Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1351/2020 24.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və iddiaçıların vəkili X6, üçüncü şəxs X11, üçüncü şəxs X8 nümayəndəsi X19, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X27rşı (üçüncü şəxslər Tovuz şəhəri Notariat Kontoru, X20 və X17) dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh DƏDRX-nin 15 saylı X27rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, DTXK-nin Tovuz rayon şöbəsi tərəfindən verilmiş JN-09xx xxxxx 50300118 saylı xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktının ləğv edilməsi və onun əsasında əmələ gələn bütün hüquqi sənədlərin, o cümlədən alqı-satqı müqaviləsinin ləğv edilməsinə və torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar da daxil olmaqla ümumi altı nəfərə Tovuz rayon X16 1999-cu il tarixli 30 saylı qərarı ilə 1,17 hektar torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN-3xx xxx 50300118 dövlət aktı verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına xx.xx.2004-cü il tarixdə “Torpağa mülkiyyət hüququna dair” JN-0982 nömrəli dövlət aktı tərtib edilmiş və X21 xx.xx.2004-cü il tarixdə Tovuz rayon Notariat Kontorunun 402-261 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahələrini özgəninkiləşdirərək başqa şəxsə satmışdır. X28 vəfat etdikdən sonra onun payı vərəsəsi X3 qanun üzrə şəhadətnamədə müəyyənləşir. Lakin 2004-cü ildə DTXK-nın Tovuz rayon şöbəsi tərəfindən Tovuz rayon X16 xx.xx.1999cu il tarixli 30 saylı qərarı ilə verilmiş Tovuz rayonun Dönük Qırıqlı kəndində yerləşən torpaq sahəsinə dair JN-3xx xxx 50300118 nömrəli dövlət aktı qanunsuz olaraq ləğv edilmiş və yeni JN09xx xxx 50300118 dövlət aktı X12 adına işlənmişdir. Bundan sonra sonuncu alqı-satqı müqaviləsi ilə torpaq sahəsini X1. Onların nə alqı-satqı müqaviləsindən, nə də ki, yeni Dövlət aktından məlumatları olmuşdur. Sözügedən dövlət aktının ləğv olunması üçün cavabdehə müraciət etsələr də, məhkəməyə müraciət edilməsi bildirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X27rşı (üçüncü şəxslər Tovuz şəhəri Notariat Kontoru, X20 və X17) JN-9xx xxx 50300118 nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçılar iddianı müdafiə etmiş, həmçinin İddiaçı2 əlavə olaraq bildirmişdir ki, o, Rusiya Federasiyasında olmuş, qardaşları isə həmin sahəni istifadə etməmişlər, 2019-cu ildə onlara məlum olmuşdur ki, anaları sahəni X5. İddiaçıların vəkili X9 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, təsərrüfatın başçısı iddiaçıların anası X20 olduğuna görə iddiaçılar torpağın satılmasından şübhələnməmişlər. Cavabdehin nümayəndəsi X32 hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0982 nömrəli Dövlət aktı Tovuz rayon Notariat kontorunun xx.xx.2004-cü il tarixli 2V1-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X11 adına tərtib edilmiş, xx.xx.2004-cü il tarixdə isə X7 rayon Notariat kontorunun 4Ə2-261 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahələrini özgəninkiləşdirərək başqa şəxsə satmışdır. Üçüncü şəxs X20 iddianı qəbul edərək bildirmişdir ki, 2004-cü ildə oğluna toy etdikdən sonra borcu yarandığına görə JN-357 nömrəli Dövlət aktı ilə olan sahəni X4 və övladlarının həmin sahəni satmasından xəbəri olmamışdır. Üçüncü şəxs X8 nümayəndəsi X29 iddianı qəbul etməyərək bildirmişdir ki, anası həmin sahəni qanuni əsaslarla Həlimə Həmzəyevadan almışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş JN-3xx xxx 50300118 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Tovuz rayon X16 xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə X24 və onun ailə üzvləri – X18, X14, İddiaçı1, İddiaçı2, X10 1,17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. -surəti əlavə edilmiş xx.xx.1998-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X28 xx.xx.1998-ci il tarixdə ölmüşdür. -surəti əlavə edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1998-ci ildə ölmüş X22 vərəsəsi X15r və miras əmlak Tovuz rayon X16 xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə verilmiş Tovuz rayonun Dönük Qırıqlı kəndində yerləşən JN-3xx xxx 50300118 nömrəli dövlət aktına əsasən 1,17 ha torpağın mərhumun payına düşən hissəsindən ibarətdir. -surəti əlavə edilmiş JN-9xx xxx 50300118 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, həmin sənəd Tovuz rayon Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 2V1-222 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən verilmiş və 1,17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam şəkildə yalnız X12 mülkiyyəti kimi göstərilmişdir. -AR ƏMDK yanında DƏDRX-nin 15 saylı X36 xx.xx.2020-ci il tarixli, **********50 nömrəli məktubunun surətindən görünür ki, iddiaçıların müvafiq müraciətlərinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayon X16 xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə Tovuz rayonun Dönük Qırıqlı kəndindən 1,17 ha torpaq sahəsi X24 və onun ailə üzvləri – X18, X14, İddiaçı1, İddiaçı2, X10 verilmiş və bu barədə JN-3xx xxx 50300118 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Daha sonra X33 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və onun dövlət aktına qeyd edilən 1,17 ha torpaq sahəsindən payına düşən hissəsi qanun üzrə vərəsəlik hüququ ilə X2. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə qeyd olunduğu kimi X14 JN-3xx xxx 50300118 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1,17 ha torpaq sahəsinin X25 payına düşən hissəsi miras qalmışdır. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsini digər payçıları nəzərə almadan bütünlükdə X14 məxsus olması barədə JN-09xx xxx 50300118 saylı xx.xx.2004-cü il tarixli Dövlət aktı tərtib etmişdir. Göründüyü kimi mübahisələndirilən Dövlət aktı ilə iddiaçıların mülkiyyət hüququları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasənDövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, JN-9xx xxx 50300118 nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. JN-9xx xxx 50300118 nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X36 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1351/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1351/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver