Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1352/2022 23.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Həzi Aslanov kolxozunda aqronom vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Goranboy rayon Ağamalı oğlu kəndində doğulub. xx.xx.1980-ci il tarixdə Goranboy rayon (keçmiş Qasım İsmayılov rayonu) AİB-nin üzüm qəbulu məntəqəsinə 142 nömrəli əmrlə mikrobioloq vəzifəsinə təyin edilmişdir. xx.xx.1980-ci il tarixdə isə 173 nömrəli əmrlə həmin vəzifədən azad edilmiş və həmin məntəqəyə kimyaçı mühəndis qəbul edilmişdir. xx.xx.1982-ci il tarixində 49 nömrəli əmrlə üzüm qəbulu məntəqəsinin kimyaçı mühəndis vəzifəsindən labarant vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə 42 nömrəli əmrlə şərab zavoduna müvəqqəti maddi məsul şəxs vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə 159 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə 135 nömrəli əmrlə MKİS-də fəhlə kimi işə təyin olunmuşdur. xx.xx.1980-ci il tarixdə 72 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1986-cı ildə 78 nömrəli əmrlə subartezian idarəsinin yardımçı təsərrüfatına briqadir vəzifəsinə təyin olunmuşdur. xx.xx.1987-ci il tarixdə tutduğu vəzifədə ona 3-cü dərəcə verilmişdir. xx.xx.1988-ci il tarixdə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1988-ci ildə 03 nömrəli əmrlə Həzi Aslanov adına kolxozda aqronom entomoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə 07 nömrələ Həzi Aslanov adına kolxoz ləğv edildiyinə görə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1995-ci il tarixli 92 nömrəli əmrlə Goranboy rayon sığorta agentliyinə könüllü agent vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə 175 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. xx.xx.2000-ci ildə 100 nömrəli əmrlə ərizəsi nəzərə alınaraq Goranboy RTŞ-nin UGİM-nə məşqçi müəllim təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. xx.xx.2009-cu ildə 29 nömrəli əmrlə Ağamalıoğlu kənd məktəbində dalandar vəzifəsində işləyir. xx.xx.2022-ci ildə (əmr 142) yaşı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Hal-hazırda işləmir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində mövcud pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Goranboy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan H.Aslanov adına kolxozun arxiv sənədləri yanğın hadisəsi zamanı yandığından və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan Goranboy rayon Dövlət Sığorta Agentliyinin əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Bu halda iddiaçının xx.xx.1957-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 16 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 28224 manat pensiya kapitalı tələb olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 64 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 49 il (əmək qabiliyyətli yaş dövrü); 49 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 196 ay 196 ay: 12 ay = 16 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 16 il 4 aydır. Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə tələb olunan pensiya kapitalı: 64 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 49 il (əmək qabiliyyətli yaş dövrü); 49 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 196 ay; 196 x 144=28224 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur). İddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği 28224 manat təşkil edir. Qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı 10549,86 manat məbləğində olduğundan ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır. İddiaçının əmək kitabçasında qeyd edilən dövrlər (təhsil illəri daxil olmaqla) nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: xx.xx.1975-xx.xx.1980 (təhsil illəri), xx.xx.1980-xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1986xx.xx.1988, xx.xx.2000-xx.xx.2006, cəmi 17 il 3 ay 20 gün. iddiaçının pensiya kapitalı 23737,25 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 28224 manatdan azdır (23737,25 < 28224). Həmçinin yuxarıdakı nəticəni təsdiq edən növbəti məqam iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsidir. Göründüyü kimi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23737,25 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq üçüncü dərəcəli əlillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa da, 28224 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Goranboy rayonu H.Aslanov adına kolxozun X5 Komissiyasının xx.xx.1999-cu il tarixli, 234 nömrəli arayış; - Goranboy Rayon İcra Hakimiyyəti başçısının Düzqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 456 nömrəli arayışı; - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, Q-İ 038292 nömrəli diplomun təsdiqlənmiş surəti; - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Goranboy rayonu H.Aslanov adına kolxozda işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, kolxozun arxiv sənədləri yandığından, iddiaçının işlədiyi həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Goranboy rayonu H.Aslanov adına kolxozda işlədiyi dövr Goranboy rayonu H.Aslanov adına kolxozun X5 Komissiyasının xx.xx.1999-cu il tarixli, 234 nömrəli arayışında və iddiaçıya məxsus əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin arayışın və əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Goranboy rayonu H.Aslanov adına kolxozun X5 Komissiyasının xx.xx.1999-cu il tarixli, 234 nömrəli arayışından və iddiaçıya məxsus əmək kitabçasından məlum olur ki, İddiaçı xx.xx.1988-ci il tarixli, 03 nömrəli əmrlə Goranboy rayonu H.Aslanov adına kolxozda aqronom entomoloq vəzifəsinə qəbul edilmiş və xx.xx.1996-cı il tarixli, 07 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə iddiaçının Goranboy rayonu H.Aslanov adına kolxozda əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının və əmək kitabçasında öz əksini tapmış məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 25 il 07 ay (04 il 07 ay 03 gün təhsil müddəti, 12 il 06 ay 08 gün əmək kitabçasında əks olunmuş iş illəri və 08 il 03 ay 29 gün Goranboy rayonu H.Aslanov adına kolxozda işlədiyi müddət) təşkil edir. Məhkəmə iddia tələbinin əlilliyə görə əmək pensiyasının təyin edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -12.1-ci maddəsinə əsasən -22-1.2.2-ci maddəsinə əsasən əlilliyi müəyyən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: - Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; - Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1 -ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərar; ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməsinin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-irt qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx.xx.1957-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 16 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 28224 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixdən 200 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: - 64 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 49 il (əmək qabiliyyətli yaş dövrü); - 49 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 196 ay; - 196 ay: 12 ay = 16 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 16 il 4 aydır. Hazırki işdə isə iddiaçının tələb olunandan artıq, yəni 25 il 07 ay 21 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan birinci şərt mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yəolan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir; - SH=PSK/(TxK), burada: - SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; - PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); - T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; - K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə tələb olunan pensiya kapitalı: - 64 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 49 il (əmək qabiliyyətli yaş dövrü); - 49 il x 4 ay (əmək Qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 196 ay; - 196 x 144 = 28224 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur. İddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği 28224 manat təşkil edir. Əmək pensiyaları haqqında” Qanunun 27.1 -ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı 10549,86 manat məbləğində olduğundan ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır. İddiaçının əmək kitabçasında qeyd edilən dövrlər (təhsil illəri daxil olmaqla) nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: - (25 il faktiki iş stajı x 306 manat) + (306 manat :12 ay x 7 ay) = 7828,50 manat. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddənin tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə (Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarına əsasən orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə) uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir: 7828,50 + 8.3 % + 16.7 % + 20.8 % + 1.5 % + 5.7 % + 7.9 % + 1.1 % + 2.4 % + 1.4 % + 4 % + 12.4 % + 5.7 % + 3 % + 2.6 % + 2.8 % = 19496,13 AZN təşkil edir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd olunduğu kimi, xx.xx.2006-cı ildən sonra iddiaçının kapitalı 10549,86 manat təşkil edir. 19496,13 + 10549,86 = 30045,99 göründüyü kimi iddiaçının pensiya kapitalı 30045,99 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 28224 manatdan artıqdır (30045,99 > 28224). Göründüyü kimi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (30045,99 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan verir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Goranboy rayonu H.Aslanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Goranboy rayonu H.Aslanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1352/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1352/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver