Məhkəmə qərarları › İş №2-1(114)-1376/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1376/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1376/2020 07.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin aqrar və ekologiya şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı torpağın kateqoriyasının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı onun Gədəbəy rayonu. Novosaratovka kəndində yerləşən “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış nömrəsi ******* olan kənd təsərrüfatı təyinatlı kateqoriyalı torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3205/2019 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Novosaratovka kəndində yerləşən kənd təsərrüfatı torpaqlar kateqoriyasına aid 0.25 ha sahə xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi suvarılmayan, ümumi sahəsi dəmyə olan və çoxillikəkmə olmayan, əkinə yararsız torpaqdır. Bu torpaq sahəsinin ətrafındakı yaşayış evlərini nəzərə almaqla və iqtisadi cəhətdən daha səmərəli istifadə etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırmış və dəfələrlə müraciət etmişdir. Lakin verilən cavablardan narazı qalmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Regionların inkişafı və ekologiya məsələləri şöbəsi torpağın kateqoriyasına dəyişdirilərək yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinə müvafiq tapşırıq verməmişdir. Məsələyə kaxılması üçün Nazirlər Kabinetinin Regionların inkişafı və ekologiya məsələləri şöbəsi tərəfindən Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinə göndərilən müraciətdə həmin agentlik torpaq sahəsinə baxış keçirmədən qərar qəbul etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin aqrar və ekologiya şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İlkin olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin xx xxxx 2019-cu il tarixli məktubunda iddiaçının müraciətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli, 13/S-239/1 nömrəli tapşırığı ilə birgə baxılması üçün xx xxxx 2019-cu il tarixli, 13/S-239/2 nömrəli göstərişlə aidiyyəti üzrə yenidən Əmlak Məsələləri Dövlət Komitəsinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin xx xxxx 2019-cu il tarixli, 13/S-239/2 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, orqan öz səlahiyyətləri çərçivəsində iddiaçının müraciətinin aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərildiyini bildirmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun; 2.0.5. maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.9. maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. 32.2. maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1. maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 71.1. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.3. maddəsinə əsasən yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər: Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-844/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış nömrəsi ******* olan kənd təsərrüfatı təyinatlı kateqoriyalı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə qarşı torpağın kateqoriyasının dəyişdirilməsi tələbinə dair inzibati işlər üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(104)-426/2020 nömrəli, 2-1(104)-394/2020 nömrəli və 2-1(104)- 391/2020 nömrəli qərardadlarından kassasiya şikayəti verilməmiş, inzibati işlər qanunla müəyyən edilmiş şikayət vermə müddəti başa çatdıqdan sonra Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəməhesabedirki, hazırkıiddiatələbicavabdehAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış nömrəsi ******* olan kənd təsərrüfatı təyinatlı kateqoriyalı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair mümkün sayılmayan iddia tələbi iləeyniliktəşkiletdiyindənAzərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinintələblərinəəsasənqeydolunanhissədədəmümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin aqrar və ekologiya şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı torpağın kateqoriyasının dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar