Məhkəmə qərarları › İş №2-1(114)-1347/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1347/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1347/2022 07.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Tovuz rayon 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı sürücülük vəsiqəsinin verilməsi ilə bağlı nəticənin qanunsuz hesab edilməsi və sürücülük hüququnu təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Tovuz rayon 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iddia ərizəsi ilə 06.04.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sürücülük vəsiqəsinin verilməsi ilə bağlı nəticənin qanunsuz hesab edilməsi və sürücülük hüququnu təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin Xİ bəndinə əsasən hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Qeyd edilən Qanunda sürücülük vəsiqəsinin verilməsi ilə bağlı imtahanın nəticələrindən inzibati məhkəmə icraatı qaydasında şikayət verilməsi nəzərdə tutulmamışdır. Yəni Qanunun 35-ci maddəsi inzibati orqanın şəxsin imtahana buraxılmasına qədər olan hərəkət və hərəkətsizliyindən şikayət verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Tovuz rayon 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı sürücülük vəsiqəsinin verilməsi ilə bağlı nəticənin qanunsuz hesab edilməsi və sürücülük hüququnu təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar