Məhkəmə qərarları › İş №2-1(114)-1377/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1377/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1377/2020 26.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X4 iştirakları ilə İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər X9 və X10) qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər X9 və X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri, Vaqif Abdullayev küçəsi, 05 saylı ünvanda yerləşən torpaq sahəsinə dair cavabdeh təşkilat tərəfindən X5 adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2nə qarşı X5 adına verilmiş Şəmkir rayon X13 xx xxx 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri, Vaqif Abdullayev küçəsi, 05 saylı ünvanda yerləşən fərdi yaşayış evi var. Həmin evi 2007-ci ildə öz şəxsi vəsaiti hesabına inşa etdirmiş və hazırda həmin evdə yaşayır. Yaşadığı evi sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi qanunsuz yolla X6 adına sənədləşdirilmişdir. Halbuki, mübahisə olunan torpaq sahəsi heç vaxt X6 istifadəsində olmayıb. Sənədləşmə formal olaraq tərtib olunub. Əgər torpağın mülkiyyətçisi Qızbəst Veyisova olsaydı həmin torpaq sahəsində 2007-ci ildən inşa edilmiş evin inşa olunmasına imkan verməzdi. Hesab edir ki, torpağın sənədləri son günlər saxta yolarla tərtib olunmuşdur. Çünki həmin torpağın çıxarışını son günlərdə əldə ediblər. Çıxarışa qədər müvafiq hüquqverici sənədlərdə tarixlər əvvəlki tarix kimi qeyd olunsa da, son günlərdə tərtib olunmuşdur. İlkin sənədlərlə bağlı müvafiq orqanda qeydiyyat aparılmayıb. Əgər ekspertiza təyin olunsa müəyyən olunar ki, müvafiq sənədlərdə qeydiyyat son günlərdə edilmişdir. Sənədələşmə məqsədli şəkildə aparılmışdır ki, onu gələcəkdə evdən çıxarıla bilsin. Mülkiyyətçi olduğundan mübahisə olunan torpağa dair sənədləri əldə edə bilmir. İddiaçı və vəkili Vəkil iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X14 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh2 X13 hüquqi varisi olmadığından, hazırki iş üzrə cavabdeh ola bilməz. X2 adına sənədləşdirilmiş torpaq sahəsi uzun müddət istifadə olunmamışdır və həmin sahə üzərində olan fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmişdir. Üçüncü şəxs X10 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. İddiaçının iddia etdiyi Şəmkir şəhəri, Vaqif Abdullayev küçəsi, 05 saylıünvanda yerləşən fərdi yaşayış evini o tikdirmiş və müvvəqqəti olaraq yaşaması üçün qızına, yəni iddiaçıya vermişdir. O, iddiaçıya həmin evdə müvəqqəti yaşaması üçün icazə vermiş, daha sonra münasibətləri pozulduğundan ondan evdən çıxmasını tələb etmiş, sonuncu bu səbəbdən hazırki iddianı qaldırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2020-ci il tarixli, k-1-142 nömrəli arxiv arayışından məlum olur ki, «N.Nərimanov» adına savxozun xx.xx.1987-ci il tarixli, 73№-li əmri ilə X6 adına 0,06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, Şəmkir şəhərində yerləşən 0,0494 ha torpaq sahəsi X6 xüsusi mülkiyyəti kimi dövlət reyestrində 258 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2009-cu il tarixdi, 1201 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədindən məlum olur ki, Şəmkir rayon X13 xx.xx.2008-ci il tarixli, 113 nömrəli qərarı ilə 599.92 kv.m həyətyanı torpaq sahəsi X6 adına işlənmişdir. AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən məlum olur ki, satıcı X3 şəhəri ünvanında yerləşən 0,494 ha olan torpaq sahəsini alıcı X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, Şəmkir şəhərində yerləşən 0,0494 ha torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi dövlət reyestrində 258 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, Şəmkir şəhəri üzrə mülkiyyətinə həyətyanı torpaq sahəsi verilən vətəndaşların siyahısında X6 adı aşkar olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi hazırkı iddia tələbi Şəmkir rayon X13 xx xxx 2008-ci il tarixli qərarının-inzibati aktın etibarsızlığının tanınmasıdır və bu iddia müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyrimüəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olub-olmamasının aydınlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır;

361. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər; 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır; Göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü- 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük 1. iddiaçının kifayət qədər marağının olması; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması şərtini müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində yerələşən fərdi yaşayış evinin tərəfindən tikildiyini iddia edərək həmin torpaq sahəsinin üçüncü şəxsə verilməsinə dair inzibati aktı mübahisələndirmiş və etibarsız hesab olunmasını xahiş etmişdir. Mübahisələndirilən Şəmkir rayon X13 xx.xx.2008-ci il tarixli 113 nömrəli qərarı ilə Şəmkir şəhər sakini X8 599.92 kv.m torpaq sahəsi verilmiş və həmin qərar əsasında xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia, yəni inzibati aktın etibarsızlığının tanınınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl xx xxx 2008-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər X9 və X10) qarşı qərarın etibarsız hesab edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər X9 və X10) qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar