Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-137/2020 02.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə (bundan sonra ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsi) qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, 1980-1990-cı illərdə “Sovet Ukraynası” adına sovxozda fəhlə, 1991-1996-cı illərdə “İ.Əliyev” adına kolxozda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, torpaq vergisi də ödəmişdir, həmin ödənişlər də sosial sığorta stajına əlavə edilə bilər, lakin həmin sənədlərlə cavabdehə müraciət etməmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının işlədiyi 1980-1990-cı illər nəzərə alınmasa 22 il 7 ay sığorta stajı yaranır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1980-1990-cı illərdə “Sovet Ukraynası” adına sovxozda fəhlə, 1991-1996-cı illərdə “İ.Əliyev” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Qeyd olunan hal cavabdeh orqanın xx.xx.2019-cu il tarixli məktubundan da məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə həmin imtina aktını məhkəmə qaydasında mübahisələndirmişdir. İş üzrə təqdim edilmiş Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 75 nömrəli məktubundan görünür ki, 1980-1990-cı illərə dair “Sovet Ukraynası” sovxozunun şəxsi hesab kitablarında İddiaçı adı aşkar olunmamış, həmçinin həmin sovxozun əmr kitabları arxivə təhvil verilməmişdir. Gədəbəy rayon Dövlət Yanğından Mühafizə hissəsinin xx.xx.2019-cu il tarixli 3710- 367 nömrəli arayışından görünür ki, xx xxxx 1993-cü ildə “Sovet Ukraynası” sovxozunun idarə binasında yanğın hadisəsi baş vermiş, yanğın zamanı binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1980-1990-cı illərə dair “Sovet Ukraynası” sovxozunun şəxsi hesab kitablarında İddiaçı adı aşkar olunmamış, həmçinin həmin sovxozun əmr kitabları arxivə təhvil verilməmiş, eləcə də sovxozun binasında baş vermiş yanğınla əlaqədar sənədlərin yerində yoxlanılması mümkün olmamışdır. Bu halda həmin illər istisna olmaqla iddiaçının ümumilikdə 22 il 7 ay sığorta stajı yaranır. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə iddiaçının qeyd edilən iş illəri sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Gədəbəy rayon şöbəsinə qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-137/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-137/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver