Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1369/2020 31.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə qarşı sosial müavinətin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərdən görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 aztəminatlılıq meyarına uyğun gəlmədikləri üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmiş, bu barədə “Məşğulluq” altsistemi (bundan sonra mətndə MAS) tərəfindən iddiaçılara mobil telefon vasitəsilə SMS göndərilmişdir. Bununla razılaşmayan iddiaçılar Nazirliyin saytında yerləşdirilən Apellyasiya şurasının elektron poçt ünvanına, daha sonra xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə müraciət etmişlər. Lakin onların müraciətlərinə cavab verilmədiyindən xx.xx.2020-ci il tarixdə “sosial müvinətin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar tələblərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək göstərmişdir ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında başverən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin qeyd etmək lazımdır ki, hazırda məşğulluqla bağlı məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılmış, birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və 600 min şəxsə bu ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Buna görə də iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi vəsatətdə göstərilənlərə uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Məşğulluq Alt Sistemindən çıxarışlar, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin arayışları, elektron poçt göndərişlərindən çıxarışlar, SMS məlumatlar təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mahiyyəti üzrə həm də qismən əsaslıdır. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci tarixli 127 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir (bənd 1.2). Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir (bənd 1.3). Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, işsiz şəxslərə - 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (bənd 2.2.1), pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (bənd 2.2.2) bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir (bənd 2.2): İş materiallarındakı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışlarından görünür ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdə Dövlət Məşğulluq Xidməti tərəfindən, İddiaçı4 xx.xx.2020-ci il tarixdə Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən, İddiaçı1 xx.xx.2020-ci il tarixdə Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz statusu, İddiaçı3 isə xx.xx.2020-ci il tarixdə işaxtaran statusu verilmişdir. İddiaçı3 məxsus sosial arayışa əlavə olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, onun əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüş, xx.xx.2020-ci il tarixədə qüvvədə olmuşdur. Bu aralıq müddətində ona da Dövlət Məşğulluq Mərkəzində xx.xx.2020-ci il tarixdə işsiz statusu verilmişdir (bax əmək müqaviləsi bildirişinə). Bundan əlavə iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin arayışlarından, habelə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 6 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 142 nömrəli arayışından görünür ki, İddiaçı3 və İddiaçı2 subaydırlar. Məhkəmə qeyd edir ki, iddiaçılardan İddiaçı4 2020-ci il 1 aprel tarixinədək (xx.xx.2020-ci tarixdə), İddiaçı2, İddiaçı1 və İddiaçı3 isə xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə, yəni xx.xx.2020-ci il tarixdə MAS-da işsiz kimi qeydiyyata alınaraq işsiz statusuna malik olduğundan həmin şəxslər aylıq birdəfəlik ödəməni tələb edə bilərlər. Lakin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı4 hazırda rəsmi nikahda olduqlarından və ailə münasibətləri pozulmadığı üçün birdəfəlik müavinət onlardan yalnız birinə ödənməlidir. Məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, işsiz kimi qeydiyyatda olan İddiaçı4 xx.xx.2020-ci il tarixdən, İddiaçı2 işsiz statusu verildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xüsusi karantin rejiminin sərtləşdirmə müddəti başa çatanadək, İddiaçı3 isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək birdəfəlik müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı4 xx.xx.2020-ci il tarixdən, İddiaçı2 xx.xx.2020-ci il tarixdən xüsusi karantin rejiminin sərtləşdirmə müddəti başa çatanadək, İddiaçı3 isə işsiz statusunda qeydiyyatda olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq birdəfəlik ödəmənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1369/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1369/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver