Məhkəmə qərarları › İş №2-1(114)-138/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-138/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-138/2022 22.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl Bələdiyyəsi və Göygöl Rayon İcra Hakimiyyəti) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışların və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl şəhər Bələdiyyəsi və Göygöl Rayon İcra Hakimiyyəti) qarşı Göygöl şəhərində yerləşən vahid 0.30 ha həyətyanı torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 736 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin göstəriciləri əsasında onun mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və torpaq planının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl şəhərində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A 445163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 3000 kv.m (0.30 ha) torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 540.0 kv.m (0.054 ha) hissəsinə və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 2460.0 kv.m (0.246 ha) hissəsinə dair ayrı-ayrılıqda onun mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışların və torpaq sahələrinin planlarının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-2(102)-03/13 nömrəli, 23 yanvar 2013-cü il tarixli qərarı ilə qərara almışdır ki, “bir tərəfdən Göygöl Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 şəxsində və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 şəxsində (bundan sonra cavabdehlər adlandırılacaqlar), digər tərəfdən isə bundan sonra “iddiaçı ” adlandırılacaq vətəndaş İddiaçı öz aralarında razılığa gələrək barışıq sazişini bağlayırlar. Barışıq sazişinin şərtlərinə əsasən, cavabdehlər Göygöl şəhərində yerləşən Mərkəzi rayon Xəstəxanasının ətrafında yerləşən vahid 0.30 ha həyətyanı torpaq sahəsini və Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini əvəzləşdirmə qaydasında iddiaçının mülkiyyətinə verirlər və torpaq sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün torpaq sahələrinin planını və ölçülərini əks edən kadastr sənədlərini, tələb olunan digər sənədləri öz hesablarına hazırlayıb iddiaçıya təqdim edirlər. Göygöl şəhərində yerləşən Mərkəzi rayon Xəstəxanasının ətrafından vahid 0.30 ha həyətyanı torpaq sahəsinin və Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin əvəzləşdirmə qaydasında onun mülkiyyətinə verilməsi şərti ilə iddiaçı, mülkiyyətində olan Göygöl rayonunun Toğanalı kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinə mülkiyyət hüququndan dövlətin xeyrinə imtina edir. Barışıq sazişindən sonra ona Göygöl şəhərində yerləşən Mərkəzi rayon Xəstəxanasının ətrafından vahid 0.30 ha həyətyanı torpaq sahəsinə və Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə görə ayrıca sənədlər kimi aktlar, rəylər, yerquruluşu planından çıxarışlar və kadastr sənədi verilmişdir. Torpaq sahələri yerində göstərilib ayrılmışdır. Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair reyestr xidmətindən mülkiyyət hüququ haqqında çıxarışı və torpağın planını almışdır. Lakin, bu günədək o, Göygöl şəhərində yerləşən Mərkəzi rayon Xəstəxanasının ətrafından vahid 0.30 ha həyətyanı torpağa dair çıxarışı və torpaq planını reyestr xidmətindən ala bilmir. Belə ki, cavabdeh müxtəlif bəhanələrlə hüquq varisi olduğu və barışıq sazişini imzalamış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin götürdüyü öhdəliyi öz üzərindən atır. Əvvəlki illərdə də və hal hazırda ona deyilir ki, torpaq sahəsi əvvəl bələdiyyənin mülkiyyətinə verilməlidir, sonra isə bələdiyyə onunla müqavilə bağlayıb torpağı ona verməlidir. Lakin, barışıq sazişi ilə üzərinə öhdəlik götürən və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin hüquq və vəzifələri reyestr xidmətinin üzərindədir. Bələdiyyə isə həmin dövrə aid tələblərə cavab verən bütün sənədləri hazırlayıb və təqdim edib. Göygöl rayonunun ərazisində ona ayrılmış vahid 3000 kv.m torpaq sahəsinə dair Göygöl bələdiyyəsinin mülkiyyətinə verilməsinin özünə də vaxtilə cavabdeh imtina etmişdir. Buna görə də, Göygöl bələdiyyəsi ilə də razılaşdırılmış torpaq sahəsi onun mülkiyyətinə əqd əsasında verilə bilməmişdir. Birinci dəfə müraciət olunanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli, **********68 nömrəli imtina cavabında bildirmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı BEF aid əkin ərazisinə düşdüyü səbəbdən torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilə bilməz. Halbuki, barışıq sazişi imzalanmamışdan əvvəl torpaq sahəsinin yeri razılaşdırılmışdır və sazişdə həyətyanı torpaq sahəsi nəzərdə tutulmuşdur. X6 kitabında olan məlumatları əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində də fərdi yaşayış evinin tikilməsi üçün verilən torpaq sahəsi haqqında deyilir. Nəticə etibarı ilə isə bütün tərəflərə bəllidir ki, həmin torpaq sahəsi faktiki olaraq naturada ayrılıb və ona verilib. Onun özünün mülkiyyətində olan Göygöl rayonunun Toğanalı kəndinin ən şəfalı yerində yerləşən həyətyanı torpaq sahəsində isə dövlət əhəmiyyətli kompleksin təmini üçün elektrik yarımstansiya qurulub. Ona verilmiş torpaq sahəsinin dörd bir ətrafında yaşayış evləri tikilib, yaşayış yerlərinə mərkəzləşdirilmiş qaydada su, kanalizasiya, qaz və sair kommunikasiyalar quraşdırılıb və istifadəyə verilib. Çoxlarına isə mülkiyyət sənədləri verilib. Ali Məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin şərtlərinin yerinə yetirilmədiyi səbəbindən, Gəncə İnzibati-İqtisadi Məhkəməsi 2-2(102)-03/13 nömrəli iş üzrə 23 yanvar 2013-cü il tarixli icra vərəqəsini də təqdim etmişdir. Lakin, yuxarıda göstərildiyi kimi, reyestr xidməti xx.xx.2018-ci il tarixli Göygöl rayon bələdiyyəsinə ünvanlandığı məktubunda da hətta rəsmən verilmiş icra vərəqəsini də nəzərə almaq istəməmişdir. Halbuki, İcra vərəqəsində barışıq sazişinin şərlərinə istinad olunmuşdur və bilavasitə göstərilmişdir. Bütün yuxarıda sadalananlara istinad olunaraq bu dəfə o özü cavabdehə rəsmi ərizə ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh isə, bir daha barışıq sazişinin icra olunmasından imtina etmişdir və xx.xx.2021-ci il tarixli, **********52 saylı imtina cavabında göstərmişdir ki, ona ayrılmış torpaq sahəsi əkin sahəsinə düşür və ona görə də yenidən Göygöl Bələdiyyəsinə müraciət etməlidir. Bu səbəblərə görə də hesab edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına yalnız məhkəmə vasitəsi ilə nail ola bilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə xx.xx.2021-ci il tarixli, **********70 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2013-cü il tarixli, 2-2(102)-03/13 saylı qərarı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, cavabdehlər Göygöl şəhərində yerləşən Mərkəzi rayon Xəstəxanasının ətrafında yerləşən vahid 0,30 ha həyətyanı torpaq sahəsini və Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini əvəzləşdirmə qaydasında iddiaçının mülkiyyətinə verirlər, iddiaçı isə öz növbəsində mülkiyyətində olan Göygöl rayonunun Toğana kəndində yerləşən 0,30 ha torpaq sahəsinə mülkiyyət hüququndan dövlətin xeyrinə imtina edir. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Göygöl rayonu Şəhriyar bələdiyyəsi xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayırmış və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, **********09 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Göygöl bələdiyyəsinin 21 iyun 2013-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 3000 kv.m torpaq sahəsi ayrılmışdır. Sənədlərin araşdırılması zamanı qeyd olunan torpaq sahəsi üzərində Göygöl bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı və ləğv edilmiş DT və XK-nin Göygöl rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 3000 kv.m torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının elektron baza məlumatlarına əsasən, bələdiyyənin ehtiyat fonduna aid əkin torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən həmin qərar əsasında İddiaçı mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, üçüncü şəxs kimi iddia tələbinə etiraz etmədiklərini bildirmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Tərəflərin və üçüncü şəxslərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxslər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********52 nömrəli, xx.xx.2021-ci il tarixli, **********69 nömrəli və xx.xx.2022-ci il tarixli, **********00 nömrəli məktubları, Göygöl Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 nömrəli qərarının təsdiqlənmiş surəti, Göygöl Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli aktının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 39 nömrəli rəyinin təsdiqlənmiş surəti, Göygöl Bələdiyyəsinin yerquruluşu planından çıxarışın təsdiqlənmiş surəti, xx.xx.2013-cü il tarixli, A 445163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiqlənmiş surəti, Barışıq sazişinin təsdiqlənmiş surəti, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1-5(84)-1-2012 nömrəli qərarının surəti, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(104)-51/2012 nömrəli qərarının surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-2(102)-03/13 nömrəli qərarının surəti, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** nömrəli, xx.xx.2015-ci il tarixli, ********** nömrəli, xx.xx.2015-ci il tarixli, ********** nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli və xx.xx.2013-cü il tarixli, ********** nömrəli çıxarışların surətləri təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad olunmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl Bələdiyyəsinin 21 iyun 2013-cü il tarixli, 05 nömrəli qərarı ilə Göygöl şəhərində yerləşən 3000 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, iş materiallarında olan: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1-5(84)-1-2012 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdehlər Göygöl Rayon İcra Hakimiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Göygöl rayonu Toğanalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 353 nömrəli sərəncamının ləğv edilməsi, mülkiyyətində olan, Göygöl rayonunun Toğanalı kəndində yerləşən 0,30 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək orada olan tikililərin, qurğuların sökülməsi və zəbtdən azad olunaraq özünə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 iyun 2012-ci il tarixli, 2-1(104)-52/2012 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1-5(84)-1-2012 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli, 2-2(102)-03/13 nömrəli qərarı ilə İddiaçı ilə cavabdehlər Göygöl Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyun 2012ci il tarixli, 2-1(104)-52/2012 nömrəli qərarı ləğv edilmiş və hazırki iş üzrə icraata xitam verilmişdir. 25 avqust 2012-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən cavabdehlər Göygöl şəhərində yerləşən Mərkəzi rayon Xəstəxanasının ətrafında yerləşən vahid 0.30 ha həyətyanı torpaq sahəsini və Göygöl rayonunun Şəhriyar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini əvəzləşdirmə qaydasında iddiaçının mülkiyyətinə verməyi və torpaq sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün torpaq sahələrinin planını və ölçülərini əks edən kadastr sənədlərini, tələb olunan digər sənədləri öz hesablarına hazırlayıb iddiaçıya təqdim etməyi, iddiaçı isə mülkiyyətində olan Göygöl rayonunun Toğanalı kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinə mülkiyyət hüququndan dövlətin xeyrinə imtina etməyi öhdələrinə götürmüşlər. Göründüyü kimi, hazırda mübahisə predmeti olan Göygöl şəhərində yerləşən 0,30 ha torpaq sahəsi 25 avqust 2012-ci il tarixli barışıq sazişinə əsasən əvəzləşdirmə qaydasında iddiaçının mülkiyyətinə verilmişdir. Halbuki, inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etmiş və imtinasını qeyd olunan torpaq sahəsi üzərində Göygöl Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması və həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid əkin ərazisinə düşməsi ilə əsaslandırmışdır. İş materiallarında olan "xxxx" MMC 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl şəhəri (Aqrokombinat) ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, mülki iş materiallarına əlavə edilmiş A 445163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 3000 kv.m (0.30 ha) torpaq sahəsinin 540.0 kv.m (0.054 ha) hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına, 2460.0 kv.m (0.246 ha) hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Ərazinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. xx.xx.2013-cü il tarixli, ********** nömrəli, xx.xx.2015-ci il tarixli, ********** nömrəli, xx.xx.2015-ci il tarixli, ********* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli və xx.xx.2013-cü il tarixli, ********** nömrəli çıxarışlarla qeydə alınmış torpaq sahələri ilə sözügedən 3000.0 kv.m torpaq sahəsi birbirlərinə yaxın məsafələrdə yerləşməklə Göygöl şəhəri, ərazisindədirlər. İşin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, alqı-satqı bağlandığı zaman qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin, 28 oktyabr 2008-ci il tarixli, 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilərək, yeni redaksiyada həmin maddədə qeyd olunmuşdur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları uzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi bələdiyyə ilə iddiaçı arasında torpağa dair alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericilik normasına əsasən torpaqlar üzərində mülkiyyət hüququnun yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunsa da, sonradan yəni 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin normaya dəyişiklik edilərək, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpağın" ayrılması üçün açıq torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi istisna olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin 8-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın alqı-satqı bağlanarkən qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə istinad etməklə bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olması ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzrə satılma barədə qərar, torpaq sahəsinin müvafiq sahəseçmə aktı, DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı təqdim olunmuşdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən imtina əsassız olmuşdur. Hansı ki, göstərilən sənədlər mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas vermişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Göygöl şəhərində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A 445163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 3000 kv.m (0.30 ha) torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 540.0 kv.m (0.054 ha) hissəsi və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 2460.0 kv.m (0.246 ha) hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışların və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl şəhərində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, A 445163 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 3000 kv.m (0.30 ha) torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 540.0 kv.m (0.054 ha) hissəsi və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 2460.0 kv.m (0.246 ha) hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışların və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar