Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1380/2022 14.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X4) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 və X3 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin mənzildə üçüncü şəxslər qeydiyyatdadır. Üçüncü şəxslərdən X4 onun keçmiş gəlini, X5 isə nəvəsidir. Minayə Məhərrəmova iddiaçının oğlu X7 şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1388/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən boşanmışlar. Hazırda üçüncü şəxslər sözügedən mənzildə yaşamırlar. Həmin şəxslərin iddiaçıya məxsus evdə pasport qeydiyyatında olması iddiaçının əlavə kommunal xərclər ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslərdən Minayə Məhərrəmova onun keçmiş gəlinidir, 2020-ci ildə oğlundan boşanmışdır, İlqar Məhərrəmov isə nəvəsidir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 10752 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 1388/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, X4 ilə X6 arasında xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 185 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə doğulmuş X3 iddiaçı X2 himayəsində saxlanması və.s qət edilmişdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, X4 və X1 şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi, ev 13A, mənzil 46 ünvanında qeydiyyatdadır. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 120-10419M-3222 nömrəli məktubunun məzmunundan görünür ki, X2 və X3 ünvan 1 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımında əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Digər tərəfdən iş üzrə üçüncü şəxslər X4 iddiaçının keçmiş gəlini, X5 isə onun nəvəsidir. Deməli həmin şəxslərin qeyd olunan evdən istifadə hüquqlarının olub-olmaması, eləcə də həmin hüquqa xitam verilməsi səlahiyyətli məhkəmə tərəfindən araşdırılmalı və qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2013-cü il təvəllüdlü X5 azyaşlı olduğundan o, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onun müstəqil olaraq özünə yaşayış yeri seçmək hüququ olmadığından, həmçinin hazırki halda onun valideynləri - (atası) X6 və (anası) X4 həmin evdə qeydiyyatda olduğundan və uşaqların valideynlərindən birinin yanında qeydiyyatda olmaq hüquqları olduğundan onun qeydiyyatdan çıxarılması məqsədəmüvafiq hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Yekun nəticə olaraq qərar alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Hazırki halda işin faktiki halları ilə müəyyən olunur ki, üçüncü şəxslərin mülkiyyətçi ilə ailə-hüquq münasibətlərinin mülki məhkəmə qaydasında araşdırılması, həmçinin həmin mənzilə dair onların istifadə hüquqlarına xitam verilməsi barədə hər-hansı qərar mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1380/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1380/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver