Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1373/2024 28.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən ona ikinci dərəcə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 22 nömrəli arayış verilmişdir. Həmin arayışda “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah, partlayış travması, sağ diz və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmaları. Posttravmatik kobud kelloid çapıqlar. Diz oynağının artrozu, artriti, sinaviti. Patello femoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu. Diz qapağının yuxan qütbündə femoral oynaq səthlərində ossifikat. Diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromları. Yeriş funksiyasının pozulması.” diaqnozu əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
4. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2021-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2021-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********7 nömrəli qərar qəbul etmişdir.
5. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993); Ağırlaşma - G40 – Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə; Ağırlaşma - G93.2 – Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya İİ mərhələ; Yanakı xəstəliklər – L91.0 – Hipertrofik çapıq, posttravmatik kobud kolloid çapıqları; Yanakı xəstəliklər – M16 – Kokartroz (bud-çanaq oynağının artrozu), diz oynağının yuxarı qütbündə femoral oynaq sahələrində aksifikal; Yanakı xəstəliklər – M17 – Birincili ikitərəfli qonartroz, diz oynağının artrozu, sinoviti, potollofemoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu; Yanakı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, diz oynağıınn kəskin kontrakturası, daimi ağrı sindromu.
6. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2022-ci il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
7. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********8 nömrəli qərar qəbul etmişdir.
8. Azərbaycan Respublikası X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silah, partlayış travması, sağ diz və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmaları. Baldırın yuxarı 1/3-də bir neçə metal qəlpə. Posttravmatik kobud kelloid çapıqlar. Diz oynağının artrozu, artriti-üçüncü (İİİ) mərhələ, sinaviti. Patello femoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu. Diz oynağında oretofit, oynağın rigid kontrakturası açma 180 dərəcə, bükmə 170 dərəcə. Daimi ağrılar, axsama və yeriş funksiyasının pozulması” kimi müəyyənləşdirilmişdir.
9. Yevlax şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Baş beyinin mülayim atrofik dəyişikliyi” kimi qeyd edilmişdir.
10. İddiaçı xx.xx.2021-ci il tarixdə "Genetika Klinikasında" EEQ müayinəsi zamanı C4, P4, O2 aparmalarda spayk ləng dalğa tipli FS zamanı artan epiaktivlik müəyyən edilmiş və belə yekun nəticəyə gəlinmişdir ki, epileptik aktiv ocaq sağ yarımkürənin oksipitopariyeto-sentral bölgəsində qeyd edilir. EEQ anormaldır.
11. İddiaçı xx.xx.2022-ci il tarixdə "Genetika Klinikasında" EEQ müayinəsi zamanı müəyyən edilmişdir ki, fon aktivliyi zəifdir. Qabıq ritminin dezorqanizasiyası ilə gedən əsasən fokal olaraq hər iki yarımkürənin ön-alın və təpə nahiyəsində sıxlaşan ritmik spayk tipli paroksizmal dalğalar qeyd olunur. HV ya vaxtı paroksizmlərin yayılma tezliyi artır. Qeyri-spesifik tənzimləyici sistemlərin disfunksiyası inkar edilmir.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-2800/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
13. Həmin iş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T513/2023 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-də şəxsin müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. 2. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən "Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı-kəllə beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993)?" diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarının "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə"nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na dair Əsasnamənin meyarlarını aid etməyə əsas vermədi.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-12127/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən xx.xx.2021-ci il tarixdən adı çəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığı üçün xx.xx.2021-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 15 ildən artıq müddətdir ki, əlilliklə bağlı pensiya almağını nəzərə alıb, pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən İİ qrup müharibə əlillik dərəcəsinin bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən almadığı ayların pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Samux rayonunun Hacallı kəndində anadan olmuşdur. Hal-hazırda Samux rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. O, 2006-cı ildən 2012-ci il tarixə kimi İİİ qrup Qarabağ müharibəsi əlili kimi, 2012-ci ildən 07 iyul 2021-ci il tarixə kimi isə İİ qrup Qarabağ müharibəsi əlili kimi pensiya almışdır. İddia ərizəsinə əlavə etdiyi VTEK-in verdiyi 12 qararla da göstərdikləri tam təsdiq olunur. 2006-cı il tarixdən 2021-ci ilə kimi əlil kimi pensiya alan müharibə əlililin, cavabdeh orqan tərəfindən heç bir əsas və səbəb olmadan 2021-ci ilin iyul ayının 21-dən pensiyasının dayandırılması qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, o, Birinci Qarabağ müharibəsi zamanı, 05 fevral 1993cü il tarixdə Ağdərə rayonunun Çıldıran kəndu uğrunda gedən ağır döyüşlər zamanı yaxınlığında mərmi partlayışı nəticəsində sağ diz nahiyyəsindən çoxsaylı qəlpə xəsarəti, eləcə də baş beyin silkələnməsi ilə bağlı travma almışdır. Həmin gün Ağdərə hospitalında diz nahiyyəsində olan qəlpələrin 5-i cərrahiyyə əməliyyatı zamanı həkimlər tərəfindən çıxarılmış, 3 qəlpə isə hələ də diz nahiyyəsində qalmaqla onu hazırda da ağrılar incidir. Aldığı həmin travma ilə bağlı müalicə bir nəticə vermədiyinə görə bir gün sonra, yəni 06 fevral 1993-cü il tarixdə o, Gəncə şəhər X6 Xəstəxanasına gətirilmiş və 23 mart 1993-cü il tarixə kimi həmin xəstəxanada stasionar müalicə olunmuşdur. Sonra xx.xx.1993-cü il tarixdə 230 saylı hərbi hospitala aparılıb, travmatologiya şöbəsində müalicə olunmuş və 07 aprel 1993-cü il tarixdə hospitaldan çıxarılaraq ona bir aylıq məzuniyyət verilmişdir. 13 iyul 1993-cü il darixdən 22 sentyabr 1993-cü il tarixə kimi 230 nömrəli hərbi hospitalda stasionar müalicə olunmuşdur. Bundan sonra dəfələlə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstutundan müayinədən keçirilmiş, X2 keçmiş, xəstəliyi də tibbi sənədlərlə tam təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixdə növbəti müayinə vaxtı əlilliyi dayandlırılmışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə növbəti müayinə vaxtı əlilliyi bərpa edilməmiş və ona imtina verilmişdir. Cavabdeh orqan vətəni uğrunda canını qoymuş, döyüşlər zananı travma almış, 15 il əlil kimi pensiya alan şəxslərin, o cümlədən onun da əlilliyə görə pensiyasını iki ilə yaxındır ki, qanunsuz və əsas olmadan dayandırmışdır. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, xəstəliyi ilə bağlı qiymətləndirilmə aparılarkən onun hazırda da müalicəsini davam etdirdiyini, döyüşlər zamanı travma aldığını nəzərə almadan, ona İİ qrup əlillik təyin edilməli olduğu halda, ona heç bir əsas və səbəb olmadan imtina verilmişdir. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcak, İl qrup əlilliyi bərpa ediləcəkdir.
17. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən ona ikinci dərəcə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə ilk dəfə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi (sonradan iddiaçının ərizəsinə əsasən xitam verildikdən sonra 20 gün sonra yenidən hazırkı iddianı qaldırmışdır) üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2021-ci il tarixdə aşağıda adı göstərilən 36 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Samux rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FiN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DQ Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 22 nömrəli arayışı verilmişdir. Həmin arayışda "Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ diz oynağında və baldırın yuxarı 1/3-də 2 sm ölçülü zərif çapıq sahələri müəyyən edilmişdir. Aşağı ətraflarda əlillik təyinatına əsas verən əzələ atrofiyası, oynaqlarda kontraktura və hərəki məhdudluq izlənilməmişdir. Simulyasiya qeyd olunmuşdur. Göndəriş əsassız rəsmiləşdirilmişdir (İTS). Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 25. Samux rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0315003AAGVJ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 22 nömrəli arayış verilmişdir. Həmin arayışda "Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ dizində ağrıdan, qıcolmalardan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda sağ diz ayağında şişkinlik, yüngül kontraktura izlənilmiş, qüsurlu vəziyyət, atrofiya və parez qeyd edilməmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli Rentgen şəklində oynaq yarığı açıq müəyyən edilmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Yevlax şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi "Baş beyinin mülayim atrofik dəyişikliyi" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı yaşla əlaqədar dəyişikliklər kimi dəyərləndirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli arayışı; - Azərbaycan Respublikası X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışı; - Yevlax şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi; - Tibbi-Sosial Ekspert Komissiyasının göndərişi "Forma 88 nömrəsi: X00011092GDD; - İddiaçı "Genetika Klinikasında" EEQ müayinələrinin nəticəsi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-12127/2024 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T513/2023 nömrəli ekspert rəyi. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 22 nömrəli arayış verilmişdir. Həmin arayışda “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
33. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 1 il müddətinə İİİ dərəcə, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
34. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah, partlayış travması, sağ diz və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmaları. Posttravmatik kobud kelloid çapıqlar. Diz oynağının artrozu, artriti, sinaviti. Patello femoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu. Diz qapağının yuxan qütbündə femoral oynaq səthlərində ossifikat. Diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromları. Yeriş funksiyasının pozulması.” diaqnozu əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2021-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2021-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********7 nömrəli qərar qəbul etmişdir.
35. İddiaçının əlilliyi növbəti dəfə xx.xx.2022-ci il tarixdə “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri” diaqnozu əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********8 nömrəli qərar qəbul etmişdir.
36. İddiaçı “Kəllə daxili travmaların nəticələri” diaqnozu ilə X3 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, Gəncə X6 Xəstəxanasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, 230 nömrəli Hərbi Hissədə xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, Müharibə Əlilləri üçün Pansionatda xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Möcüzəli Naftalan Sağlamlıq Mərkəzində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək, Gəncə şəhər A.Səhhət adına Xəstəxanada xx.xx.2021-ci il tarixdə, X4 və Ortopediya İnstitutunda xx.xx.2022-ci il tarixdə stasionar müalicələrdə olmuşdur.
37. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (xx.xx.1993); Ağırlaşma - G40 – Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə; Ağırlaşma - G93.2 – Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, travmadan sonrakı ensefalopatiya İİ mərhələ; Yanakı xəstəliklər – L91.0 – Hipertrofik çapıq, posttravmatik kobud kolloid çapıqları; Yanakı xəstəliklər – M16 – Kokartroz (bud-çanaq oynağının artrozu), diz oynağının yuxarı qütbündə femoral oynaq sahələrində aksifikal; Yanakı xəstəliklər – M17 – Birincili ikitərəfli qonartroz, diz oynağının artrozu, sinoviti, potollofemoral birləşmənin İİ-İİİ mərhələyə uyğun degenerativ artrozu; Yanakı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, diz oynağının kəskin kontrakturası, daimi ağrı sindromu.
38. Həmin diaqnozlardan yalnız Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz – T90.5), Epilepsiya, teztez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
39. İddiaçıya qoyulmuş digər diaqnozlar üzrə xəstəliklər isə “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlməmiş, yəni həmin meyarlarda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olması müəyyən edilməmişdir
40. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində ona ikinci dərəcə əlilliyin təyin olunmasını xahiş edir. Lakin İddiaçı əlillik təyinatına əsas verən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.
41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
42. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
43. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
45. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
6.1 Başın travmalarının nəticələri T-90
Qiymətləndirmə 6.1.6. vegeto-damar təzahür edən 50-60 2 il pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 6.7 Epilepsiya G40
Qiymətləndirmə 6.7.2. gündə 3-4 yüngül tutma, yaxud 50-60 2 il ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları
46. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (Əsas diaqnoz – T90.5), Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə (Ağırlaşma - G40) diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 50-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
47. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli arayışına əsasən İddiaçı “Sağ diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçının diz oynağının qəlpə yaralanmasından sonrakı vəziyyətə bağlı xəsətlikləri onun əlillik təyinatına əsas vermədiyindən və əlillik təyinatına əsas verən xəstəliklərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması müəyyən edilmədiyindən onun əlilliyinin səbəb əlaqəsi “Ümumi xəstəlik” olaraq müəyyən edilməlidir.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
49. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizminin funksiyalarının 50-60 faiz pozulması ilə bağlı 2 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva