Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1386/2022 19.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 mart 2022-ci il tarixli, 05/Q-957 saylı məktubunun qanunsuz hesab edilməsi və Cavabdehndə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 686 « Ölüm haqqında » akt qeydində mərhum atasının adının düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayır. X2, anası X13 olmaqla xx xxxxxxx 1971-ci il tarixdə doğulmuşdur. Ona məxsus 18 noyabr 1971-ci il tarixli, 112 saylı “Doğum haqqında” akt qeydində atasının soyadı, adı və atasının X3 qeyd edilmişdir. X21 vəfat etmişdir. Atası vəfat etdikdən sonra onun adına xx.xx.2021ci il tarixli, 686 saylı “Ölüm haqqında” akt qeydi tərtib edilmişdir. Mərhum X21un bütün sənədlərində adı Bəhrəm qeyd edilmiş olsa da, Cavabdehndə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 686 saylı “Ölüm haqqında” akt qeydində adı yanlış olaraq "Bayram” kimi qeyd edilmişdir. O, “Ölüm haqqında” akt qeydində olan yanlışlığın düzəldilməsi üçün Cavabdehnə müraciət etmiş olsa da, ona 03 mart 2022-ci il tarixli, 05/Q-957 saylı məktubla imtina edilmişdir. Qeyd olunan imtinanı qanunsuz hesab edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 19 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmısinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, iddia tələbinə dair heç bir etirazlarının olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; - 18 noyabr 1971-ci il tarixli, 112 nömrəli “Doğum haqqında” akt qeydinin və 18 noyabr 1971-ci il tarixli, İ-JQ 293009 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı “ata” qrafasında X10 qeyd edilmişdir. -xx.xx.2021-ci il tarixli, AZ-İİ 182724 nömrəli “Ölüm haqqında” akt qeydinin təsdiqlənmiş surətindən məlum olur ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüş, ölümün səbəbi kimi “dəqiqləşdirilməmiş kəskin böyrək çatmamazlığı” qeyd edilmişdir. - Cavabdeh 03 mart 2022-ci il tarixli, 05/Q-957 nömrəli məktubundan görünür ki, iddiaçıya müvafiq akt qeydlərinə düzəliş edilməsi ilə bağlı sənədlərin toplanmasında və məhkəməyə ərizə ilə müraciət edilməsində hüquqi yardım göstərilməsi təklif edilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Dövlət X9 19 may 2022-ci il tarixli, k-3-39 nömrəli və Azərbaycan Respublikası Dövlət Arxivinin 16 iyun 2022-ci il tarixli, DA-01045-2022 nömrəli məktublarından görünür ki, X5 şöbəsinin Qaracəmirli kəndinə aid 1936-1939-cu illərə dair doğum aktları kitablarında X7 Qaracəmirli kəndində anadan olması və təvəllüdü barədə doğum aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin 08 avqust 2022-ci il tarixli, DA-01442-2022 nömrəli və 24 avqust 2022-ci il tarixli, DA-01551-2022 nömrəli məktublarından görünür ki, X5 şöbəsinin Qaracəmirli kəndinə aid 1936-1939-cu illərə dair doğum aktları kitablarında X8 Qaracəmirli kəndində anadan olması və təvəllüdü barədə doğum aşkar edilməmişdir. - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 avqust 2022-ci il tarixli, 20 nömrəli məktubundan görünür ki, İddiaçı ata adı düzdür, lakin atasının sənədində X8 adı səhv olaraq X4 göstərilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum X2 29 may 2021ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində vəfat etmiş, bu barədə xx.xx.2021-ci il tarixli, AZ-İİ 182724 nömrəli “Ölüm haqqında” akt qeydi tərtib edilmiş və akt qeydində mərhumun adı səhv olaraq “Bayram” kimi göstərilmişdir. İş materiallarında olan digər hüquqmüəyyənedici sənədlərdən də görünür ki, iddiaçının mərhum atasının adı “Bəhrəm” olmuşdur. İddiaçı sözügedən yanlışlığın aradan qaldırılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını pozur. Belə olan halda, iddiaçı sözügedən “Ölüm haqqında” akt qeydində düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Habelə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 avqust 2022-ci il tarixli, 20 nömrəli məktubundan görünür ki, İddiaçı ata adı düzdür, lakin atasının sənədində X8 adı səhv olaraq X4 göstərilmişdir. Məhkəmə iş üzrə əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv təhlil edərək hesab edir ki, cavabdeh inzibati orqan “Ölüm haqqında” akt qeydində səhvin düzəldilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 9-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 11-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. - 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş edilməsi ilə bağlı tənzimləmə mövcuddur. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə və ya qeyddə qeyri-düzgün məlumatlar göstərilmişsə, həmin akt qeydlərinə düzəliş edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.3-cü maddəsinə əsasən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bundan başqa, cavabdeh inzibati orqan vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsindən və ona dəyişikliklər edilməsindən imtina etdiyi halda, imtinanın səbəblərini əsaslandırmaqla ərizə verən şəxsə yazılı məlumat verilməlidir. Hazırkı inzibati mübahisə üzrə cavabdeh ərizəçiyə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 05/Q-957 nömrəli məktubunda imtinanın səbəblərini əsaslandırmadan, sadəcə olaraq iddiaçıya müvafiq akt qeydlərinə düzəliş edilməsi ilə bağlı sənədlərin toplanmasında və məhkəməyə ərizə ilə müraciət edilməsində hüquqi yardım göstərilməsi təklif edilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1 “Ölüm haqqında” xx.xx.2021-ci il tarixli, AZ-İİ 182724 nömrəli akt qeydində düzəliş edilərək “Bayram” adının “Bəhrəm” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X1 “Ölüm haqqında” xx.xx.2021-ci il tarixli, AZ-İİ 182724 nömrəli akt qeydində düzəliş edilərək “Bayram” adının “Bəhrəm” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1386/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1386/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver