Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-135/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Müstəqil “Sabit” Kooperativinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Müstəqil “Sabit” Kooperativi cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,30 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 aprel 2014-cü il tarixində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev, Gəncə şəhərinin baş memarı Əli Rüstəmli və torpaq alverçisi Müşfiqlə birlikdə Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən Müstəqil "Sabit" kooperativinin ərazisinə girərək sexləri, anbarı, tikintiləri və avadanlıqları dağıdıb, onlara hədə-qorxu gələrək Müstəqil "Sabit" kooperativinin kollektiv mülkiyyətini zorla ələ keçirmişdirlər. İddia ərizəsində qeyd edilmişdir ki, Müstəqil "Sabit" kooperativinin 0,30 hektar sahəsində 26 il ərzində 200 ədəd xurma ağaclarından hər il 10 tona yaxın məhsul toplanmış və 9 ildir ki, həmin məhsuldan məhrumdurlar. Müstəqil "Sabit" kooperativinə məxsus 0,30 ha torpaq sahəsindən boş qalmış, tikilməmiş 0,12 ha torpaq sahəsində 28 yanvar 2019-cu il tarixdən başlayaraq başqa şəxslər tərəfindən fərdi yaşayış evlərinin tikintisinə başlanmışdır. Gəncə şəhər Kəpəz rayonu ərazisində yerləşən Müstəqil "Sabit" kooperativinin kollektivi tərəfindən 0,30 ha torpaq sahəsinin qeydiyyatdan keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə baxılması üçün göndərilmiş məktub xx.xx.2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar olaraq, məsələnin yerində araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Gəncə Ərazi şöbəsinə xx.xx.2014-cü il tarixli,**********69 No-li məktub göndərilmişdir. Komitə tərəfindən yollanmış məktuba 4 il ərzində baxılmamışdır. İddiaçı qeyd edir ki, ərizəyə vaxtında baxılsaydı, İcra Hakimiyyətinin başçısı, üzərində 200 ədəd ağac olan 0,30 ha torpaq sahəsini sərəncamla başqa şəxslərə sata bilməzdi. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 3 saylı Gəncə Ərazi idarəsinin rəhbərliyinə müraciət edilsədə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-470/2024 nömrəli qərardadı ilə X7 zəruri qaydada üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-135/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 608/2023 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin ayrılmasna dair tam hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsləri istifadəsində olan fərdi yaşayış evlərinin inşa edildiyi və torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilənləri əsas gətirən cavabdeh orqan iddiaçının müraciətinə imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 8877/2023 nömrəli iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin ayrılmasına dair tam hüquqmüəyyəedici sənədlərin ərizəyə əlavə edilmədiyi, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin üzərində başqa şəxslərin istifadəsində olan fərdi yaşayış evlərinin inşa edildiyi və torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"a (EQQ-1985 bənd 2.5.115) riayət edilməmişdir. Bu qaydalara əsasən 6 KV-luq elektrik xəttindən ara məsafəsi 10 metr və 110 KV-luq elektrik xəttindən isə 20 metr ara məsafəsi olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-470/2024 nömrəli qərardadı əsasında mütəxəssis rəyi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3139/2024 nömrəli məktubundan müəyyən olunur ki, həmin torpaq sahəsinin faktiki olaraq ayrı-ayrı şəxslərin istifadəsində olduğu, üzərində isə inşa edilmiş fərdi yaşayış evlərinin mövcud olması səbəbindən ərazidə iddia olunan sahənin faktiki ölçülərinin və koordinatlarının müəyyən edilməsi mümkün olmamış, bununla yanaşı iddiaçının iddia etdiyi torpaq sahəsinin, naturada yerləşmə vəziyyəti konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi daxil olmuş iş materialları və arxiv sənədlərində aşakarlanmamışdır. Yuxarıda qeyd olunan hallar səbəbindən, qərardad suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-10199/2024 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına və xx.xx.2023cü il tarixli müayinə aktına əsasən 0,30 ha torpaq sahəsi üzərində başqa şəxslər tərəfindən inşa edilmiş 8 ədəd fərdi yaşayış evi mövcuddur. Qeyd olunan daşınmaz əmlaklardan yalnız biri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, X1 yerləşən, bələdiyyə mülkiyyətində olan 0.0187 ha torpaq sahəsində inşa edilmiş 105 saylı fərdi yaşayış evinə dair X5 adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli çıxarış verilmişdir. Əlavə olaraq bildiririk ki, 0,30 ha torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmişdir. Göründüyü kimi, imtinada qeyd olunduğu kimi iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmişdir. Bu hal isə iddianın motivinə ziddir. Həmçinin torpaq sahəsinin faktiki olaraq ayrı-ayrı şəxslərin istifadəsində olduğu, üzərində isə inşa edilmiş fərdi yaşayış evlərinin mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən iddia tələbi ilə müraciət etmək üçün onun subyektiv hüququ yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Müstəqil “Sabit” Kooperativinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üşüncü şəxslər X7 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-135/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-135/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver