Məhkəmə qərarları › İş №2-1(114)-1380/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1380/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1380/2020 14.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx N992-ci il tarixdə Daşkəsən rayon Hərbi Komissarlığından ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Qarabağ uğrunda döyüşlərə gedib, N saylı hərbi hissənin tərkibində qulluq etməklə, üçüncü atıcı rotanın tərkibində sıravi əsgər olmaqla cəbhə yoldaşları ilə birlikdə qanlı döyüşlərdə fəal iştirak etmişdir. xx xxxxxx N993-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətini davam etdirib, sonra N saylı hərbi hissədə sürücü kimi xidmətini davam etdirib Zil-N30 markalı 54- 30 MN dövlət qeydiyyatlı avtomobili idarə etmişdir. xx.xx.N993-cü il tarixdən N3 NN.N996cı il tarixə kimi 32N nömrəli həbi hissədə xidmət edib ordudan tərxis olunmuşdur. Tovuz rayonun Əlibəyli, Çinarlı kəndləri uğrunda gedən döyüşlərdə, eləcə də Ağdərə rayonu uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Döyüş yoldaşları da bunu təsdiq edə bilər. Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi Müdafiə Nazirliyinin İşlər XN xx.xx.20N6-cı il tarixli, 9/2-3609 nömrəli arxiv arayışı ilə də tam təsdiq olunur. Həmin arayışda göstərilir ki, İddiaçı, N nömrəli hərbi hissənin üçüncü tabor komandirinin xx.xx.N992-ci il tarixli, 9/2- 3609 nömrəli əmrində karantin müddəti qurtarana kimi üçüncü atıcı rotanın tərkibinə təyin olunmuş və komandirin xx xxxxxx N993-cü il tarixli, 263 nömrəli əmrilə sıravi rütbəsində şəxsi heyətin siyahısından çıxarılaraq, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 3 nömrəli əmri ilə sürücü kimi Zil-N30 markalı 54- 30 MN dövlət qeydiyyatlı avtomobil X3 təhkim olunmuşdur. N saylı hərbi hissə komandirinin iyun N993-cü il tarixədək olan əmrlərində 32N nömrəli həbi hissə komandirinin avqust N993-cü il, noyabr N996-cı il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 32N nömrəli hərbi hissə komandirinin mart N993-cü il tarixə aid olan əmr kitabları Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan hazırda istifadə edə bilmir. O, komissiyanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv İdarəsindən verilən xx.xx.20N6-cı il tarixli, 9/2-3609 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin İİİ tabor komandirinin xx xxxxx N992-ci il tarixli, 3N nömrəli əmrilə (əmrdə soyadı Əliyev yazılmışdır) qarantin müddəti qurtarana kimi İİİ atıcı rotanın tərkibinə təyin olunmuş və komandirin xx xxxxxx N993-cü il tarixli, 263 nömrəli əmrilə (əmrdə atasının adı yazılmamışdır) sıravi rütbəsində şəxsi heyət siyahısından çıxarılaraq, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir və N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 3 nömrəli əmrilə (əmrdə soyadı Əliyev yazılmışdır) sürücü kimi ZİL-N30 54-30 MN markalı avtomobil X3 təhkim olunmuşdur. N nömrəli hərbi hissə komandirinin iyun N993-cü il tarixədək olan əmrlərində, 32N nömrəli hərbi hissə komandirinin avqust N993-cü il noyabr N996-cı il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun 86N, N04 nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 86N, N nömrəli hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxx 20N6-cı il tarixli, 9/2-3609 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin İİİ tabor komandirinin xx xxxxx N992-ci il tarixli, 3N nömrəli əmrilə (əmrdə soyadı Əliyev yazılmışdır) qarantin müddəti qurtarana kimi İİİ atıcı rotanın tərkibinə təyin olunmuş və komandirin xx xxxxxx N993-cü il tarixli, 263 nömrəli əmrilə (əmrdə atasının adı yazılmamışdır) sıravi rütbəsində şəxsi heyət siyahısından çıxarılaraq, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir və N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 3 nömrəli əmrilə (əmrdə soyadı Əliyev yazılmışdır) sürücü kimi ZİL-N30 54-30 MN markalı avtomobil X3 təhkim olunmuşdur. N nömrəli hərbi hissə komandirinin iyun N993-cü il tarixədək olan əmrlərində, 32N nömrəli hərbi hissə komandirinin avqust N993-cü il noyabr N996-cı il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 32N nömrəli hərbi hissə komandirinin mart N993-cü il tarixə aid olan əmr kitabları Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-7378 nömrəli məktubundan görünür ki, 32N nömrəli hərbi hissə komandirinin noyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. 32N nömrəli hərbi hissə komandirinin mart N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2-9602 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 3N nömrəli əmrində (əmrdə soyadı Əliyev yazılmışdır) qarantində olan şəxsi heyətin siyahısında X2 adı qeyd edilmişdir. Özünü nümunəvi göstərdiyinə görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 242 nömrəli əmrilə kiçik çavuş hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 263 nömrəli əmrində (əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 53 nömrəli əmrində park növbətçisi, kiçik çavuş İddiaçı sutka naryadına təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin mart N993-cü il tarixli əmrlərində, N57 nömrəli hərbi hissə komandirinin xx.xx.N993-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və 32N nömrəli hərbi hissə komandirinin noyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N57 nömrəli hərbi hissə komandirinin mart-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrləri və 32N nömrəli hərbi hissə komandirinin mart N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzinə Arxivinə daxil olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun 86N, N nömrəli hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və onun qanuni əsaslarla tərxis edilməsi barədə heç bir məlumatın olmamasıdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, …… tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Göründüyü kimi əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nətİcəvİ h İ s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar