Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-135/2020 24.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzil kirayə xərclərinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N018-ci ilin yanvar ayından mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü ilin mart ayından iyun ayınadək zabitlər üçün müəyyən edilmiş kursda olmuş və nəticədə kiçik leytenant hərbi rütbəsi almışdır. 1994-cü ildən N003-cü ilin sentyabr ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində zabit kimi xidmət göstərmiş, N003-cü ilin sentyabrında xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. N006-cı ilin sentyabrından N017-ci ilin sentyabr ayınadək Dövlət Sərhəd Ximdətinin “N” saylı hərbi hissələrində xidmət etmiş və N017-ci ilin sentyabrında öz arzusu ilə mayor rütbəsi ilə ehtiyata buraxılmışdır. Cavabdeh başçısının xx.xx.N017-ci il tarixli, 119 nömrəli sərəncamı ilə özü və dörd nəfər ailə üzvləri ilə birlikdə hərbidən tərxis olunmuş hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotuna götürülmüşdür. Buna baxmayaraq, bu günədək dövlət tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır.Bu hal isə onun və ailə üzvlərinin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Çünki hər ay N00 manat kirayə haqqı ödəyir. Gəncə şəhəri İcra Hakimiyyətinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı və vəkili XN məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən xx.xx.N019-cu il tarixdə məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığı üçün ona kirayə haqqının ödənilməsi qanunauyğun hesab edilməmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh Başçısının Aparatının xx.xx.N019-cu il tarixli. H-1NN/N-088/N-t/1 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığı üçün ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsinin qanunauyğun olmadığı bildirilmişdir. -Cavabdeh başçısının xx.xx.N019-cu il tarixli, 119 nömrəli sərəncamından görünür ki, İddiaçı hərbidən təxris olunmuş hərbi qulluqçu kimi Şəhər İcra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotuna götürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı N017-ci ilin sentyabrında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 1N-ci maddəsinin N-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” x xxxxxx N01N-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş Göründüyü kimi qanunvericilik yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsini konkret müəyyən etmiş, öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçulara isə müvafiq kompensasiyanın ödənilməsini nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı mənzil kirayə xərclərinin ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-135/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-135/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver