Məhkəmə qərarları › İş №2-1(114)-1373/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1373/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1373/2020 12.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X1rşı borcun silinməsi tələbinə dair işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X1rşı 12 saylı Vergilər Departamenti tərəfindən qanunsuz olaraq ona yazılmış 6021,08 manat məbləğində (vergilər üzrə 5364,37 manat, faizlər üzrə 536,71 manat, maliyyə sanksiyası üzrə 120 manat) vergi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 xx.xx.2020-ci il tarixli teleqramla müraciət edərək, Azərbaycan Respublikası Vergilər İdarəsinə olan borc tam ödənildiyi üçün iddiasının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia tələbinin ləğv edilməsini tələb etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağının itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının vergi borcunun tam ödənilməsini göstərməklə iddia tələbinin ləğv edilməsini xahiş etməsi məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X1rşı borcun silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar