Məhkəmə qərarları › İş №2-1(114)-137/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-137/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-137/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X21 və ünvan 1 ünvanında yerləşən 570 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar (indiki Göygöl) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı əsasında Xanlar (indiki Göygöl) bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən 0,54 ha ayrılıb 9 nəfər vətəndaşın hər birinə, o cümlədən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

3. Eyni zamanda DT və XK-nin Xanlar (indiki Göygöl) rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 808 nömrə ilə qeydiyyata alınmışdır.

5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2012-ci il tarixli A 408302 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X31 kitabında 270 nömrə ilə uçota alınmışdır.

6. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5978/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında Göygöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 saylı qərarının iki fərqli nüsxəsinin olduğu, belə ki, bir nüsxəsinin X14, bir nüsxəsinin isə 5-ci sırada olan İddiaçı məxsus olduğu aşkar edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Ərazi İdarəsinin elektron baza məlumatlarında sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, həmçinin, başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Sualın araşdırılması zamanı, Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin kadastr göstəriciləri və koordinatları əks olunmuş A-408302 nömrəli xx.xx.2012ci tarixli sənədə, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********40 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş A-012371 nömrəli xx.xx.2015-ci il tarixli plan və ölçü sənədinə və **********40 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş A-012745 nömrəli xx.xx.2015-ci il tarixli plan və ölçü sənədinə əsaslanılmışdır. Qeyd edək ki, X27 **********40 reyestr nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olan 600.0 kv.m torpaq sahəsini, 4Ə-308 nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunanlara əsasən müəyyən olundu ki, xx.xx.2015-ci il tarixli Çıxarış və xx.xx.2015-ci il tarixli Çıxarış sənədlərində göstərilən 600.0 kv.m torpaq sahələri eyni sahədir. Beləliklə, İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsi ilə, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən 600.0 kv.m torpaq sahəsi üst- üstə düşmür. 2) Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2015-ci il tarixli X1 mülkiyyətinə verilmiş 600.0 kv.m torpaq sahəsi ilə xx.xx.2015-ci il tarixli X3 mülkiyyətinə verilmiş 600.0 kv.m sahəsi koordinatlar və konfiqurasiya baxımından eyni sahədir. 3) Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-408302 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi satılan zaman bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi idi, hal-hazırda yenə bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. 4) Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-408302 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 188.0 kv.m hissəsi, mülki iş materiallarında adı keçən X16 naturada təqdim etdiyi faktiki istifadəsində olan 570.0 kv.m torpaq sahəsinin 188.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmin 600.0 kv.m torpaq sahəsinin 412.0 kv.m hissə isə digər şəxsin faktiki istifadəsində olduğu müəyyən olundu. 5) Rəy hazırlanarkən, naturada təqdim olunan faktiki sahəyə, elektron kadastr bazasına, Göygöl (Xanlar) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyətinə verilən torpaqların inventarlaşdırılmasına dair tərtib olunmuş 2009-cu il tarixli yerquruşu sxeminə (kod- ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X10 X24 (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 4039/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X6 adına Xanlar bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 44 nömrəli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. Xanlar bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 44 nömrəli qərarı əsasında X17, X18, X25, X22, X26, X7 və X12 hüquqlarının qeydiyyatına dair sənədlər məhkəməyə göndərilmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə AR-İ 143124 nömrəli, 30 il müddətinə notarial etibarnamə əsasında ünvan 2 ünvanında qediyyatda olan İddiaçı mülkiyyətində olan və ünvan 3 ünvannda yerləşən fərdi yaşayış evinin inşası üçün nəzərdə tutulan 0,06 ha torpaq sahəsini almış və torpaq üzərində ev inşa etmiş,dir hazırda həmin ünvanda yaşayır. Sözügedən etibarnaməyə əsasən torpaq sahibi İddiaçı öhdəlik götürmüşdür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin İdarələrindən və digər aidiyyatı orqanlardan, Azərbaycan Respublikası Xanlar Bələdiyyəsinin verdiyi (indiki Göygöl) 30 oktyabr 2006-cı il tarixli, 44 saylı qərarına əsasən ona məxsus olan Göygöl şəhərində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunan tikililərə dair sənədlərin alınmasını, həmin orqanlarda, notariat, məhkəmə və digər orqanlarda mənim nümayəndəm olmağa, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı və buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etibar edir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə otuz il müddətinə verilmiş və xx.xx.2042-ci ilədək etibarlıdır. Beləliklə vətəndaş İddiaçı bu etibarnamə üzrə 30 il müddətinə yuxarıda sadalanan səlahiyyətləri ona etibar etmişdir. Eyni zamanda torpaq sahəsinə dair bütün sənədlər onun səlahiyyətinə kecmişdir: Torpaqların alqı-satqısına dair akt, ödəmə qəbzi, Azərbaycan Respublikası Xanlar Bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli, 44 saylı qərarı. X5 inkişaf fond torpağından ayrılıb 9 nəfər vətəndaşa olmaqla, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması haqqında 30 oktyabr 2006-cı il tarixli aktı, Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin, xx.xx.2006-cı il tarixli 169 saylı rəyi, Xanlar şəhər Bələdiyyəsinin Yerqurluşu planından çıxarışı, Xanlar şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 saylı qərarı ilə torpaq sahəsi almış vətəndaşların siyahısı, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsü haqqında sənədlər bu qəbilədəndir. Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 saylı arayışı əsasında ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsinə hüquqların dövlət reyestrində qeydiyyata alınması məqsədilə bütün hüquqverici sənədləri təqdim etmişdir. Eyni zamanda Göygöl şəhər Bələdiyyəsi cavabdehə məktub da ünvalamışdır. Daşınmaz Əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavabdeh 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2389/2023 saylı bildiriş məktubunda deyilir: "Göygöl şəhərində yürləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəində baxılmışdır. Bildirilir ki, əmlaka müayinə baxışına şərait yaradılmadığı üçün ərizənizin icrası mümkün olmamışdır. Cavabdehin Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5978/2023 saylı 2-ci bildiriş məktubunda deyilir: "Bildiririk ki, ərazi idarəsinin arxiv məlumatlarında Göygöl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 44 saylı qərarının 2 fərqli nüsxəsinin olduğu, belə ki, bir nüsxəsinin X14, bir nüsxəsinin isə 5-ci sırada İddiaçı məxsus olduğu aşkar edilmişdir. Həmçinin ərizənizə əlavə edilmiş "Torpaqların alqı-satqısına dair" aktının ərazi idarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, ərazi idarəsinin elektron baza məlumatlarında sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, həmçinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Ədalət mühakiməsinə cavabdehin imtina arayışlarında göstərilənlərin heç bir hüquqi əsası yoxdur, sübutlara, dəlillərə söykənmir. Etibarnamə ilə səlahiyyətlərini vermiş İddiaçı sənədlərində Xanlar şəhər Bələdiyyəsinin 30 oktyabr 2006-cı il tarixli 2006-cı il tarixlı, 44 saylı qərarı ilə torpaq sahəsi almış vətəndaşların siyahısında özünə yer almış 9 nəfərin sırasında İddiaçı 5-ci sırada təsdiq edilmiş bu siyahıda X13 adı yoxdur. Əgər bu sənədlər doğrudursa, düzdürsə Həsənov Rəşidin bu sənədlərə heç bir aidiyyatı yoxdur. Hansı nüsxə sənəddən söhbət açılır, bunun onlara aidiyyatı yoxdur. Torpaqların alqı-satqısına dair" aktın cavabdehdə olmamasının və yaxud olmasının da bu işlərə dəxli yoxdur. Fakt ondan ibarətdir ki, sözügedən sənəd tərəflərindən 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edilmişdir. Bunlar səbəb kimi göstərilə bilməz. Bilmir o haradan çıxdı ki, ərazi idarəsinin elektron baza məlumatlarında sənəd üzrə torpaq sahəsi faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, həmçinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir fikirləri də saxta, qeyri-obyektiv yanaşmadır. Onun aldığı və üzərində ev tikdiyi ünvan 4 ünvanında yerləşən mülkün qonşuları ilə, başqa torpaqları ilə heç bir problemi yaranmamışdır, heç bir narazılıq indiyə qədər üzə çıxmamışdır. Camaat evini tikdirib rahat yaşamağındadır, ədalət mühakiməsi əraziyə müayinə baxışı keçirsə hər şey məlum olacaq. Odur ki, cavabdehin vətəndaşlara qarşı yaratdığı şou qurtarmaq, səngimək bilmir, sonda süni maneələrin, bürokratik əngəllərin və süründürməçiliyin səbəbkarı cavabdeh olduğu ortaya çıxır. Ədalət mühakiməsinə bildirir ki, 30 illik notarial etibarnamə ilə 2012-ci ildən istifadəmdə olan və üzərində ev tikdirib yaşadığı ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsü üzrə layihələndirmə işi aparılmış, sputnikdən çəkilmiş və təsdiq edilmişdir. Belə olduğu halda torpaq sahəsi başqasının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşə bilməz. Cavabdehin imtina arayışı isə heç bir məntiqə söykənmir. Əksinə inzibati amirlik metodu ilə iş prinsipindən xəbər verir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçı X28 əsl İddiaçı ilə əvəz edilmişdir.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl şəhəri R.Behbudov küçəsi 33 ünvanında yerləşən 570 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərardadları ilə Göygöl bələdiyyəsi və X21 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi X8 məhkəmə iclasına gəlmişlər. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər bildirmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 6-cı bəndi).

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh orqanın nümayəndəsi X8 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar (indiki Göygöl) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı; - xx.xx.2006-cıil tarixli akt; - DT və XK-nin Xanlar (indiki Göygöl) rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə xx.xx.2006-cı il tarixli rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli 808 nömrəli akt; - Ödəniş qəbzi, - xx.xx.2012-ci il tarixli A 408302 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5978/2023 nömrəli imtina məktubu; - Torpaq sahəsinin ortofoto görüntüsü; - Məhkəmənin sorğusuna Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-4039/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar (indiki Göygöl) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı əsasında Xanlar (indiki Göygöl) bələdiyyəsinin ərazisindəki perspektiv inkişaf fondu torpaq sahəsindən 0,54 ha ayrılıb 9 nəfər vətəndaşın hər birinə, o cümlədən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XKnin Xanlar (indiki Göygöl) rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğısatqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 808 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2012-ci il tarixli A 408302 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X31 kitabında 270 nömrə ilə uçota alınmışdır.

30. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5978/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında Göygöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 saylı qərarının iki fərqli nüsxəsinin olduğu, belə ki, bir nüsxəsinin X14, bir nüsxəsinin isə 5-ci sırada olan İddiaçı məxsus olduğu aşkar edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Ərazi İdarəsinin elektron baza məlumatlarında sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, həmçinin, başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

31. Məhkəmə cavabdehin orqanın Ərazi İdarəsinin arxiv məlumatlarında Göygöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 saylı qərarının iki fərqli nüsxəsinin olması, belə ki, bir nüsxəsinin X14, bir nüsxəsinin isə 5-ci sırada olan İddiaçı məxsus olduğu aşkar edilməsi əsası ilə imtinası ona görə əsassız sayır ki, Xanlar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 saylı qərarının həqiqətən də Əİ-də iki nüsxəsinin mövcudluğuna baxmayaraq, iddiaçının adının əks olunduğu nüsxədə onunla yanaşı 8 nəfərə də, yəni ümumilikdə 9 nəfərin hər birinə 0.06 ha torpaq sahəsi ayrılmış və cavabdeh orqan iddiaçıdan başqa digər 8 nəfərin 7 nəfərinin hüququnu könüllü qaydada (məhkəmədən kənar) qeydə almış və çıxarışla təmin etmişdir.

32. İddiaçıya münasibətdə isə fərqli davranış nümayiş etdirərək, sözügedən halı əsas gətirməklə hüququn qeydiyyatından imtina etmişdir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur...

34. Məhkəmə həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin kadastr göstəriciləri və koordinatları əks olunmuş A-408302 nömrəli xx.xx.2012-ci tarixli sənədə, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********40 reyestr nömrəli xx.xx.2015ci il tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş A-012371 nömrəli xx.xx.2015-ci il tarixli plan və ölçü sənədinə və **********40 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışa və həmin Çıxarışa dair tərtib olunmuş A-012745 nömrəli xx.xx.2015-ci il tarixli plan və ölçü sənədinə əsaslanılmışdır. Qeyd edək ki, X27 **********40 reyestr nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olan 600.0 kv.m torpaq sahəsini, 4Ə-308 nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunanlara əsasən müəyyən olundu ki, xx.xx.2015-ci il tarixli Çıxarış və xx.xx.2015-ci il tarixli Çıxarış sənədlərində göstərilən 600.0 kv.m torpaq sahələri eyni sahədir. Beləliklə, İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsi ilə, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən 600.0 kv.m torpaq sahəsi üst- üstə düşmür. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2015-ci il tarixli X1 mülkiyyətinə verilmiş 600.0 kv.m torpaq sahəsi ilə xx.xx.2015-ci il tarixli X3 mülkiyyətinə verilmiş 600.0 kv.m sahəsi koordinatlar və kofiqurasiya baxımından eyni sahədir. Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 408302 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi satılan zaman bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi idi, hal-hazırda yenə bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 408302 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 188.0 kv.m hissəsi, mülki iş materiallarında adı keçən X16 naturada təqdim etdiyi faktiki istifadəsində olan 570.0 kv.m torpaq sahəsinin 188.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmin 600.0 kv.m torpaq sahəsinin 412.0 kv.m hissə isə digər şəxsin faktiki istifadəsində olduğu müəyyən olundu. Rəy hazırlanarkən, naturada təqdim olunan faktiki sahəyə, elektron kadastr bazasına, Göygöl (Xanlar) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyətinə verilən torpaqların inventarlaşdırılmasına dair tərtib olunmuş 2009-cu il tarixli yerquruşu sxeminə (kod- ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X10 X24 (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur.

35. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş halları ilə iddiaçının adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünün koordinatları qüsurlu işlənilmiş və bu səbəbdən həmin sənəddə əks olunmuş koordinatlarla həmin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluğun olması, həm də digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilmişdir.

36. Habelə, bələdiyyə qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılsa da, onun faktiki istifadəsində olan sahənin ölçüsü 570 kv.m müəyyən edilmişdir. İddiaçı da tələbində 570 kv.m torpaq sahəsinin faktiki istifadə sahəsinə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.

37. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

38. “Azərbaycan Respublikasında X10 X24nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X10 X24nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

2. Azərbaycan Respublikasında X10 X24nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

39. Göründüyü kimi, X10 X24 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

40. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl şəhəri R.Behbudov küçəsi 33 ünvanında yerləşən 570 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla adına qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Göygöl şəhəri R.Behbudov küçəsi 33 ünvanında yerləşən 570 kv.m torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar