Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1384/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1№li X2 işlədiyi 1979-cu il üzrə 3 ay 9 gün, 1980-ci il üzrə 5 ay, 1981-ci il üzrə 5 ay, 1982-ci il üzrə 6 ay, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 4 ay, 1985-ci il üzrə 7 ay, 1986-cı il üzrə 4 ay, 1987-ci il üzrə 6 ay, 1988-ci il üzrə 5 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 10 ay, 1991-ci il üzrə 4 ay, 1997-ci il üzrə, 7 ay müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra xx.xx.1979-cu il tarixdə Tovuz rayon 1№-li Toxumçuluq sovxozu üzrə həmin Sovxozun 10№-li birqadasına fəhlə kimi işə qəbul olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə, xx.xx.1980ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı il, 1980-2000-ci ildə 1 nömrəli X3 işləmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək Tovuz rayonu, Alakol kəndində Bələdiyyə Sədri işləmişdir. Tovuz rayonu 1 saylı Alakol toxumçuluq savxozunda davamlı olaraq işləmişəm. Lakin Tovuz rayonu 1 saylı Alakol toxumçuluq savxozunda davamlı olaraq işlədiyi illərdə dövlət orqanlarının məsuliyətsiz işçisi tərəfindən onun işi ilə bağlı Tovuz rayon dövlət arxiv idarəsinə hər hansı bir məlumat verilməyib. O, həmin illərdə işləmiş, bununla bağlı aylığım yazılmış və ondanda əmək haqqı almışdır. Arxiv sənədləri Tovuz Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ona görə də onun sığorta stajı düzgün təyin olunmamışdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq iddia tələbinin “16 noyabr 1977-ci ildən 27 iyun 1979-cu ilədək hərbi xidmətdə olduğu müddətin , 01 sentyabr 1979-cu ildən başlayaraq təhsil aldığı müddətlərin də nəzərə alınmaqla 2000-ci ilədək 1 nömrəli X3 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dəyişdirilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və 1№li X2 işlədiyi 1979-cu il üzrə 3 ay 9 gün, 1980-ci il üzrə 5 ay, 1981-ci il üzrə 5 ay, 1982-ci il üzrə 6 ay, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 4 ay, 1985-ci il üzrə 7 ay, 1986-cı il üzrə 4 ay, 1987-ci il üzrə 6 ay, 1988-ci il üzrə 5 ay, 1989cu il üzrə 3 ay, 1990-cı il üzrə 10 ay, 1991-ci il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3990/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-230318/2024 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində 1980-2000-ci illərdə Tovuz rayonu 1 saylı X3 işlədiyini iddia edərək sözügedən dövrlə birlikdə tamamlanmış 25 illik sığorta stajına əsasən ona yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən onun ümumi sosial sığorta stajı 19 il 6 ay 1 gün təşkil edir. Belə ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajına: xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət (130006 No-li hərbi biletin surətinə əsasən); xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı illər (387 N-li attestata əsasən); 1980-1997-ci illərdə 1 nömrəli X3 adınıza əməkhaqqı hesablanan aylar (Tovuz Rayon Dövlət Arxivinin 14 avqust 2024-cü il tarixli arayışına əsasən); xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Alakol kənd bələdiyyəsində olan əmək fəaliyyəti dövrü (Tovuz Rayon Alakol Bələdiyyəsi ilə birgə keçirilən qarşılıqlı yoxlama nəticəsi tərtib edilən 12 iyun 2024-cü il tarixli akta əsasən). Göründüyü kimi, Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən iddiaçının mübahisələndirilən sosial sığorta stajı yoxdur. Həmçinin iddiaçının təqdim etdiyi 096733 N-ii diplomun surətinə əsasən xx.xx.1991- ci il tarixdən xx.xx.1995-ci il tarixədək əyani təhsil aldığı məlumdur. Lakin iddiaçının sözügedən dövrdəki təhsil illəri ilə 1980-1997-ci illərdə 1 nömrəli X3 əmək fəaliyyəti dövrləri üst-üstə düşdüyündən yalnız əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilmişdir. Habelə iddiaçı iddia ərizəsində 1980-2000-ci illərdə Tovuz rayonu 1 saylı X3 işlədiyini iddia edir, lakin Tovuz Rayon Dövlət Arxivinin arayışına əsasən yalnız 1980-1997-ci illərin əməkhaqqı cədvəlləri arxivə təhvil verilmiş və 1997-2000- ci illərin əməkhaqqı cədvəlləri barədə məlumat aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, 1997-2000-ci illər iddiaçının sosial sığorta stajına əlavə edilsə belə qanunla tələb olunan staj (25 il) tamamlanmır. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta staji və pensiya kapitalı mövcud deyildir. Bu səbəbdən iddiaçıya yaşa görə pensivanın təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənləri əsas gətirən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus İT-l ******* və İT-l ******* nömrəli əmək kitabçasının surəti; - iddiaçıya məxsus PT № 096733 nömrəli diplomun surəti; - iddiaçıya məxsus ГЕ № 133006 nömrəli hərbi biletin surəti; - Tovuz rayon dövlət Arxivi tərəfindən mhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3- 48-44RA/2-11/2025 saylı məktubuna əlavə edilmiş sənədlərin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş sənədlərin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədə təhsil aldığı illər, 1980- 1997-ci illərdə 1 nömrəli X3 əməkhaqqı hesablanan aylar və xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Alakol kənd bələdiyyəsində olan əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla sığorta stajı 19 il 6 ay 1 gün təşkil etdiyini, ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğunu qeyd edərək, ona yaşa görə pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı illər, 1980-1997-ci illərdə 1 nömrəli X3 adına əməkhaqqı hesablanan aylar və xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Alakol kənd bələdiyyəsində olan əmək fəaliyyəti dövrü daxil edilməklə cəmi 19 il 6 ay 1 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1979-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Tovuz rayon 1№-li Toxumculuq sovxozunda işlədiyi illərin yalnız adına əməkhaqqı hesablanan aylar sosial sığorta stajına daxil edilmişdir. Belə ki, 1979-cu il üzrə 3 ay 9 gün, 1980-ci il üzrə 5 ay, 1981-ci il üzrə 5 ay, 1982-ci il üzrə 6 ay, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 4 ay, 1985-ci il üzrə 7 ay, 1986-cı il üzrə 4 ay, 1987-ci il üzrə 6 ay, 1988-ci il üzrə 5 ay, 1989cu il üzrə 3 ay, 1990-cı il üzrə 10 ay, 1991-ci il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay əməkhaqqı qeydə alınmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında öz əksinini tapmış xx.xx.1979-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Tovuz rayon 1№-li Toxumculuq sovxozunda işlədiyi illər sığorta stajı tamamlanması üçün kifayətdir. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməyən iş stajı iddiaçının əmək kitabçasında öz əksinini tapmışdır, cavabdehin etirazda qeyd etdiyi əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması iddiaçının günahından deyil və iddiaçının işləməməsi anlamına gətirmir və bu hal vətəndaşın Konstitusiya ilə tənzimlənən hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2022-ci il 1 iyulundan - 2023-cü ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024cü il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 19 il 06 ay 1 gün olması qeyd edilmişdir. İddiaçının Tovuz rayon 1№-li Toxumculuq sovxozunda işlədiyi 1979-cu il üzrə 3 ay 9 gün, 1980-ci il üzrə 5 ay, 1981-ci il üzrə 5 ay, 1982-ci il üzrə 6 ay, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 4 ay, 1985-ci il üzrə 7 ay, 1986-cı il üzrə 4 ay, 1987-ci il üzrə 6 ay, 1988-ci il üzrə 5 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 10 ay, 1991-ci il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay müddətin də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 25 il 10 ay 10 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının Tovuz rayon 1№-li Toxumculuq sovxozunda işlədiyi 1979cu il üzrə 3 ay 9 gün, 1980-ci il üzrə 5 ay, 1981-ci il üzrə 5 ay, 1982-ci il üzrə 6 ay, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 4 ay, 1985-ci il üzrə 7 ay, 1986-cı il üzrə 4 ay, 1987-ci il üzrə 6 ay, 1988-ci il üzrə 5 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 10 ay, 1991-ci il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı Tovuz rayon 1№-li Toxumculuq sovxozunda işlədiyi 1979-cu il üzrə 3 ay 9 gün, 1980-ci il üzrə 5 ay, 1981-ci il üzrə 5 ay, 1982-ci il üzrə 6 ay, 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 4 ay, 1985-ci il üzrə 7 ay, 1986-cı il üzrə 4 ay, 1987-ci il üzrə 6 ay, 1988-ci il üzrə 5 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 10 ay, 1991-ci il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov