimi qiymətləndirilib “qəzalı vəzəyyətə salınmış evlər” statusları ləğv olunmuşdur. Prokurorluğun ədalətli araşdırması ilə qəbul etdiyi qərar və müəyyən etdiyi hallar barədə Cavabdehnə, Tikintini icra edən şirkətlərə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Şəhərsalma Arxitektura İdarəsinə rəsmi məlumat verilmiş, ekspertizanın rəyi icra olunaraq tikinti-inşaat işləri dayandırılmışdır.
20. Daha sonra iddiaçının nümayəndəsi X15 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı X13 evinə görə 6000 (altı min) manat, 6 nəfər ailə üzvlərinin hər birinə 1500 (bir min beş yüz) manat olmaqla cəmi 15000 manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-774/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı evinə görə 6000 (altı min) manat, 6 nəfər ailə üzvlərinin hər birinə 1500 (bir min beş yüz) manat olmaqla cəmi 15000 (on beş min) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-555/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-774/2023 nömrəli qərarı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-1342/2024 nömrəli qərardadı ilə Cavabdeh əsl cavabdeh Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyası ilə əvəz edilmişdir.
24. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
25. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair işçi qrupu tərəfindən tərtib edilmiş texniki baxış aktının dəyişdirilərək evin qəzalı vəziyyətdə olması barədə akt tərtib edilməklə “Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş evlər” kateqoriyasına daxil edilməsi və məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
26. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
27. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş kompensasiya haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Kompensasiya haqqında iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
29. Hazırkı işdə kompensasiya haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və lakin müraciəti cavablandırılmamaqla, hərəkətsizlik edilmişdir.
30. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
31. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
32. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
33. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
34. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəliyinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
35. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
36. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
37. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2020-ci il tarixli texniki baxış aktı; - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/404 nömrəli, 13 aprel 2021-ci il tarixli ekspert rəyi; - Cavabdeh 1869 nömrəli, 02 noyabr 2022-ci il tarixli məktubu; - Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin 210 nömrəli xx.xx.2022-ci il tarixli, 249 nömrəli xx.xx.2023-cü il tarixli və 273, 274 nömrəli xx.xx.2023-cü il tarixli arayışları; - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/159268-23 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 56 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/2-A-161- 20-142/2024 nömrəli məktubu; - 03.06.2024-cü il tarixli Fərdi yaşayış evinin təhvil-təslim aktı; - Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 72-2/50-2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-78-1/2-37/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş Tərtər RİHB Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 198 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-78/2-737/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-8764/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-78/2-965/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
40. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü, o cümlədən Tərtər şəhərini artilleriya və s. vasitəsi ilə atəşə tutması nəticəsində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəymişdir.
41. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2020-ci il tarixli 2292 nömrəli Sərəncamı ilə Dövlət Komissiyası yaradılaraq, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək tapşırılmış, eyni zamanda həmin Sərəncamın təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2020-ci il tarixli 612s nömrəli Sərəncamı ilə ziyan dəymiş şəhər və rayonlarda, o cümlədən Tərtər şəhərində işçi qrup yaradılmışdır.
42. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli 2343 nömrəli Sərəncamı ilə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində maddi yardım ödənilməsi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının həmin maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmələri qərara alınmışdır.
43. Dövlət Komissiyasının Tərtər şəhəri üzrə işi qrupu tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilməklə, müəyyən edilmişdir ki, 01,0 x 1,40 m taxta pəncərə tam yararsızdır, 9 m kv.m taxta pəncərə şüşəsi sınıb, 160 kv.m azbest şifrdən dam örtüyü tam yararsızdır. Açıq eyvan və mətbəxin lombrin tavanı 20 kv.m yararsızdır. Evin döşəməsi 60 kv.m və tavanı 60 kv.m yararsızdır. 30 kv.m arxa fəsad divarı yararsızdır. 1 ədəd 2,40 x 4,20 m giriş dəmir darvaza tam yararsızdır. 15 metr mişar daşından hasar yararsızdır.
44. Həmin baxış aktında evin “bərpa olunmalı” olması qeyd edildiyinə görə, həmin akta əsasən qeyd olunan ev bərpa kateqoriyasına daxil edilmiş və buna müvafiq olaraq iddiaçının bank kartına 1000 (bir min) manat pul köçürülmüşdür.
45. Lakin podratçı təşkilat tərəfindən iddiaçının evində təmir işlərinə başlanan zaman o, bununla razılaşmamış, yeni ev tikilməsini tələb etmişdir.
46. Bununla yanaşı, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq zamanı Tərtər şəhəri, Zeynalabdin Tağıyev küçəsində yaşayan İİ Qarabağ müharibəsinin şəhid ailəsi İddiaçı evinə baxış keçirərkən evin 3 otaqdan, dəhliz və mətbəxdən ibarət olan kürsüsüz bir mərtəbəli olmaqla, divarlarının tək hörgü mişarlanmış əhəngdaşından tikilməsi, faktiki olaraq bütün divarlarında çatların olması, inşaat işlərinin icrası zamanı tikinti-quraşdırma işlərinə və inşaat-norma və qaydalarına riayət olunmaması, ətrafa düşən mərmi partlayışından evin divarları və həyət darvazasının, yardımçı tikililərin zədələnməsi, yararsız hala düşməsi müəyyən edilmişdir.
47. Bu səbəbdən də istintaq İddiaçı evinin qəzalı vəziyyətdə olub-olmamasının araşdırılmasını zəruri hesab etmiş və həmin cinayət işi üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə Məhkəmə Ekpsertiza Mərkəzinin verdiyi xx.xx.2021-ci il tarixli 10/404 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evi “Dağıdılmış və ya qəzalı vəziyyətə salınmış” kateqoriyasına aiddir.
48. Belə ki, rəydə qeyd edilir ki: - Həmin evə xx.xx.2021-ci il tarixdə yağmursuz hava şəraitində keçirilmiş texniki baxış zamanı müəyyən edildi ki, ev bir mərtəbəli, kürsüsüz olmaqla, yükdaşıyan divarları və arakəsmələri 20 sm-lik mişarlanmış əhəngdaşı hörgüsündən təşkil olunmuşdur. Evin daxili otaqlarında döşəmə konstruksiyası yerinə yetirilməmişdir. Evin yaxınlığına düşmüş mərmilər nəticəsində tikilinin xarici və daxili divarlarında müxtəlif xarakterli çatlar yaranmışdır. Yaşayış evinin arxa divarındakı pəncərəüstü yığma –dəmir beton atma dağılmışdır. Daxili divarların suvaq qatı nəmlənmə nəticəsində aşınmışdır. - Həmin evə xx.xx.2021-ci il tarixli yağmurlu hava şəraitində keçirilmiş texniki baxış zamanı müəyyən edildi ki, qazılmış şurf zamanı evin bünövrəsinin olmadığı aşkarlandı. Yükdaşıyan divarlar torpaq səviyyəsindən 20 sm dərinlikdə qoyulmuşdur. Asbest şifer damı örtüyündə yaranmış zədələnmələr nəticəsində atmosfer sularının evin daxilinə axması, habelə evin divarlarında yeni çatların yaranması müşahidə olundu. - Beləliklə, İddiaçı məxsus fərdi yaşayış evinin bərpa və gücləndirilməsi texnikiiqtisadi cəhətdən çətin olduğundan, həmçinin atmosfer yağıntıları zamanı evin divarlarından yeni çatların yaranması səbəbindən evin “Qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına keçirilməsi zəruridir.
49. Bundan sonra İddiaçı ümumi sahəsi 119,7 kv.m olan fərdi yaşayış evi tikilmiş, metal darvaza quraşdırılmış, daş hasar çəkilmiş, köməkçi sahə (tövlə) tikilmiş, əraziyə beton qatı verilmiş və 250 kv.m tamet daşı döşənmiş, xarici kommunikasiya xətti çəkilmiş, s/qovşağında aksesuarlar qoyulmuş, qaz sobası verilmiş, yardımçı bina, hamam, ayaqyolu tam təmir olunmuş və iddiaçıya təhvil verilmişdir.
50. X32 X21 həmin evin kateqoriyası dəyişdirilməmiş və “Bərpa (təmir)” kateqoriyasında saxlanılmışdır. Bu səbəbdən, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamın 1.1-ci bəndi deyil, 1.2-ci bəndi şamil olunaraq, bank kartına 1000 (bir min) manat pul köçürülmüşdür.
51. İddiaçı isə ona məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə salınmasına və bunun ekspert rəyi ilə müəyyən edilməsinə, habelə yeni evin tikilib ona təhvil verilməsinə istinad edərək, texniki baxış aktının dəyişdirilərək evin qəzalı vəziyyətdə olması barədə akt tərtib edilməklə, evin “Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş evlər” kateqoriyasına daxil edilməsi və məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsini tələb etmişdir.
52. Məhkəmə iş materiallarının işin faktiki halları ilə məcmu halında araşdırılması nəticəsində belə qənaətə gəlir ki, iddiaçı öz tələbində haqlıdır.
53. Ona görə ki, iddiaçıya məxsus evə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü, o cümlədən Tərtər şəhərini artilleriya və s. vasitəsi ilə atəşə tutması nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır.
54. Mübahisə həmin evə dəymiş zərərin həcminə uyğun olaraq evin aid ediləcəyi kateqoriya və buna müvafiq olaraq zərərçəkənə ödəniləcək zərərin məbləği ilə bağlıdır.
55. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılması məqsədilə yaradılmış müvafiq Dövlət Komissiyasının Tərtər şəhəri üzrə işçi qrupu tərəfindən iddiaçıya məxsus evə xx.xx.2020-ci il tarixdə baxış keçirilən zaman onun “Bərpa olunmalı” ev kimi qeyd edilərək, bu barədə texniki baxış aktı tərtib edilərək, ev “Bərpa olunan evlər” kateqoriyasına daxil edilsə də, sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq zamanı Tərtər şəhəri, Zeynalabdin Tağıyev küçəsində yaşayan İİ Qarabağ müharibəsinin şəhid ailəsi İddiaçı evinə baxış keçirərkən evin 3 otaqdan, dəhliz və mətbəxdən ibarət olan kürsüsüz bir mərtəbəli olmaqla, divarlarının tək hörgü mişarlanmış əhəngdaşından tikilməsi, faktiki olaraq bütün divarlarında çatların olması, inşaat işlərinin icrası zamanı tikinti-quraşdırma işlərinə və inşaat-norma və qaydalarına riayət olunmaması, ətrafa düşən mərmi partlayışından evin divarları və həyət darvazasının, yardımçı tikililərin zədələnməsi, yararsız hala düşməsi müəyyən edilmiş, bu səbəbdən də istintaq İddiaçı evinin qəzalı vəziyyətdə olub-olmamasının araşdırılmasını zəruri hesab etmiş və həmin cinayət işi üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekpsertiza Mərkəzinin verdiyi xx.xx.2021-ci il tarixli 10/404 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evi “Dağıdılmış və ya qəzalı vəziyyətə salınmış” kateqoriyasına aiddir.
56. Həmin rəydə birbaşa qeyd edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin bərpa və gücləndirilməsi texniki-iqtisadi cəhətdən çətin olduğundan, həmçinin atmosfer yağıntıları zamanı evin divarlarından yeni çatların yaranması səbəbindən evin “Qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına keçirilməsi zəruridir.
57. Lakin cavabdeh qurum tərəfindən iddiaçıya məxsus ev “Qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına keçirilməmiş, bu səbəbdən də məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardım ödənilməmişdir.
58. Halbuki, rəydə qeyd olunanlara uyğun olaraq Dövlət Komissiyası tərəfindən evin tikilərək, iddiaçıya təhvil verilməsi təmin edilmişdir.
59. İddiaçıya məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməməsi əsas isə ona məxsus evin kateqoriyasının Vurulan Zərərin X21 “Bərpa (təmir)” kimi qeyd edilməsi olmuşdur.
60. Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli 2292 nömrəli Sərəncamı ilə qərara alınmışdır:
1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılsın;
2. Dövlət Komissiyası: 2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin Azərbaycan Respublikası Prezidentinə məlumat versin; 2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikası Prezidentinə təqdim etsin; 2.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin;
61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli 2292 nömrəli Sərəncamın təmin edilməsi ilə bağlı” 11 noyabr 2020-ci il tarixli 612s nömrəli Sərəncamı ilə ziyan dəymiş şəhər və rayonlarda işçi qruplar yaradılmışdır.
62. Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli 2343 nömrəli Sərəncamı ilə qərara alınmışdır:
1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilsin: 1.1. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində; 1.2. digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etsin.
3. Aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etsinlər.
63. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilməsi barədə” 17 dekabr 2020-ci il tarixli Sərəncamı ilə qərara alınmışdır:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın: 1.1. “Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli 2343 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2020-ci il tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq ******* (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşməni təmin etsin; 1.2. Bu Sərəncamın 1.1-ci bəndində göstərilən vəsaitin ******* manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67000 manatının Mİnhəçevir Şəhər İcra Hakimiyyətinin, ******* manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586000 manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233000 manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124000 manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41000 manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4000 manatının Naftalan Rayon İcra Hakimiyyətinin, ******* manatının Cavabdeh, 494500 manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421500 manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etsin.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə hesabat təqdim etsinlər. 3.1. Göründüyü kimi, cavabdeh X14 şəhəri üzrə işçi qrup tərəfindən iddiaçıya məxsus evə dəymiş zərərin həcmi düzgün qiymətləndirilmədiyi səbəbindən, yəni tərtib edilmiş texniki baxış aktında evin bərpa edilən ev olması barədə qeyd edilməsi səbəbindən iddiaçı məişət əşyalarına və şəxsi əşyalara dəymiş ziyanla bağlı ödənilməli olan maddi yardımdan məhrum olmuşdur. 3.2. Sonradan əldə edilmiş ekspert rəyi ilə evin qəzalı vəziyyətə salınmış ev kateqoriyasına aid olması müəyyən edilməsinə və yeni ev tikilib təhvil verilməsinə baxmayaraq, kateqoriya dəyişdirilməmiş və məişət əşyalarına və şəxsi əşyalara dəymiş ziyan ödənilməmiş qalmışdır. Bununla da cavabdeh qurumun iddiaçının müraciəti üzrə hərəkətsizlik göstərməsi qanunsuz olmuşdur.
64. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh iddiaçıya ünvanlandığı 1869 nömrəli, 02 noyabr 2022-ci il tarixli məktubda şəhid ailəsi olduğu nəzərə alınaraq yeni yaşayış evi tikildiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Yəni, iddiaçıya tikilərək təhvil verilmiş ev ona şəhid ailəsi olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən tikilməmişdir. Əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, həmin ev məhz cavabdeh qurum tərəfindən evin qəzalı vəziyyətə düşməsi səbəbindən tikilib təhvil verilmişdir.
65. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair işçi qrupu tərəfindən tərtib edilmiş texniki baxış aktının dəyişdirilərək evin qəzalı vəziyyətdə olması barədə akt tərtib edilməklə “Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş evlər” kateqoriyasına daxil edilməsi və məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
66. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Tərtər şəhəri üzrə işçi qrup tərəfindən tərtib edilmiş texniki baxış aktının dəyişdirilərək evin qəzalı vəziyyətdə olması barədə akt tərtib edilməklə, evin “Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş evlər” kateqoriyasına daxil edilməsi və İddiaçı məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi öhdəliyi Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva