Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1348/2022 25.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidməti barədə araşdırma aparılaraq qərar qəbul edilməsi və arxiv arayışının verilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N8.0N.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 06.07.N2-ci il tarixdən N may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 06.07.N2-ci il tarixdən N may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5338/2022 nömrəli, 0N.03.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı SHXÇDX-nin Daşkəsən rayon İdarəsi tərəfindən 30 iyul N2-ci il tarixdə hərbi xidmətə çağırılmış, Cavabdeh tabeçiliyində olan döyüşən ordunun tərkibində N saylı hərbi hissəyə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N2-N3-cü illərdə Gədəbəy rayonu ərazisində Keçəl dağ, Pereval, İsgəndər qalası və Ağdam rayonunun Sarıcalılar kəndi uğrunda gedən döyüşlərdə N may N4-cü il tarixədək (Atəşkəs elan edilənədək) iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N saylı hərbi hissə komandirinin 20.07.N2-ci il tarixli, N8N №-li əmri ilə 06.07.N2-ci il tarixində N saylı hərbi hissəyə daxil edilmiş və N may N4-cü il tarixədək atəşkəs elan olunanadək hərbi xidmət keçərək döyüşlərdə layiqincə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanov 24.08.2020-ci il tarixli, N/C-NN30N arayışında 665 №-li protokol ilə onun hərbi xidməti haqqında müsbət qərar qəbul etməmişdir. Ərizəyə əlavə olunan hərbi biletində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, əmrə əsasən yenidən hərbi hissədə N2-N3-cü illərdə Gədəbəy rayonu ərazisində Keçəl dağ, Pereval, İsgəndər qalası və Ağdam rayonun Sarıcalılar kəndi uğrunda gedən döyüşlərdə N may N4-cü il tarixədək (Atəşkəs elan edilənə) qədər döyüşlərdə iştirak etmişdir. Hərbi biletində N may N4-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyi təsdiq edən qeydlər vardır. Qanunda da göstərmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə döyüşlərdə iştirak etməyi barədə arxiv arayışının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi 24.08.2020-ci il tarixli, N/C-NN30N №-li arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin N2-N3-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidmət barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 08.02.2022-ci il tarixli, NN/456 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 23 dekabr 20N9-cu il tarixli 9/2-20362 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N8N nömrəli əmri ilə İddiaçı 06 iyul N2-ci il tarixdən hərbi hissənin tərkibinə daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli N nömrəli əmri ilə fərari kimi qeydə alınaraq ştatdan kənar edilmiş, N nömrəli hərbi hissə komandirinin N0 mart N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin bütün növ təminatlarından azad edilmişdir. Beləliklə də Mərkəzi Arxiv tərəfindən hər-hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırma aparılaraq iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Bu səbəbdən də, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 23.N2.20N9-ci il tarixli, 9/2-20362 №-li məktubunun surətindən görünür ki, 86N №-li hərbi hissə komandirinin 20.07.N2-ci il tarixli, N8N №-li əmrilə XN 06.07.N2-ci il tarixdən hərbi hissənin tərkibinə daxil edilmişdir, 86N №-li hərbi hissə komandirinin 3N.N2.N2-ci il tarixli, NN №-li və 3N.0N.N3-cü il tarixli, 06 №-li əmrlərində döyüş mövqəsində olduğuna görə ona 3 (üç) qat əmək haqqı verilməsi barədə məlumat vardır, 86N №-li hərbi hissə komandirinin 3N.05.N3-cü il tarixli 43 №-li əmrində döyüş zonasında olduğu üçün 3 (üç) qat əmək haqqı ödənilmiş şəxsi heyətin siyahısında atıcı, sıravi Mahrəddin Cəfərovun adı qeyd edilmişdir, sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin 20.0N.N4-cü il tarixli N №-li əmrilə fərari kimi qeydə alınaraq, ştatdan kənar hesab edilmişdir, uzun müddət fərarilik etdiyinə görə sıravi X2 86N №-li hərbi hissə komandirinin N0 mart N4-cü il tarixli 0N5 №-ii əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından xaric edilərək, hərbi bileti, müvəqqəti vəsiqəsi Azərbaycan Hərbi Komissarlığına göndərilmişdir, müxtəlif səbəbə görə hərbi hissəni özbaşına tərk etmiş, sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin N0 mart N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin bütün nov təminatlarından azad edilmişdir, eyni zamanda N7N №-li hərbi hissə komandirinin may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır. İddia tələbindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən onun xidməti barədə verilmiş arxiv arayışını mübahisələndirərək, 06.07.N2-ci il tarixdən N may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barədə arxiv arayışı verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivi ona verilmiş hüquq və səlahiyyətlər çərçivəsində daxil olmuş müvafiq sənədlərin komplektləşdirilməsi və mühafizəsinin təmin edir, eləcə də müvafiq arayışlar verərkən həmin sənədlərə istinad edir. İddiaçı tərəfindən tələb edilən arxiv məlumatı arxivə daxil olmuş hərbi hissə komandirinin müvafiq əmrləri və digər sənədlər əsasında yazılmışdır. Bu səbəbdən də iddiaçının arxivdə olmayan məlumatlarla bağlı arayış verilməsi tələbi əsaslı sayıla bilməz. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli, 05 nömrəli Qərarının N.N, N.3, N.4 və 2.N-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3, 35, 46, 80, 8N və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidməti barədə araşdırma aparılaraq qərar qəbul edilməsi və arxiv arayışının verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan N0 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1348/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1348/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver