Məhkəmə qərarları › İş №2-1(114)-1364/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1364/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1364/2022 07.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N73-cü ildə anadan olmuşdur. N92-ci ilin aprel ayının 2-də Gədəbəy rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N (indiki N7N) nömrəli hərbi hissə komandirinin N aprel N92-ci il tarixli, 3N nömrəli əmri ilə batalyonun tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt onda tez-tez qıcolma tutmaları, dil qatlanması, baş ağrısı, özündən getmə halları baş vermişdir. N96-cı ilədək hərbi xidmətdə olmuşdur. Lakin ona müharibə veteranı statusu verilməmişdir. Bununla bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli imtina cavabı verilmişdir (imtina məktubu xx.xx.2022-ci ii tarixdə ona rəsmi qaydada çatmışdır). İmtina məktubunda göstərilmişdir ki, xx.xx.N92-ci il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona "Müharibə Veteram" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Lakin qeyd etdiyi kimi, o, xidmətdə olduğu dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmin vaxt onda tez-tez qıcolma tutmaları, dil qatlanması, baş ağrısı, özündən getmə halları baş vermişdir. Hal-hazırda da müharibə dövründə aldığı travmalar nəticəsində xəstəliyi davam edir, səhhətində ciddi problemlər vardır. Onun hərbi xidməti və ordu sıralarından tərxis olunmağı barədə məlumatın Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmaması onun təqsiri üzündən baş verməmişdir. Ona görə də hesab edir ki, ona müharibə veteranı statusu verilməlidir. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı barəsində müsbət qərar qəbul etməməklə göstərdiyi hərəkətsizlikdən narazıdır. Ona görə də Müdafiə Nazirliyinin hərəkətsizliyindən müdafiəyə dair məcburetmə haqqında iddia inzibati məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3078 nömrəli məktubundan görünür ki, İddiaçı, həqiqi hərbi xidmət yerinə yetirmək üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 3N nömrəli əmri ilə taborun tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Həmçinin arxiv arayışında N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 209 nömrəli əmri ilə iddiaçının müalicə almaq üçün Gəncə şəhər hərbi hosptalına göndərildiyi, həmçinin 2-ci taborun sıravisi İddiaçı N (bir) aydan artıq fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 27N nömrəli əmri ilə bütün növ təminatlardan azad edilərək ştatdan kənar edildiyi qeyd edilmişdir. Bundan başqa sözü gedən arxiv arayışında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Gədəbəy RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli müvafiq Direktivinə, komandirin xx.xx.N96-cı il tarixli 47a nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması barədə məlumatın olduğu, habelə əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N96-cı il tarixli 47a nömrəli əmrin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin əmrində öz əksini tapmadığı qeyd edilmişdir. İddiaçı xx.xx.N92-ci il tarixdə Gəncə şəhər hospitalına göndərildikdən sonra onun hospitaldan qayıdaraq yenidən şəxsi heyətin siyahısına daxil edilməklə qazan təminatına qoyulması, habelə onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair müvafiq arxiv arayışında arxiv məlumatları qeyd edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 40 nömrəli və 4N nömrəli arayışlar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N774 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N7-ci il tarixli, N/Y-9779 nömrəli məktubunun təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.20N7-ci il tarixli, 9/2-N8454 nömrəli arxiv arayışının surətiN nömrəli hərbi hissənin xx.xx.N92-ci il tarixli, 664 nömrəli məktubunun surəti, xx.xx.N92-ci il tarixli, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, N20-N3863-N222 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli, NN/N590 nömrəli və NN/N59N nömrəli məktubları, xx.xx.2003-cü il tarixli uçot kartasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-3078 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N8 oktyabr 20N7-ci il tarixli, 9/2-N8454 nömrəli arxiv arayışının məzmunundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N73-cü il təvəllüdlü İddiaçı Gədəbəy RHK-dan çağırılması və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli müvafiq Direktivinə əsasən komandirin N8 fevral N96-cı il tarixli, 47a №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat qeyd edilmişdir. Rayon hərbi komissarlığı tərəfindən göndərilmiş İddiaçı N () №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli, 3N №-li əmrilə (əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyonun tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanmağı barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N8 fevral N96cı il tarixli, 47a №-li əmri Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma apara bilmirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N3 may 2022-ci il tarixli, 4/2- 3078 nömrəli arxiv arayışının məzmunundan görünür ki, Rayon Hərbi Komissarlığı tərəfindən göndərilmiş çağırışçı İddiaçı həqiqi hərbi xidmətini yerinə yetirmək üçün N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 3N №-li əmrilə batalyonun tərkibinə daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 52 №-li əmrində (əmrdə atasının adı “Qəmbər” yazılmışdır) Gəncə hospitalına göndərildiyinə görə 5-ci bölüyün sıravisi İddiaçı Qəmbər oğlunun batalyonun ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Müalicə almaq üçün Gəncə şəhər hərbi hospitalına göndərildiyinə görə sıravi İddiaçı 86N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 209 №-li əmrilə taburun ərzaq təminatından çıxarılmışdır. 86N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, N5 a №-li əmrilə (adının qarşısında “3N gün” yazılmışdır) İİ taburun, V bölüyünün sıravisi İddiaçı yanvar N93-cü il tarixi üçün 3 (üç) qat əmək haqqı ödənilmişdir. 86N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 59 №-li əmrilə (adının qarşısında “30 gün” yazılmışdır) İİ taburun V bölüyünün sıravisi İddiaçı aprel N93-cü il tarixi üçün 3 (üç) qat əmək haqqı ödənilmişdir. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli, N №-li əmrilə İİ taburun İ Minaatan tağımında “hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 90 №-li əmrilə İİ taburun Minaatan batareyasının sür. hesab nömrəsi, sıravi İddiaçı may N94-cü il tarixi üçün 3 (üç) qat əmək haqqı ödənilmişdir. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N05 №-li əmrilə İİ taburun Kəşfiyyat bölməsində “hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. İİ taburun sıravisi İddiaçı N (bir) aydan artıq fərarilik etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli 27N №-li əmrilə bütün növ təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Gədəbəy RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli müvafiq Direktivinə əsasən, komandirin xx.xx.N96-cı il tarixli, 47a №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba kitabında qeyd edilmiş, xx.xx.N96-cı il tarixli, 47a №-li əmr Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan, N №-li hərbi hissə komandirinin əmrlərində öz əksini tapmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv məlumatlarının olmamasıdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8- ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N98-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N9N-ci il oktyabrın 9-dan N94cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun N8-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nətİcəvİ h İ s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar