Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1384/2022 27.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.N970-ci il tarixdə Bərdə rayonu, Zümürxan kəndində anadan olmuşdur. O, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək müxtəlif hərbi hissələrin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi üçün sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın müvafiq olaraq xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-NN92 nömrəli arayışına əsasən xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olunmadığından vətəndaşa müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N992-ci ilin oktyabr ayının əvvəlində Bərdə rayon hərbi komissarlığından toplanışla bağlı həqiqi hərbi xidmətə çağırılaraq bildirişə imza etdirilib, xx.xx.N992-ci ildə N saylı hərbi hissəyə hərbi xidmətə yollanmışdır. xx.xx.N992-ci il tarixdən, xx.xx.N994-cü il tarixə kimi erməni hərbi birləşmələrinə qarşı İ Vətən Müharibəsində iştirak etmiş, Ağdərə, Suqovuşan, Gödəkburun, Karyer, Talış, Akopkomari, Vaqauz, Arqumer, Çıldıran, Tərtərin Çaylı kəndi uğrunda gedən qanlı döyüşlərində fəal iştirak etmişdir. Göstərdilkəri hərbi bileti, arxiv arayışı, və fotoşəkilləri, eləcə də Veteranlar birliyinin N998-ci ildə verdiyi vəsiqədən tam təsdiq olunur. Hesab edir ki, məhkəmə müdafiəsindən istifadə edərək veteran adı və vəsiqəsini məhkəmə qərarı əsasında ala bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli arayışında N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının xx.xx.N994-cü il tarixdən sonra xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-NN92 nömrəli arayışına əsasən iddiaçı barəsində Bərdə RHK-dan çağırılması və komandirin xx.xx.N992-ci il tarixli 279 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat olsa da, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçı barədə məlumat aşkar olunmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2022-ci il tarixli, 4/3-2576 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-NN92 nömrəli məktubunun surəti, NZ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, NN/N798 nömrəli etirazı, xx.xx.2022-ci il tarixli, NN/2420 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. İşdəki sənədlərdən görünür ki, iddiaçı N992-ci ilin oktyabr ayının əvvəlində Bərdə rayon hərbi komissarlığından toplanışla bağlı həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.N992ci ildə N saylı hərbi hissəyə hərbi xidmətə yollanmışdır. İddiaçı N N-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 279 №-li əmrilə (əsas: § N, səh 28, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hissədə xidmətə götürülmüşdür. N №-li hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli 3N0 Ne-li əmrilə iddiaçı (əsas: § N, səh 38, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) Ələt qəsəbəsinə ezam edilmişdir. N №-li hərbi hissə komandirinin N5 yanvar N993-cü il tarixli 005 №-li əmrində sıravi İddiaçı (əsas: § 3, səh 3, sıra 76, əmrdə atasının adı yazılmamışdır) xx.xx.N993-cü il tarixdən q/köməkçisi vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N03 №-li əmrilə İddiaçı (əsas: § N, sıra 96, səh 33, əmrdə hərbi rütbəsi göstərilməyib) tağım komandirinin müavini manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N6 sentyabr N993-cü il tarixli 29 №-li əmrində İddiaçı (əsas: səh N2, sıra 84, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) avqust ayı üçün 3(üç) qat pul zəminatının verilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N4 oktyabr N993-cü il tarixli 52 №li əmrilə sıravi İddiaçı (əsas: səh 6, əmrdə vəzifəsi göstərilməyib) oktyabr ayı üçün 3(üç) qat pul zəminatı verilmişdir. N №-li hərbi hissə komandirinin NN yanvar N994-cü il tarixli 5 №-li əmrilə İddiaçı (əsas: səh 25, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) yoxlama zamanı 3-cü MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 3N yanvar N994-cü il tarixli N.N N-li əmrində sıravi Teyub Məmmədovun (əsas: səh 45, əmrdə adı Teyub yazılmışdır və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) yoxlama zamanı 3-cü MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. İddiaçıya məxsus hərbi biletdə xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə döyüşlərdə iştirak etdiyi qeyd olunsa da, ehtiyata buraxılması barədə heç bir qeyd aparılmamışdır. Məhkəmə qeyd edir ki, istinad edilən maddi hüquq normalarının təhlilinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1384/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1384/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver