Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1348/2023 19.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və ona dair çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayonu, Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinə dair X1 alqı-satqı müqaviləsinin və ona dair çıxarışın ləğv edilməsinə və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və ona dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsi Ağdam rayon Məhkəməsinin 2(013)-3070\2017 -ci il saylı 20 iyun 2017-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, şikayəti əsasında Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017-ci il saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2256/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə X1 ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixində Ağdam rayonu Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinə dair X1 alqı-satqı müqaviləsinin və ona dair çıxarışın ləğv edilməsinə və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin çox təəssüflər olsun ki ,müraciətinə müsbət cavab verilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hazırki məsələ icrada dönüş qaydasında həll edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Ağdam rayonu Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsi Ağdam Rayon Məhkəməsinin 2(013)- 3070/2017-ci il saylı 20 iyun 2017-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı apellyasiya şikayəti əsasında Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017-ci il saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin:- - 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Beləliklə işin faktiki hallarına və yuxarıda istinad olunan normaların məzmununa əsasən məhkəmə qeyd edir ki, hazırki məsələ icrada dönüş qaydasında həll edilməli olan məsələdir. Belə ki, hazırki iddia Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017-ci il saylı 20 iyun 2017-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə bağlıdır və iddiaçı həmin qeydin ləğv edilməsi və mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Məhkəmə yuxarıda istinad olunan normaların tələblərinə əsasən qeyd edir ki, mübahisələndirilən çıxarış Ağdam Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən verildiyindən, icrada dönüş edilməsi barədə tədbirlər görülməsi də həmin məhkəmənin səlahiyyətlərinə aiddir. Odur ki, iddiaçı hazırki məsələ ilə bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və ona dair çıxarışın verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1348/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1348/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver