Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-136/2022 27.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində düzəliş edilərək soyad, ad, ata adının müvafiq olaraq İddiaçı kimi qeyd olunmaqla ona yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, X2, anası isə X16 olmuşdur. O, doğulan zaman valideyinləri ona Bərdə rayon VVADQ şöbəsində doğum haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnamədə adı “Siyasət” kimi qeyd edilmişdir. O, həmin doğum haqqında şəhadətnamə əsasında məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almış, həqiqi hərbi xidmətə çağırılmış və xidməti başa vurduqdan sonra ehtiyata buraxılmışdır. Hazırda şəxsiyyət vəsiqəsini yaşıyla əlaqədar dəyişmək üçün Bərdə Rayon ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsinin Bölməsinə müraciət edən zaman ona doğum akt qeydində ad, soyad, ata adının “X4” kimi qeyd edildiyini bildirmişlər. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən göndərilən 31.08.2021-ci il tarixli, 572-05/15 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, doğum akt qeydində ad, soyadın “İddiaçı” əvəzinə “Fərzəliyeva Səadət”, cinsinin “kişi” əvəzinə “qadın”, ana adının “Sücaət” əvəzinə “Siyasət” kimi qeyd olunmuşdur. Lakin iddiaçının tələb etdiyi düzəlişi etmək üçün kifayət qədər əsas yoxdur. İddiaçı 27.01.2022-ci il tarixdə dəqiqləşmə barədə ərizə təqdim edərək doğum akt qeydində düzəliş edilərək adının “Siyasət”, cinsinin “kişi”, ana adının “Sücayət” kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 16.11.2021-ci il tarixli 726-05/13 nömrəli məktubla məhkəmə prosesinin onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus doğum haqqında akt qeydi, iddiaçıya məxsus AZ-l 138722 nömrəli doğum haqqında şəhadətnamə, iddiaçıya məxsus AZE seriylı, ******** nömrəli etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi, iddiaçıya məxsus SX ******* nömrəli hərbi bilet, cavabdehin iddiaçıya ünvanladığı 31.08.2021-ci il tarixli, 572- 05/15 nömrəli imtina məktubu, iddiaçının valideynlərinə məxsus Vl-JQ 303292 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 07 nömrəli, 24.12.2021-ci il tarixli məktubu, iddiaçının qardaşı X3 məxsus AA0772516 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, iddiaçının anası X10 məxsusu Vlll-JQ 306372 nömrəli doğum haqqında şəhadətnamə təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İddiaçıya məxsus 15.01.2002-ci il tarixli doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında X1 xx.xx.2001-ci il tarixdə Bərdə rayonu Qarağacı kəndində doğulduğu, atasının X11, anasının X17 olduğu göstərilmişdir. İddiaçıya 09.01.2016-cı il tarixdə verilmiş, etibarlılıq müddəti 06.12.2017-ci il tarixdə bitmiş şəxsiyyət vəsiqəsində soyadı Fərzəliyev, adı Siyasət, ata adı İsmayıl kimi qeyd olunmuşdur. İddiaçıya məxsus AZ-l 138722 nömrəli, 15.01.2002-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bərdə rayonu Qarağacı kəndində doğulmuşdur. X2, anası isə X12r. İddiaçıya məxsus ümumi orta təhsil haqqında C 050469 nömrəli, 12.07.2017-ci il tarixli attestatdan görünür ki, xx.xx.2001-ci il tarixdə doğulmuş X7 2017-ci il tarixdə Bərdə rayon M.Məmmədov adına Qarağacı kənd tam orta məktəbini bitirmişdir. İddiaçının anasına məxsus 53 nömrəli, 1972-ci il tarixli doğum qeydlərinin bərpa aktının uşaq haqqında məlumat qrafasında X8 02.05.1971-ci il tarixdə doğulduğu göstərilmişdir. İddiaçının valideynlərinə məxsus Vl-JQ 303292 nömrəli, 24.12.1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X16 24.12.1993-cü il tarixdə nikah bağlamışlar. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 07 nömrəli, 24.12.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Dövlət Arxivində 83 saylı fondda mühafizə edilən Mirzəcəfərli kənd inzibati ərazi dairəsinin Qarağacı kəndinə aid 2006-2010-cu illər üzrə 2 saylı Təsərrüfatbaşına kitabın 105 saylı şəxsi hesabına əsasən İddiaçı 16.12.2001-ci il tarixdə doğulduğu göstərilmişdir. İddiaçının qardaşına məxsus AA0772516 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 01.07.1996-cı il tarixdə doğulmuşdur. Məhkəmə yuxarıda sadalanan sənədləri tədqiq edərək aşağıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, iddiaçının doğum aktı qeydində ad, cins və ana qrafasında qüsurlara yol verilmişdir. Belə ki, iddiaçıya aid olan doğum akt qeydində ananın adı “Siyasət” qeyd olunduğu halda, anasına aid doğum akt qeydində sonuncunun adı “Sücayət” kimi qeyd olunmuşdur. Bunan əlavə iddiaçıya məxsus doğum haqqında şəhadətnaməsinin verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması barədə Bərdə rayonu Mircəfərli kənd icra nümayəndəliyinə verilmiş sorğuya sonuncu tərəfindən verilmiş 24.12.2021-ci il tarixli 07 nömrəli cavab məktubunda əsas kimi Mirzəcəfərli kənd inzibati Ərazi Dairəsinin Qarağacı kəndinə aid 2006-2010-cu illər üzrə 2 saylı Təsərüfatbaşı kitabın 105 saylı şəxsi hesabı olduğu, iddiaçının atasının İddiaçı İsmayıl oğlu, anasının X16, özünün İddiaçı, habelə onun 16.12.2001-ci il tarixdə doğulduğu qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin 31.08.2021-ci il tarixli, 572-05/15 nömrəli məktubunda cavabdeh doğum akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsasın olmadığı bildirilsə də, məhkəmə iddiaçının doğum akt qeydində düzəliş edilməsi üçün yetərli əsasların olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: - 1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi : Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, doğum akt qeydinin aparılmasına dair iddiaçının ilkin sənədlərində yanlışlar olduğundan o, doğum akt qeydində düzəliş edilməklə yeni şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində adının Siyasət, cinsinin kişi, ana adının Sücayət kimi düzəliş edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydində düzəliş edilərək adının “Siyasət”, cinsinin “kişi”, ana adının “Sücayət” kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-136/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-136/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver