Məhkəmə qərarları › İş №2-1(114)-1356/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1356/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1356/2021 23.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli **********512600 nömrəli qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) 03.06.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə - cavabdeh) tərəfindən qəbul olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli **********512600 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, iddianın müddətə görə mümkün sayılmaması və ya təmin olunmamasını xahiş etmişdir. İş məhkəmə icraatında olarkən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xİdmətinə sorğu göndərilmiş, həmin orqanın məhkəməyə təqdim etdiyi məlumatda sorğuda qeyd edilən şəxslərə tətbiq olunan maliyyə sanksiyalarının ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edildiyi bildirilmişdir. Daha sonra cavabdeh 23.09.2021-ci il tarixli **********082000 nömrəli məktubla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən mübahisələndirilən qərarın 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.08.2021-ci il tarixli **********070600 nömrəli qərarı ilə ləğv edildiyi, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparıldığı bildirilmişdir. Həmin məktuba əlavə edilmiş 26.08.2021-ci il tarixli **********070600 nömrəli qərar və şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının 3.097,64 manat məbləğində vergi borcu azaldılmış, hazırda iddiaçının 99,20 manat məbləğində vergi borcu qalmışdır. Beləliklə, məhkəmə mübahisəsinin predmeti olan qərar cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir ki, iddiaçının tələbi də məhz qeyd olunan qərarın ləğv olunmasıdır. Göründüyü kimi, hazırda işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil və hüquqa müdaxilə artıq aradan qalxmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 5.1-ci bəndində göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli **********512600 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar